Avropa Birliyi - Wikipedia
Avropa İttifaqı (Aİ)[1] və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat.
Avropa İttifaqı EU | |
---|---|
European Union | |
Növü | Regional |
Yaranma tarixi | 23 iyul 1952 |
Rəsmi dili |
|
Mərkəzi | Brüssel, Lüksemburq, Strasburq |
Qurucusu | |
Sədr |
Şarl Mişel Ursula von der Leyen |
Üzvləri |
27 üzv |
europa.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub.
Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.
Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
Əsas təsis sənədləri
redaktə- 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə.
- 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə.
- 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi
- 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin
- vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi
- 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı
- 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin]
- 1992-ci il — Maastrixt sazişi
- 1997-ci il — Amsterdam müqaviləsi
Tarix
redaktəAvropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur. 1870–1945-ci illərdə Fransa və Almaniya 3 dəfə müharibə etdilər. Bir çox insan həlak oldu. Bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yöndən birləşməsi olduğu fikrinə gəldilər. Avropada milli uzlaşmazlıqları dəf edə biləcək bir təşkilatın qurulması İkinci dünya müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.
Avropada bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digəri funksional olan iki hərəkatın müdafiəçiləri İtalyan federalist Altiero Spinelli ilə 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının (AKPİ) qurulmasına yol açan Şuman Planının ilham qaynağı Jan Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Niderlanddan ibarət 6 üzv ilə quruldu. Bu ölkələrdəki kömür və polad sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürüldü. Sözü gedən qurumun ilk başçısı isə Jan Monnet oldu.
Avropa İttifaqı 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi İttifaqıni və Avropa Atom Enerjisi İttifaqıni quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) üzv dövlətləri hegemon dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa İttifaqı birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.
İttifaqın işləri başlanğıcda altı qurucu üzvü (Almaniya, Belçika, Fransa, Niderland, İtaliya və Lüksemburq) arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti olaraq başa düşülürdü. Altılar 1957-ci ildə Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən üç il sonra mübarizə apararaq mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər.
Avropa İqtisadi İttifaqı 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında imzalanan "Roma Anlaşması" ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokoldan ibarətdir.
AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük İttifaqı qurulması nəzərdə tutulmuşdur. Roma Anlaşmasının 2-ci maddəsində AİB-in hədəfi "İttifaqın vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə İttifaqın daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir.
Məmulatlarda gömrük vergiləri planlaşdırıldığı kimi 1 iyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdu. Altıların uğuru Böyük Britaniya, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General Şarl de Qollun idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı.
1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr On ikilərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramların həyata keçirilməsini zəruri etdi. Bu dövrdə Birlik Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit okean ölkələri bir-birinin ardınca dörd Lomé Müqaviləsi (1975, 1979, 1984 ve 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı.
1 yanvar 1995-ci ildə Avropa İttifaqınə üç yeni üzv qəbul edildi. Avstriya, Finlandiya və İsveç özlərinə məxsus yardımları ilə İttifaqı zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004-cü ildə isə on yeni ölkə Avropa İttifaqınə üzv oldu. (Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya). 1995-ci il tarixində üzvlük müraciətləri qəbul edilən Bolqarıstan və Rumıniya ilə 2000-ci ildə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünülür. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə 3 oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsi ilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı. Müzakirələrin ilk hissəsinin tamamlanması tarixinin 2006-cı ilin Sentyabrı olacağı düşünülürdü. 2003-cü ildə namizədlik müraciəti edən Xorvatiya ilə 2005-ci ildə müzakirələrə başlanmışdır. 2004-cü ildə namizədlik müraciəti edən Makedoniya Respublikası isə 2005-ci ilin dekabrında namizəd ölkə statusu qazanmışdır. Son olaraq da Albaniya, Serbiya-Çernoqoriya, Bosniya və Herseqovina və BMT tərəfindən qorunan Kosova namizədlik statusunu gözləyən ölkələrdir.
