Xacincay - Wikipedia
Xaçınçay və ya Xaçın çayı[1] — Kürün sağ qolu. Kəlbəcər, Ağdam, Bərdə rayonlarından axır.
Xaçınçay | |
---|---|
Ölkə | Azərbaycan |
Rayonlar | |
Mənbəyi |
Hacıyurd, Uyuxlu, Çiçəkli, Alaqaya |
• Yüksəkliyi | 1800 m |
Mənsəbi | Kür |
• Yüksəkliyi | 190 m |
Uzunluğu | 119 km |
Su sərfi | 3,2 m³/san |
Su sistemi | Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 657 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəUzunluğu 119 km, hövzəsinin sahəsi 657 km²-dir. Çay Qarabağ silsiləsinin Hacıyurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m) və Alaqaya (2583 m) dağlarından başlayan bulaqların birləşməsindən əmələ gəlir. Suyunu qar (26%), yağış (38%) və yeraltı (36%) sulardan alır. Yazda yağış suları çayda daşqınlar əmələ gətirir. Daşqın dövründə illik axımının 40-50%-i keçir. Orta illik su sərfi 3,20 kub m/san-dir. Bunun da 65-70%-i yaz və yay, 15-20%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15-17%-i keçir.
Çayın asılı gətirmələr sərfi 0,19 kq/san, orta lillənməsi isə 60 q/kub m-dir. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kal-siumludur.
Xaçınçayın üzərində su anbarı (su tutumu 23 mln kub m) yaradılmışdır.
Toponimi
redaktəKəlbəcər, Ağdam və Bərdə r-nları ərazisində çay. Kür çayının sağ qoludur. Mənbəyini Qarabağ silsiləsindən (Uyuxlu dağından c.-da, 2100 m. yüksəklikdən) alır. Mühüm qolu Kolatağdır. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır (1964). Hidronim Qafqaz Albaniyasının Xaçın əyalətinin adından yaranmışdır. Bu əyalətin adı ilk dəfə mənbələrdə VII-X əsrlərin hadisələri ilə bağlı çəkilir. XII əsrdə Arsaxda (Yuxarı Qarabağ) Xaçın hökmdarlığı yaranmış, tarixi Xaçın qalası bu hökmdarlığın ərazisində olmuşdur. XIII əsrdə monqollar həmin qalanı dağıtmış və Xaçın hökmdarlığına son qoymuşdular.[2]
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Хачынчај курганлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 63.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007