Eb - Wikipedia
Eb - Haqqında Məlumat
𐔴 (səslənməsi: /e/; transkripsiyası: E, e) — Alban əlifbasının beşinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Էբ (Eyb) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "eb" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır.[1][2] Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Ե hərfinin antiformasıdır.[3] Alban əlifbasında [e] səsinin qarşılığı kimi işlənilib. Sergey Nikitiç Murayev isə onu ė kimi səciyyətləndirməyin daha doğru olduğunu düşünürdü.[4]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /e/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 5 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10534 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:[1]
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔴𐕀 | ex | biçin | ex |
𐕀𐔴 | xe | su | xe |
𐔱𐔴𐔵𐔼 | bezi | mənim | bezi |
İstinadlar
redaktə- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 28
- ↑ Roman Lolua — Месроп Маштоц и вопросы генезиса еркатагира и кавказско-албанского письма (Mesrop Maştotsun Erkatagiri və Qafqaz-Alban yazısının yaradılışı sualları), Albania Caucasica Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine, 1, Moskva, ISBN 978-5-89282-642-6 səh. 189–217,
- ↑ Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. S. 222-325