1948 Brüssel |
1952 Paris |
1958 Roma |
1967 Brüssel |
1987 SEA |
1993 Maastrix (Aİ təsis olundu) |
1999 Amsterdam |
2003 Nitsa |
2009? Lissabon | |
Avropa Atom Enerjisi İttifaqı (EURATOM) | |||||||||
Avropa Kömür və Polad İttifaqı (ECSC) | Avropa İttifaqı (EU) | ||||||||
Avropa İqtisadi İttifaqı (EEC) | → S Ü T U N L A R → |
Avropa İttifaqı (EC) | |||||||
↑Avropa Birlikləri↑ | Ədalət və Daxili İşlər (JHA) | ||||||||
Kriminal məsələlərdə Polis və Məhkəmə əməkdaşlığı (PJCC) | |||||||||
Avropada Siyasi Əməkdaşlıq (EPC) | Birgə Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) | ||||||||
Qərbi Avropa İttifaqı (WEU) | |||||||||
Avropa İttifaqının genişlənməsi
redaktəGenişlənmə XXI əsrə hazırlaşan Avropa İttifaqı üçün ən vacib fürsətlərdən biri idi. Yeni üzvlərə bir sabitlik və rifah bölgəsi təqdim edərək, qitənin sülh yolları ilə bütünləşməsini daha irəliyə götürmək üçün bənzərsiz tarixi bir vəzifədir. AB indidən uğurlu bir genişlənmə keçmişinə sahibdir. Avropa Kömür və Polad İttifaqının qurulmasına aid Paris Müqaviləsi (1951) ilə Avropa İqtisadi İttifaqının və EURATOMun qurulmasına aid Roma Anlaşması (1957) altı qurucu üzv tərəfindən imzalanmışdır: Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya. AB bundan sonra dalbadal dörd genişlənmə müddətindən keçmişdir:
- 1957 Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Hollandiya (qurucu Üzvlər)
- 1973 Danimarka, İrlandiya və İngiltərə
- 1981 Yunanıstan
- 1986 Portuqaliya və İspaniya
- 1995 Avstriya, Finlandiya və İsveç
- 2004 Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan
- 2007 Rumıniya, Bolqarıstan
- 2013 Xorvatiya Avropa İttifaqınə üzv oldular.
- 2020-ci ilin yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqıni tərk edib.
Avropa İttifaqı Şurası 1997-ci il Dekabrda Lüksemburq Zirvəsində genişlənməni mümkün hesab edən müddəti başlatmışdır. Bu müddətdə ilk növbədə aşağıda göstərilən on iki ölkə namizəd ölkə statusu almışdır: Bolqarıstan, Cənubi Kipr Rum İdarəsi, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya və Sloveniya.
Avropa Komissiyasının tövsiyəsi ilə 31 mart 1998-ci ildə altı ölkə ilə müzakirələrə başlanmışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Polşa və Sloveniya.
Malta 1996-cı ildə "dondurmuş" olduğu üzvlük müraciətini 1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa İttifaqı Şurası 1999-cu ilin dekabrında Helsinki Zirvəsində üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komissiyasının tövsiyəsinə əməl edərək altı üzv ölkəylə daha rəsmi üzvlük müzakirələrini başlatmağa qərar vermişdir: Bolqarıstan, Latviya, Litva, Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr 15 fevral 2000-ci ildə rəsmən açılmışdır. Avropa İttifaqı Şurası Helsinkidə Türkiyənin digər üzv ölkələrə tətbiq olunan eyni kriteriyalara görə Birliyə qatılma yolunda bir üzv olduğunu da qeyd etmişdir.
1 may 2004-cü il tarixində 10 yeni üzv ölkənin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) AB-yə rəsmən qatılması ilə AB tarixinin ən əhatəli genişlənməsini tamamlamış oldu. Cəmi 378 milyon əhalisi olan AB-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyona çatarkən; 10 yeni ölkənin qatılmasıyla AB-nin rəsmi dillərinin sayı da 11-dən 20-yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası AB-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.
Avropa İttifaqının qurumları
redaktəAvropa İttifaqı sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 27 Üzv Dövlətdən ibarətdir. İttifaqın içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad İttifaqıdir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi İttifaqı və Avropa Atom Enerjisi İttifaqı (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastrichdə imzalanan Avropa İttifaqı Anlaşması ilə iqtisadi və pul İttifaqı formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa İttifaqı qurulmuşdur. Avropa İttifaqıni isə bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. İttifaqı idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, İttifaqın hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və İttifaqın Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. İttifaqın taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.
