On Herf - Wikipedia
On_(hərf) - Haqqında Məlumat
𐕒 (səslənməsi /o/, transkripsiyası O, o) — Alban əlifbasının 35-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ուն (Own) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "On" olmalıdır.[1] Bu hərf ən çox istifadə edilən hərflərdəndir və müstəqil mənası "ot" deməkdir. Qrafem olaraq erməni əlifbasındakı Օ və gürcü əlifbasındakı Ⴍ (oni) və Ⴓ (oni) hərfləri ilə birlikdə yunan əlifbasındakı Omikron (Ο) hərfindən götürülmüşdür. Bununla belə qrafemin Matenadaran versiyası və Sinay versiyası (həmçinin Mingəçevir versiyası) arasındakı əsas fərqi birincidə hərfin aşağı hissəsinin olmamasıdır.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /o/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 8000 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10552 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕒 | o | ot | o |
𐕜𐕒𐔾 | ṭol | dəri | t'ol |
𐕖𐕒𐔱𐔰𐔾 | čobal | sərçə | çobal[2] |
İstinadlar
redaktə- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–8
- ↑ Mobili R. Udı́-Azərbaycanı́n-Urusı́n Əyı́tluğ Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine (Udicə-azərbaycanca-rusca lüğət), ISBN 978-9952-8024-6-7, Bakı, 2010, səh. 84