Rehim Reisniya - Wikipedia
Rəhim Rəisniya (fars. رحیم رئیسنیا; 1941, Təbriz, Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — İran tarixçisi və yazıçı. Əslən azərbaycanlıdır.[1] Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir.[mənbə göstərin]
Rəhim Rəisniya | |
---|---|
fars. رحیم رئیسنیا | |
Doğum tarixi | 1941 |
Doğum yeri |
|
Təhsili |
Həyatı
redaktə1941-ci ildə Təbrizdə anadan olmuşdur. İbtidai və orta təhsilini burada almışdır. Pedaqoji təhsil almışdır. Cənubi Azərbaycan kəndlərinə müəllim olaraq göndərilmiş, eyni zamanda Təbriz Universitetində coğrafiya və tarix öyrənmişdir. Daha sonra həmin universitetdə tarix üzrə doktoranturaya daxil olub.[2]
Bu vaxt bir çox məqalələri, tərcümələri "Adinə Təbriz" (fars. آدینه تبریز), "Mehd azadi" (fars. مهد آزادی) kimi jurnallarda çap edilir. "Varlıq", "Azəri" kimi ədəbi-elmi jurnallarının yazarıdır. Bir müddət Məhəmmədəli Tərbiyətın qurduğu Təbrizdəki Danişara Kitabxanasının müdiri olmuşdur.[2]
Əsərləri
redaktə- Şirvan məntəqəsinin ümumi tarixi (Şirvanşahlar zamanı). Tehran, İran Xarici İşlər Nazirliyi nəşriyyatı, 2001, 284 s.(fars dilində).
- Azərbaycan İran tarixi gedişində. 3 cilddə. Tehran, "Məbna" nəşriyyatı, 2000, 2108 s.(fars dilində).
- İran və Osmanlı Türkiyəsi 20-ci əsrin astanasında. 2 cilddə. Tehran, "Məbna" nəşriyyatı, 2006, 1677 s. (fars dilində).
- Tatarıstanda yeni hərəkat. Tehran, İran Xarici İşlər Nazirliyi nəşriyyatı, 2008, 237 s. (fars dilində).
- Rəhim Rəisniya 2004-cü ildə Cəlal Bərgüşadın Tehranın "Neqah" nəşriyyatında işıq üzü qörmüş 536 səhifəlik "Babək" romanını Azərbaycan dilindən fars dilinə (Rza Ənzabinejadla birlikdə) tərcümə etmişdir.
- Rəhim Rəisniya 2012-ci ildə "Azərbaycan İranın ayrılmaz parçasıdır" qəzetinin bütün nüsxələrini (yanvar-mart 1918-ci il) 87 səhifəlik kitab şəklində tərtib edərək, Tehranın "Pərdis daneş" nəşriyyatında nəşr etmişdir.
İstinadlar
redaktə- ↑ Heyət, Cavad. "Dost, ziyalı, filosof". 525-ci qəzet. 2012-02-22. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-25.
- ↑ 1 2 رئیس نیا, رحیم. "لحظهای از لحظات یک زندگی". bukharamag.com. 2022.