- Avropa Parlamenti- Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. 1979-cu ildən bu yana vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır: Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət üsulu, əməkdaşlıq üsulu, ortaq- qərar üsulu, Parlamentin fikir uyğunluğu) qanuniləşdirir. Bundan başqa hər il Dekabr ayında Avropa İttifaqı büdcəsini (1995-ci ildə təxminən 80 milyard ECU) təsdiqləyir.
- Avropa Zirvəsi — Avropa Zirvəsi AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir.
- Avropa İttifaqı Şurası — Avropa İttifaqı Şurası üzv ölkələrin Xarici İşlər Nazirlərindən ibarət olmaqla birlikdə gündəmdəki mövzuya görə ələ alınacaq mövzularla əlaqəli nazirlər səviyyəsində təmsilçilərdən də təşkil oluna bilər. Cəmi 9 fərqli Şura tərkibi vardır: Ümumi İşlər və Xarici əlaqələr, İqtisadi və Maliyyə İşləri (Ecofin), Ədalət və Daxili işlər, Xidmətə alma, Sosial Siyasət, Sağlamlıq və İstehlakçı Haqları, Rəqabətlilik (Daxili Bazar, Sənaye və Araşdırma), Nəqliyyat, Telekommunikasiya və Enerji, Kənd təsərrüfatı və Balıqçılıq, Təhsil, Gənclər və Mədəniyyət.
- Avropa Komissiyası — Avropa Komissiyası AB siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir.
- Ədalət Divanı və Bidayət Məhkəməsi — Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur.
- Ali Maliyyə Məhkəməsi — Mərkəzi Lüksemburqda yerləşən Ali Maliyyə Məhkəməsi 1975-ci ildə qurulmuşdur, Avropa İttifaqı büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir.
- İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi — İqtisadi və Sosial Komitə fərqli təzyiq qruplarının Avropa İttifaqındə təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa İttifaqı Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə bu qurumların daha demokratik qurum olmasını təmin edir.
- Bölgələr Komitəsi — Bölgələr Komitəsi Avropa İttifaqı anlaşmasıyla qurulmuşdur. Yerli və regional məqamları təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır.
- Avropa İnvestisiya Bankı — Avropa İttifaqının maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə İttifaqın hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur.
- Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu — Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul İttifaqının yaranmasından etibarən 1 oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır.
- Ombudsman — Ombudsman Avropa İttifaqı ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.
Avropa İttifaqının fəaliyyət prinsipləri
redaktəAvropa İttifaqının əsas fəaliyyət prinsiplərini tətqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar:
- Milli və ümumi maraqlar arasında balans yaradan dövlətlərarası və dövlətüstü qurumların mövcudluğu;
- Avropa İttifaqı institutu ilə milli dövlətlər arasında dəqiq səlahiyyət bölgüsü;
- Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyəvi qərarlar, qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.);
- Birlik qərarlarının üstünlüyü prinsipi (bu hər sahə üzrə dövlətlərərarası müqavilələrlə təsdiqlənir);
- İnteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi.
AB-nin əsas fəaliyyət istiqamətləri bunlardır:
- Ədalət və Daxili işlər — Azad AB vətəndaşlarının AB sərhədləri daxilində hər hansı bir yerdə səyahət etmə, işləmə, yaşama haqlarına təminat verilmişdir. Bu haqdan tam olaraq istifadə edə bilmək üçün insanların öz həyatlarını yönləndirmələri və iş təhlükəsizliklərini təmin etmələri lazımdır. İnsanlar beynəlxalq qanun pozuntusuna qarşı qorunmalı və Birlik səviyyəsində təməl haqlarına hörmət etməli və ədalətdən eyni bərabərdə faydalanmalıdırlar. Bu vəziyyət Avropa İttifaqının təhlükəsizlik, ədalət və azadlıq sahəsi yaratması üçün lazımdır.
- Araşdırma və Yenilik — AB dünyanın bütün elmi məlumat qabiliyyətinin hardasa üçdə birini istehsal edir. Araşdırma və yenilik AB xalqlarının gözlədiyi rifah və həyat səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir. Ortaq proqramlar AB ölkələrinin işlərini birləşdirir. Əsas vasitə altıncı çərçivə proqramıdır. Bu program üzv ölkələr və digər bəzi ölkələr və Avropa İttifaqının öz Ortaq Araşdırma Mərkəzindəki araşdırmalar üçün fond yaradır.
