Gorancay - Wikipedia
Gorançay — Kürəkçayın sağ qolu.Trayektoriyası Göygöl və Goranboy rayonları ərazisindən keçir.
Gorançay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Uzunluğu | 81 km |
Hövzəsinin sahəsi | 441 km² |
|
Ümumi məlumat
redaktəUzunluğu 81 km, hövzəsinin sahəsi 441 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin ən yüksək zirvələri olan Gamışdağ və Murovdağ arasındakı 3100 m yüksəklikdən alır. Xarxaput kəndi yaxınlığında iki qola ayrılır. Bunlardan biri Qaraçay , digəri Gorançay adlanır. Qaraçinar kəndinə kimi hər iki qol bir-birinə paralel axır.Sonradan Qaraçay istiqamətini dəyişir və geniş suvarma şəbəkəsi vasitəsilə əkin sahələrinə verilir.
Gorançayın resursu qar (37%), yağış (42%) və yeraltı (51%) sulardan əmələ gəlir. Orta illik su sərfi 1,96 kub m/san-dir. Bunun 30%-i yazda, 42%-i yayda, 18%-i payızda, 10%-i isə qışda sərf edilir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 20%-indən istifadə edilir. Çayda yaz daşqını mart ayının axırlarında başlayıb iyul ayının axırına kimi davam edir.
Orta illik asılı gətirmələr sərfi 0,18 kq/san, lillənməsi 90 q/kub m-dir. Suyu orta minerallaşmaya (300–500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Gorançayın suyundan Goranboy, aşağı axımında isə Yevlax rayonlarının əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Gorançay üzərində kiçik bir Su Elektrik Stsnsiyası da tikilmişdir.
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.