Arpacay - Wikipedia
Arpaçay — Ermənistanın hazırkı Vayotsdzor mərzindən və Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda axır. Araz çayının sol qolu və NMR-nın ən böyük və sulu çayıdır.
Arpaçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Araz |
Uzunluğu |
|
Su sərfi | 21,2 m³/s |
Hövzəsinin sahəsi | 5.650 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Uzunluğu 126 km, hövzəsinin sahəsi 2630 km²-dir.[1] Başlanğıcını Basarkeçər dağ silsiləsində Cermuk şəhərindən 12 km şimal-şərqdə, 2.985 metr hündürlükdəki yerləşən zirvədən (koordinatları: 39° 57′ 5.27″ şm. e. 45° 39′ 52.36″ ş. u.) götürür. Yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə edildiyindən yayda suyu Araza çatmır. Arpaçayından Göycə gölünə su axıtmaq məqsədilə 1970-ci ildə 48.6 km uzunluğunda tunel çəkilmişdir.[2] 1977-ci ildə Şərur rayonu ərazisində çayın üzərində su tutumu 150 mln. m³ olan su anbarı (Arpaçay su anbarı) tikilmişdir.[3]
Keşişkənd şəhəri yaxınlığında Arpaçayın orta illik su sərfi 11.5 m³/san-dir.[4] Bunun 50%-i yazda, 25%-i yayda, 14%-i payızda, 11%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2.38 kq/san, lillənməsi isə 120 q/m³-dir.
2013-cü ildə Arpaçay üzərində Arpaçay su-elektrik stansiyası inşa edilmişdir.
- Arpaçayın qolları:
- Sağ sahildə: Alagözçay, Qabaxlıçay.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi: Azərbaycanın çayları, gölləri və su anbarları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine
- ↑ Значение слова "Арпа" Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine в Большой Советской Энциклопедии
- ↑ "Xalq qəzeti.- 2012.- 5 iyun.- səh. 6". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-28.
- ↑ "Арпа — Географическая энциклопедия". 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-05.