Nuts - Wikipedia
Nuts - Haqqında Məlumat
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir.[1] Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi.[2] Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır. Nümunələr:
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /n/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 4000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1054E | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕛𐕒𐕡𐕎 | vun | sən | un |
𐕎𐔰𐔼𐔽𐕒𐕡 | naiˁu | qul, xidmətçi | nĕı̆š |
𐕎𐔼𐕐𐔴𐕍𐔰𐕜 | nišeq̇aṭ | axşam yeməyi | nişq'at'[3] (prosfora) |
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–8
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 32
- ↑ Mobili R. Udı́-Azərbaycanı́n-Urusı́n Əyı́tluğ Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine (Udicə-azərbaycanca-rusca lüğət), ISBN 978-9952-8024-6-7, Bakı, 2010, səh. 221