Kultigin Kitabeleri - Wikipedia
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir.
Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır.[1]
Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir.[2] Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir.[3]
18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur.
İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir.
Kitabələr
redaktəQədim Türk xalqlarının ən dəyərli maddi mənbə nümunələrindən biri kitabələrdir. Kitabələr bütün Türk xalqlarının yayıldığı coğrafiyada tapılmaqda, araşdırılıb tədqiq edilməkdədir.
Kitabələrin Dili
redaktəYazıtın qərb üzündə şəxsən Çin imperatoru Xuan Zong tərəfindən yazılmış Çincə bir yazı ilə Köktürkcə bir sətir bulunmaqtadır. Güney, Quzey ve Şimal yönlərindəki mətinlər Göktürkcədir. Abidənin şimal-şərq, cənub-şərq, cənub-qərb üzlərində də Göytürk hərfli Türkcə kiçik yazılar vardır.
Kitabələrin tikilişi
redaktə27 Fevral 731-de ölən Şahzadə Kül Tigin üçün 1 Noyabr 731-də yuğ (dəfn) mərasimi təşkil edilmişdir. Çinlilər başda olmaq üzərə bütün qonşularından yoğ (cənazə) mərasiminə qatılmışdı.[4] Çin imperatoru Xuan Zong, törənə qatılması üçün elçilər göndərdiyi kimi bir xatirə düezəldilməsini, Kül Tigininuğurlarının üzərinə rəsm edilməsi üçün altı usta göndərmişdi. Ayrıca Kül Tiginin ölümündən görə üzüntüsünü dilə gətirən bir yazı yazmış, abidənin bir üzünə öz ifadəsinin yazılmasını istəmişdi. Abidə təxminən 21 avqust 732 tarixində tikilmiştir.
Bilgə Xaqan da eyni yazıtının digər üzlərine runik hərfli Köktürkcə mətni yazdırmıştır. Yazıçısı isə Bilgə Xaqan və Kül Tiginin bacısıoğlu olan Yolluğ Tigin'dir.[3]
Kitabələrdəki mətnlərin quruluşu
redaktəKitabələrdə Çincə və Türkcə iki ayrı mətin vardır. Həm Türkcə, həm də Çincə mətin Tang Xanədanlığı və Göktürk Dövləti əlaqələri tarixindən bəhs edir.
Çincə mətin, Bilgə Xaqanın qardaşı Kül Tiginin ölümündən sonra 732 ci ildə Tang İmperatoru Xuan Zong tərəfindən yazdırılmışdır. Göktürk Dövləti üzvlərinə, xüsusilə də aristokratik hissəsinə xitab edir. Bu mətində ümumi xətləriylə Çin-Türk əlaqələrindən Çin imperatorları ilə Türk xaqanları arasındakı yaxın dostluqtan, Türk kaqanlarının uğurlarından, sayqın şəxsiyyətliliyindən və Kül Tiginin vəfatından bəhs edilməktədir.[5]
Türkcə mətin də Göktürk dövləti üzvlərinə, xüsusilə də rəhbər şəxslərinə xitap edir. Bu yazıtda danışan Bilgə Xaqandır. Türklər və Tang Xaqanlığı arasındaki əlaqəyə dair Çincə mətindəki elmli şərhdən fərqli olaraq yazıtdakı Türkcə mətinlərdə Tang Xanədanlığının Türklərinin tarixdə və gerçəktə əsas düşman olduqları dilə gətirilmişdir. Xüsusilə Köktürk Dövlətinin geriləməsinin səbəbi olaraq Tang Xanədanlığı göstərilir. I Göktürk Dövlətinin yıxıldığı zamanlardaki acı xatirələri dilə gətirərək Türklər, Tang Xanədanlığı'na yaxınlaşması xüsusunda sərt bir dillə xəbərdar edlir..[3] Bilgə Xaqan ayrıca qardaşının ölümündən dərinden təsirləndiyini, onu xaqanlara yaraşan bir mərasimlə dəfn etdiyini, Çindən ustalar gətirib fövqalədə gözəllikdə bir məzar və yazıt tiktirdiyini bildirir.[4]
Abidənin şimal-şərq, cənub-şərq, cənub-qərb üzlərindəki mətinlərdə Kül Tiginin ölümünə, yuğ törəninə, anıt məzarının və yazıtının tamamlanmasına aid qeydlər ilə Göytürk hərfli üzlərin yazıçısı olan Yollug Tiginin yazıtın yazılış müddəti ilə ilgili ifadələri yer alır.[4]
Kitabələrin tapılması və çözülməsi
redaktəRus Coğrafya Cəmiyəti adına Monqolıstanda araştırmalar aparmağa göndərilən Nikolay Mihayloviç Yadrintsev tərəfindən 18 İyul 1889’da Orxun vadisində Bilge Xağan yazıtı ilə birlikdə tapılımışdır.[4] 1890-cı ildə bölgəyə Rusiya və Finlandiyadan gələn iki ayrı heyət abidələrin qəlibini alıb fotolarını çəkmişdir.[4] Abidənin oxunması üçün iki qoldan davam edən çalışmalar, Danimarkalı filoloq Vilhelm Thomsenin 15 Aralıq 1893-də Danimarka Krallıq Akademiyası düzəltdiyi bəyanatla nəticələndi.
Miqyası
redaktəKül Tigin kitabələri mərmərdən düzəlmiş dörd yönlü bir daşdan ibarəttir. Bu daşın boyu 3.75 metrdir. Üzərindəki yazıların boyu isə 2.75 metr, doğu və batı üzləri altta 1.32 metr, üstdə 1.22 metrdir. Quzey üzü 46 cm, cənub üzü isə 31 cmdir.
Daş bir tısbağa kaide üzərin oturdulmuşkən bu kaidenin parçalanmasına görə 1911-də qurbangahdan kəsilən qranit qayanın üstünə yerləşdirilmişdir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Prof. Dr. Muharrem Ergin, Orhun Abideleri, Boğaziçi Yayınları, İstanbul 2002, s. XVI ISBN 975-451-017-4
- ↑ Kaçalin, Mustafa S.. "Orhun Yazıtları". Türk Diyanet Vakfı İslam Ansiklopedisi Cilt 33. Erişim tarihi: 23 Temmuz 2016.
- ↑ 1 2 3 Yalınkılıç, Tuba. "Bir Dönemin İki Farklı Anlatımı- Kül Tigin Yazıtının Türkçe Metinlerinin Karşılaştırılması". Uluslararası Türkçe Edebiyat Kültür Eğitimi (TEKE) dergisi, Sayı 2/4, Yıl 2013. Erişim tarihi: 18 Temmuz 2016.
- ↑ 1 2 3 4 5 Taşağıl, Ahmet. "Çin Kaynaklarına Göre Köl Tigin Yazıtının Dikilişi Hakkında Bir Değerlendirme". Ulsl. Türkiyat Araştırmaları Sem. Bildiriler Kitabı, Cilt 2. Erişim tarihi: 23 Temmuz 2016.
- ↑ Yalınkılıç, Tuba. "Kül Tigin Yazıtının Çince Metni ve Tercümesi". Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi, Yıl: 2013 Cilt: 2 Sayı: 2. Erişim tarihi: 23 Temmuz 2016.
Xarici keçidlər
redaktəKül Tigin Yazıtı Çevirisi (Oxuma Mətni) Arxivləşdirilib 2010-08-27 at the Wayback Machine