Goranboy - Wikipedia
Bu məqalə Goranboy şəhəri haqqındadır. Goranboy rayonu üçün Goranboy rayonu səhifəsinə baxın. |
Goranboy (1991-ci ilə qədər Qasım İsmayılov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində şəhər,[2] Goranboy rayonunun inzibati mərkəzi. 1966-cı ildən rayon tabeli şəhər statusuna malikdir. Əhalisi 10,000 nəfərdən artıqdır.
Şəhər | |
Goranboy | |
---|---|
40°36′36″ şm. e. 46°47′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 156 ± 1 m |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhalisi | 11000[1] nəfər (2022) |
Sıxlığı | 59 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 022 24X XX XX |
Poçt indeksi | AZ2200 |
Nəqliyyat kodu | 22 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəGoranboy qədim insanların yaşadığı və məskunlaşdığı məkan olmuşdur. Əsasən, bunu müasir dövrdə aparılan tarixi araşdırmalar, arxeoloji tədqiqatlar da sübut etmişdir. Bundan əlavə müasir dövrümüzə qədər gəlib çatmış materiallar və dəlillər bunu sübut edir. Orta əsrlərdə Gəncə xanlığının tərkibində olmuşdur. Sonradan Goranboyun tarixi adı, sənədlərdə Goranboy-Əhmədli olub. 1938-ci ildə qəsəbənin adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. 1966-cı ildə bura şəhər statusu verilib. 1991-ci ildə isə şəhərin və rayonun tarixi adı özlərinə qaytarılıb[mənbə göstərin].
Toponimikası
redaktəBir ehtimala görə goran atəşpərəstlər məskəni, boy sözü isə qəbilə, tayfa, oba anlamında başa düşülür. Bəzi tədqiqatçılar Goranboy sözünü Starbonun 17 kitabdan ibarət “Coğrafiya” əsərində göstərilən müxtəlif dilli 26 tayfadan biri olan “gel-ger” tayfasının adı ilə bağlayır. Goranın (gelan) gel–ger tayfasının yaşadığı ərazi kimi işləndiyini söyləyirlər. Başqa mənbələrdə Goranboy sözünü “Kitabi – Dədə Qorqud”da işlədilən “gor” sözü ilə bağlayır, “çoxlu ölünün dəfn olunduğu yer – məzar yeri, insanın son məskəni” anlamında başa düşüldüyünü göstərirlər. Digər qrup alimlər isə “goran” sözünü türk – monqol dillərində işlənən “güryan” sözündən yarandığını, düşərgə, ordugah, müharibə edən tərəf, nahiyə mənasını verdiyini göstərirlər. XIV əsr tarixçisi Rəşidəddinə görə, səhrada 1000 ədəd alaçığın dairəvi şəkildə düzülməsi koran adlanıb, mərkəzində isə tayfa başçısının alaçığı yerləşib. Hər hansı tayfanın koran şəklində düzülməsi müdafiə məqsədi ilə olub. Və nəhayət, başqa bir mənbəyə görə “Goran” sözünü Qarabağın Kolanı tayfasının Goran qolunun adı ilə bağlayırlar.
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Görkəmli şəxsiyyətləri
redaktə- Vüqar Dəmirbəyli — Yazıçı, jurnalist. Hazırda Almaniyada yaşayır.
- Qatır Məmməd — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı.
- İdris Süleymanov — Sovet İttifaqı Qəhrəmanı.
İdmanı
redaktəFutbol
redaktəGoranboy şəhərini AFFA Region liqasında “Qala Goranboy FK” təmsil edir.
Goranboy Olimpiya İdman Kompleksi
redaktə
Goranboy Olimpiya İdman Kompleksinin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.
Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.
Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərir. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.
Şahmat
redaktəPrezident İlham Əliyev 2012-ci il Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.
Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış inşaat işləri 2012-ci ilin sonlarında başa çatdırılmışdır. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılmışdır.
Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılmışdır. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.
Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülmüşlər.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "City and towns of Azerbaijan". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ http://pop-stat.mashke.org/azerbaijan-cities.htm.
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |