Rat Herf - Wikipedia
Rat_(hərf) - Haqqında Məlumat
𐕙 (səslənməsi /r/, transkripsiyası R, r) — Alban əlifbasının 42-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կատ (Kat) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində erm. Երատ (Erat) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Rat" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə proteza prosesi göstərilir.[1]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /r/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 60000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10559 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Erməni tədqiqatçı Aşot Abramyan bu hərfin ermənicə qarşılığının Ռ (r̄) hərfi olduğunu düşünürdü.[2] Georgi Klimov isə bu hərfi daha çox Ր (r) hərfi ilə bənzətmişdir.[3] Sergey Muravyev isə bu hərfi /q/ və ya /k/ səslərinin dodaqlaşmış versiyası olduğunu deyirdi.[4] Bu hərf Azərbaycan və Udi dillərindəki R hərfinin qarşılığıdır. Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕘𐔰𐕙 | ġar | uşaq | ğar |
𐔰𐕔𐕙𐔴𐕢𐔴𐕚𐕒𐕡𐕎 | afrepesun | tərifləmək | afurepsun (xeyir-dua)[5] |
𐔳𐕒𐕡𐕙𐕒𐕡𐔳 | durud | şalban | durut' |
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-9
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 33
- ↑ Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497
- ↑ Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259
- ↑ Mobili R. Udı́-Azərbaycanı́n-Urusı́n Əyı́tluğ Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine (Udicə-azərbaycanca-rusca lüğət), ISBN 978-9952-8024-6-7, Bakı, 2010, səh. 20