Agstafacay - Wikipedia
Ağstafaçay - Haqqında Məlumat
Ağstafaçay — Kürün sağ qolu. Əsasən Ermənistandan və Azərbaycanın Qazax və Ağstafa rayonlarının ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2500 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir.
Ağstafaçay | |
---|---|
azərb. Ağstafaçay | |
Ölkələr | |
Rayonlar |
|
Şəhərlər | |
Mənbəyi | Pəmbək dağları |
• Yüksəkliyi | 3000 m |
Mənsəbi | Kür |
Uzunluğu | 133 km |
Su sərfi | 13,6 m³/san |
Su sistemi | Kür |
Su hövzəsi | Xəzər |
Hövzəsinin sahəsi | 2500 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir.
Çayın yatağında həcmi 112 kub metr olan su anbarı tikilmişdir. Qazax şəhəri üzərində yerləşir. Suvarma işlərində istifadə edilir.
Mənbə
redaktə- Azərbaycan çayları Arxivləşdirilib 2008-02-23 at the Wayback Machine