Tuyr - Wikipedia
Tüyr - Haqqında Məlumat
𐕜 (səslənməsi /t'/, transkripsiyası Ṭ, ṭ) — Alban əlifbasının 45-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տիւր (Tiwr) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "T'üwr" ola biləcəyini qeyd edir.[1] Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki T' səsi ilə eyniləşdirirlər.[2] Yeganə etiraz edən şəxs Georgi Klimov olsa da[3], sonradan o da bu hərfin transkripsiyası ilə razılaşmışdır.[4]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /t'/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 90000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1055C | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕜𐕒𐔾 | ṭol | dəri | t'ol |
𐕄𐔼𐔾𐕜 | ḳilṭ | açar | k'ilit' |
𐔱𐔼𐕜𐔴𐕚𐕒𐕡𐕎 | biṭesun | əkmək | bit'sun |
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-9
- ↑ Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита[ölü keçid] (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması)
- ↑ Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984
- ↑ Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497