Neriz Seheri - Wikipedia
Nəriz şəhəri — bəzi mənbələr Nərir kimi yazır. Yaqut Həməvi Nərir və ya Nəriz şəhərinin Ərdəbil nahiyəsində olduğunu göstərir.
Qədim şəhər | |
Nəriz şəhəri | |
---|---|
Ölkə | Azərbaycan |
Vilayət | Ərdəbil nahiyəsi |
Milli tərkibi | azərbaycanlılar |
Yə`qubi yazır ki, xəlifə Əbu Cəfər Mənsur Yəzid ibn Hatəm əl-Mühəlləbini Azərbaycana hakim təyin edərkən, bu vilayətə ilk dəfə Bəsrədən yəmənlilər köçürüldülər. Sonra xəlifə Rəvvad ibn əl-Müsənnə əl-Əzdini Təbrizə, Mürr ibn Əli ət-Taini Nərizə, Əl-Həmədanini Miyanicə köçürtdü.[1]
Azərbaycanın şimal vilayətlərində olduğu kimi, cənub vilayətlərində də bir sıra görkəmli şəhərlər var idi. İbn Xordadbeh bunlardan Marağa, Miyanic, Ərdəbil, Varsan, Sisrə, Bərzə, Səburxast, Təbriz, Mərənd, Xoy, Gülsərə, Muğan, Bərzənd, Cənzə,267 Əbərviz, Cabrvan, Nəriz, Urmu (Zərdüşt şəhəri), Səlmas, Şiz (burada atəşgədə olmuşdur) şəhərlərini göstərir.[2]
Əhməd ibn Vazeh əl-Yə`qubi yazır ki, xəlifə Əbu Cəfər Mənsur (754-775) Azərbaycana Yəzid ibn Hatəm əl-Mühəllabini hakim təyin etdi. O, Bəsrədən buraya yəmənliləri köçürdü və ər-Rəvvad bin əl-Müsənna əl-Əzdini Təbrizdə sakin etdi. Bundan başqa, o, Nəriz və Miyaniyəyə də ərəbləri köçürdü.[3]
Bəlazuri Azərbaycanın Miyanic şəhərində məscid, Nərir şəhərciyində qədim qəsrin xarabaları olduğunu, ərəblərin hakimiyyəti zamanı burada qəsr və müxtəlif binaların tikildiyini göstərir.[4]