- Balıqçılıq — AB balıqçılıq sənayesi cəmiyyətin ən vacib ərzaq və məşğulluq qaynaqlarından biridir. Bu səbəblə balıq ovlanmasının məhdudlaşdırılması lazımdır. AB balıqçılıq sektoruna və istehlakçılara xeyir vermək məqsədi güdən ortaq bir balıqçılıq siyasətinə sahibdir.
- Məlumat cəmiyyəti — On beş il əvvəl mövcud olmayan mobil telefonlar bu gün həyatımızın ən vacib parçalarından biri halına gəlmişdir. İnternet müddətsiz məlumat axışını təmin edir. Yüksək qabiliyyətli digital sistemlər kimi xidmətlər və proqramlar təqdim edilərək əvvəllər ayrı olan yayım və telekommunikasiya dünyası bir yerə toplanır. Məlumat texnologiyasındakı bu inqilab evdə, işdə və məktəb və ya universitetlərdə məlumat cəmiyyətini təşkil edir. AB siyasətləri və fəaliyyətləri bu inkişafı əvvəlcədən dəstəkləyir və yönləndirir.
- Regional Siyasət — AB dünyanın ən zəngin bölgələrindən biri olmasına baxmayaraq regionlararası gəlir paylaşılması və fürsət qeyri-bərabərliyi mövcuddur. Gəlirləri AB ortalamasından aşağı olan və 2004-cü ilin Mayında üzv olan ölkələr bu fərqliliyi daha da dərinləşdirəcək. Regional siyasətlər vasitəsilə mənbələr varlı regionlardan kasıb regionlara yönləndirilirlər. Beləliklə həm maliyyə həmrəyliyi, həm də güclü iqtisadi inteqrasiya təmin olunmuş olur.
- Büdcə — Berlinin Charlottenburg səmtindəki kiçik bir çörəkbişirmə zavodu ilə Sloveniyanın Jozef Stefan İnstitutundakı dil müəllimləri və Krakow Texnoloji Universitetindəki araşdırma mühəndisləri ilə Lissabonun qatar stansiyasının ortaq hansı nöqtəsi ola bilər ki? Bunların hamısı AB büdcəsində fond təşkil ediblər. AB-nin illik büdcəsinin böyük bir qismi Avropa cəmiyyətinin xeyrinə istifadə edilir. AB büdcəsi ətraf-mühitin təmizliyi, ərzaq təhlükəsizliyi və xərçəng araşdırmaları kimi sahələrə tətbiq edilir.
- Ətraf-mühit — Ətraf-mühitin qorunması bu günümüz və gələcək nəsillərin həyat səviyyəsi üçün əsas şərtdir. Ancaq çətin olan bunu iqtisadi inkişaf ilə paralel olaraq uzun müddətdə davam etdirə bilməkdir. AB ətraf-mühit siyasəti yenilik və iş fürsətlərini təşviq edən yüksək ətraf-mühit standartları üzərində qurulmuşdur.
- Xarici əlaqələr — AB-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları onu bir dünya gücü vəziyyətinə gətirir. AB qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar silsiləsinə sahibdir. Dünyanın ən böyük ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan AB beş qitədəki yardım layihələrinə də ayda bir milyard Euro xəcləyir. Avropa İttifaqının xarici siyasətdə söz sahibi olan bir vəziyyətə gəlməsi Birliyə vacib qlobal öhdəlik qazandırır.
- Xarici ticarət — AB dünyanın birinci ticari gücüdür və dünya idxalat və ixracat həcminin 20%-ini həyata keçirir. Varlı və kasıb ölkələrin qarşılıqlı maraqları çərçivəsində AB üzv ölkələr arasındakı sərbəst ticarəti 50 ilə yaxın bir müddətdir ki, uğurla öz üzərinə götürmüşdür.
- Tərbiyə, Təhsil və Gənclər — Başqa ölkələrdə tərbiyə, təhsil və iş mədəniyyətlərarası anlayışa böyük xeyir verir. Hər il yüz mindən çox Avropa İttifaqı vətəndaşı fərqli mədəniyyətləri tanımaq imkanı verən və AB vətəndaşı olmağın verdiyi üstünlüklərdən faydalanmağı asanlaşdıran AB mənbəli sərhədxarici proqramdan faydalana bilir. Avropa İttifaqı, eyni zamanda, milli tərbiyə və təhsil səviyyəsinin yüksəlməsini təşviq edir, çünki bu sahələr iş və inkişaf üçün çox lazımlıdır.
