Soy - Wikipedia
Şoy - Haqqında Məlumat
𐕝 (səslənməsi /ɕ/, transkripsiyası Ś, ś) — Alban əlifbasının 46-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սոյ (Soy) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "Śoy" ola biləcəyini qeyd edir.[1] Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır, təkcə Aşot Abramyan bu hərfin Tüyr ilə əlaqəli olduğunu iddia etmişdir.[2] Tədqiqatçılar bu hərfi udi dilindəki "š" hərfi ilə eyniləşdirirlər. Bu hərfə alınma sözlərdə rast gəlinmir.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /ɕ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 100000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1055D | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕝𐕒𐕡𐕌 | śum | çörək | š |
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-9
- ↑ Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита[ölü keçid] (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması)