Q Ar - Wikipedia
𐕍 (səslənməsi /q'/, transkripsiyası Q̇, q̇) — Alban əlifbasının 30-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ռ (Kár̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Q'ar" olmalıdır, çünki diakritik işarə açıq-aşkar erməni əlifbasında olmayan səsi bildirir və bu, udlaqlaşmış fonemin göstəricisidir. Bundan əlavə, tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində q hərfinə çevrilmişdir.[1] Qorxu mənasına gələn alb. 𐕍𐕞𐕡 (q̇üw) və udi q'ı̆, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo, sümük mənasındakı alb. 𐕆𐕞𐕡𐕍𐔴𐕎 (hüwq̇en) və udi ŭq'ĕn sözləri bu qanunauyğunluğun sübutudur. Erməni tədqiqatçı Aşot Abramyan isə səhvən bu hərfi Y hərfi ilə eyniləşdirirdi.[2]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /q'/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 3000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1054D | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–8
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 31-32