Bazarcay - Wikipedia
Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir.
Bazarçay | |
---|---|
Bərgüşad | |
Ölkələr | |
Rayon | |
Mənbəyi | Zalxa gölü, Ərikli dağı |
• Yüksəkliyi | 3040 m |
Mənsəbi | Həkəri |
• Yüksəkliyi | 270 m |
Uzunluğu | 178 km |
Su sərfi | 19 m³/san |
Su sistemi | Araz |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 2711 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir.
Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.
Suvarmada istifadə edilir.
Bərgüşadçayın mənbəyi Ərikli dağlarından başlanır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çayı, Sisyançay, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. Bərgüşad çayı Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.