Matenadaran Ms 7117 - Wikipedia
Matenadaran MS 7117 — Matenadaranda gürcü alimi İliya Abuladze tərəfindən aşkarlanmış ermənicə əlyazmadır.[1] Əlyazmanın ən əsas xüsusiyyəti alban əlifbasına yer verməsidir.
Matenadaran MS 7117 | |
---|---|
Tarix | 1442 |
Mənşəyinin yeri | Van, Türkiyə |
Dil(lər) | Erməni dili |
Aydınlaşdıran | İliya Abuladze |
Himayəçi | Matenadaran |
Əlifba | Erməni əlifbası, Alban əlifbası |
Əvvəl saxlanılıb | Metsopavank monastırı |
Kəşf tarixi | 1937 |
Hazırlanması
redaktəƏlyazma XV əsrə, 1442-ci ilə aid edilir. Vaspurakan regionunda (indiki Van, Türkiyə) Metsopavank monastırında abbat Tovma Metsopetsinin xahişi ilə Erməni katolikosu I Kirakos Virapetsinin (1441-1443) sifarişi ilə Krımdan gətirilmiş orijinalının köçürülmüş üzüdür.[2]
Xüsusiyyəti
redaktəƏlyazmadakı mətnlər pamflet xarakterli olub əsasən teoloji debatlara həsr edilib. Əlyazmada alban əlifbası ilə yanaşı fərqli əlifbalara da yer verilmişdir. Bundan əlavə erməni hərfləri ilə yazılmış kürdcə mətn də vardır.[3] Əlyazmadakı alban əlifbası, əlyazmanın "142v" və "142r" nömrəli vərəqlərindədir. Bu əlyazma alban əlifbası ilə yazılmış və dövrümüzə çatmış ən yaxşı mətnlərdən biri hesab edilir. Əlifbanın giriş mətni erm. Աղուանից գիրն է: (Bu Albanların əlifbasıdır) kimi verilmişdir.
Alban əlifbasının 52 hərfini (42 samit, 10 sait səs olmaqla) tam şəkildə müəyyənləşdirmək mümkün olub. Akaki Şanidze isə əlifbanın fonetik sistemini tədqiq etmişdir. Belə ki, alban hərflərinin qarşılığı erməni əlifbasında olmadığından katib həmin əlifbanı ermənicə hərflərə diakritik işarələr əlavə edərək izah edib. Bu tədqiqatın nəticəsinə əsasən əlifbanın fonetik sistemi Udi dilinin fonetik sistemi ilə çox oxşar olduğu üzə çıxıb.[4] Bu əlifba siyahısının bir başqa, 1580-ci ildə köçürülmüş kopiyası Bitlisin Hizan kəndində hazırlanıb.[5] Əlyazmadakı alban əlifbası bəzi xüsusiyyətlərinə görə Sinay palimpsestlərindən fərqlənir - belə ki, bu siyahıda palimpsestlərdə istifadə edilməyən 3 əlavə işarəyə rast gəlinmişdir.
Müasir dövrümüzdə
redaktə1998-ci ildə Gürcüstan prezidenti Eduard Şevardnadze Azərbaycana rəsmi səfəri zamanı əlyazmanın bir nüsxəsini təntənəli şəkildə o zaman Azərbaycan prezidenti olan Heydər Əliyevə təqdim etmişdir.
İstinadlar
redaktə- ↑ И. Абуладзе - К открытию алфавита кавказских албанцев. Известия Института языка, истории и материальной культуры Грузинкого филиала Академии Наук СССР cild 4, 1938, səh. 69-71
- ↑ A.S. Matevosyan, XII-XV əsrlərdə Metsopavank skriptoriumu, Eçmiədzin 1997, səh. 111.
- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé - The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. xix
- ↑ А.Г. Шанидзе - Новооткрытый алфавит кавказских албанцев и его значение для науки. Известия Института языка, истории и материальной культуры Грузинкого филиала Академии Наук СССР cild 4, 1938, səh. 1-62.
- ↑ Kurdian, H. (1956). The Newly Discovered Alphabet of the Caucasian Albanians. Journal of the Royal Asiatic Society of Great Britain & Ireland, 88(1-2), 81–83.