Azerbaycan Caylarinin Siyahisi - Wikipedia
Azərbaycan çayları — Azərbaycan Respublikası ərazisindən axan çaylar.
Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:
- Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
- Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları;
- Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları.
Ümumi məlumat
redaktəAzərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.
Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylar
Dağ çayları
redaktəDağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.
Düzənlik çayları
redaktəDüzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.
Coğrafi yerləşməsinə görə çayların təsnifatı
redaktəBöyük Qafqazın şimal-şərq yamacının çayları
redaktəSamur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay
Abşeron-Qobustanın çayları
redaktəPirsaatçay, Ceyrankeçməz, Sumqayıqçay, SitalçAy
Talış dağlarından axan çaylar
redaktəBolqarçay, Viləşçay, Lənkərançay, Təngərud
Kür hövzəsinin çayları
redaktəQanıx çayı , Balakən çay , Əyri çay , Daşagil çay , Araz çayı.
Azərbaycan çaylarının siyahısı
redaktə1000 km-dən yuxarı
redaktə1000-100 km
redaktə- Qanıxçay, 413 km
- Qabırrıçay, 320 km
- Samurçay, 216 km
- Anaxatır (Ehram və ya Xrami), 201 km
- Tərtərçay, 200 km
- Sumqayıtçay, 198 km
- Kürəkçay, 186 km
- Türyançay, 180 km
- Bazarçay, 178 km
- Bolqarçay, 163 km
- Əyriçay, 135 km
- Ağstafaçay, 133 km
- Arpaçay, 126 km
- Xaçınçay, 119 km
- Pirsaatçay, 119 km
- Göyçay, 115 km
- Qarqarçay, 115 km
- Viləşçay, 115 km
- Həkəri, 113 km
- Qudyalçay, 108 km
- Qusarçay, 108 km
- Köndələnçay,102 km
- Ceyrankeçməzçay, 100 km
100-50 km
redaktə- Gəncəçay, 99 km
- Gilançay, 99 km
- Əlicançay, 98 km
- Vəlvələçay, 98 km
- Şəmkirçay, 95 km
- Qaraçay, 93 km (Quba və Xaçmaz)
- Zəyəmçay, 90 km
- Girdimançay, 88 km
- Ağsuçay, 85 km
- Oxçuçay, 85 km
- Ləkərçay, 84 km
- İncəçay, 83 km (Ağdərə, Tərtər və Yevlax)
- Quruçay, 82 km (Xocavand və Füzuli)
- Lənkərançay, 82 km
- Gorançay, 81 km
- Naxçıvançay, 81 km
- Quruçay, 77 km (Quba və Xaçmaz)
- Axıncaçay, 76 km
- Qoşqarçay, 76 km
- Gilgilçay, 72 km
- Həsənsuçay, 71 km
- Dəmiraparançay, 69 km
- Ağçay, 68 km
- Çikilçay, 68 km
- Caqacuqçay, 65 km
- Bala Kür, 63 km
- Hocazsuçay, 63 km
- Əlincəçay, 62 km
- Xonaşençay, 62 km
- Coğazçay, 60 km
- Cəyirçay, 58 km
- Muxaxçay, 56 km
- Tikanliçay, 56 km
- Kürmükçay, 55 km
- Katexçay, 54 km
- Şabrançay, 62 km
- Künkütçay, 52 km
- Bumçay, 51 km
- İncəçay, 51 km (Cəbrayıl)
- Zabuxçay, 51 km
- Göytəpəçay, 50 km
Mənbə
redaktə- Azərbaycanın çayları, gölləri və su anbarları Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine