Elincecay - Wikipedia
Əlincəçay - Haqqında Məlumat
Əlincəçay — Azərbaycan Respublikası, Culfa rayonunda çaydır.
Əlincəçay | |
---|---|
azərb. Əlincə çayı | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Mənbəyi | Qırxlar dağı, Culfa rayonu |
• Yüksəkliyi | 2800 m |
Mənsəbi | Araz çayı, Gülüstan, Culfa |
• Yüksəkliyi | 695 m |
Uzunluğu | 61,6 km |
Su sistemi | Araz/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 599,2 km² |
|
Çay Araz çayının sol qolu, Naxçıvan MR-in üçüncü əsas çayıdır.
Ümumi məlumat
redaktəƏlincəçay Xəznədərəçayla Ləkətağsuçayın irləşməsindən əmələ gəlir. Başlanğıcını Qırxlar dağından şimal-qərbdə, 2800 metr yüksəklikdən götürüb 695 m yüksəklikdə, Gülüstan kəndi yaxınlığında Araza tökülür. Uzunluğu 61,6 km, sutoplayıcı sahəsi isə 600 km²-dir.
Dərəsi yuxarı axında bir qədər dar və dərin, orta və aşağı axında isə geniş və dayazdır.
Araza qovuşduğu yerdə dayaz yarğanla axır. Əsas qolları Xoşkeşinçay, Zoğalçay, Xəznədərəçay və Gəvikçaydır.[1]
Qidalanması
redaktəƏsasən yeraltı, qar, qismən də yağış suları ilə qidalanır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-06-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-09-25.