- Enerji — Neft qıtlığı və enerji çatışmazlığı az-az meydana gəlir, lakin bu vəziyyət də enerjiyə həyatın hər sahəsində ehiyac duyulduğunun xatırladıcısıdır; nəqliyyat üçün, mənzilləri qış mövsümündə isitmək, yay mövsümündə soyutmaq üçün, fabrikləri, şirkətləri, mülkləri işlətmək üçün enerjiyə ehtiyac vardır. Ancaq bir çox enerji mənbəyi tükənmişdir. Ancaq enerji istifadəsi çirklənmə mənbələrindən biridir. Yeridilə bilən inkişaf neftin daha az və ağıllı istifadəsi zamanı baş verə bilər.
- İqtisadi və Pul əlaqələri — Davam edə biləcək bir böyümə və Avropa İttifaqındə yaşam yarada bilmək üçün üzv ölkə hökumətləri iqtisadiyyatlarını sağlam iqtisadi idarəetmə təməllərində qurmalıdırlar. Ortaq pul siyasəti bu müddətin bir parçasıdır.
- Genişlənmə — 1 may 2004-cü ildə Kipr və Maltanı da əhatə edən səkkiz mərkəz və Şərqi Avropa ölkəsinin Birliyə daxil olması əsrlərdir davam edən ayrılığın sonunu gətirən tarixi bir uğurdur. Yenidən birləşmiş Avropa; dörd yüz əlli milyon vətəndaşına iqtisadi maraqlar təmin edən vahid bazarı ilə daha güclü, daha demokratik və daha müəyyən bir qitə formasında gəlir.
- Qida Təhlükəsizliyi — Son illərdə sağlamlıq sektorunda partlayış edən qida sekrotuyla bağlı böhranlar istehlakçının qida təhlükəsizliyi üzərindəki inamını sarsıtmışdır. Bu vəziyyətə qarşılıq olaraq AB qlobal bir "tarladan boşqaba" adlı vətəndaşların qida sektorundakı inamlarını yenidən qazanmağı qarşısına məqsəd qoyan bir strategiyanı inkişaf etdirmişdir.
- İdarəetmələr — Müvəffəqiyyətli və müasir olmasına baxmayaraq, Avropa iş və sənaye dünyası bu şöhrəti əldən verə bilər. Texnoloji inkişaflara uyğunlaşmaq və rəqabəti davam etdirmək qalıcı bir mübarizədir. Bu problemi müvəffəqiyyətli bir formada qarşılaya bilmək davam edə biləcək böyümə və daha çox rifah üçün lazımlıdır. AB-nin müdaxilə siyasəti yenilikləri, müdaxiləni və xidmətlər və istehsalatda rəqabətçiliyi təşviq etməkdə vacib bir rol oynayır.
- Vizual siyasət — Günümüzdə televiziya məlumat və əyləncənin əsas mənbəyidir. Hər insan gündə təqribən üç saatını kino, idman xəbərləri və digər proqramları izləyərək keçirir. Vizual sektor AB-yə bir milyon iş imkanı yaradır. Bu sektor böyük ticari məqsədlər və mədəni fərqlilik, cəmiyyət xidmətləri və sosial cavabdehlik məsələlərini əhatə edir. Birlik ortaq maraqların olduğu yerlərdə qayda və rəhbərlər yaradarkən, hər bir hökumət öz vizual siyasətini yeridir.
- Gömrük — Gömrük İttifaqı AB-ni təşkil edən ən əsas amillərdən biridir. Bu vəziyyət Birlik daxilindəki gömrük vergilərini ləğv etmiş, onun yerinə idxal mallara aid tək bir vergi sistemi təyin etmişdir. Üzv ölkələr arasında gömrük yoxlamaları ləğv edilmişdir. Gömrük vəzifəliləri artıq sadəcə AB-nin xarici sərhədlərində yerləşirlər. Bunlar sadəcə ticarətin davamını təmin etməklə yetinməyib, eyni zamanda ətraf-mühitin və mədəni mirasın qorunmasını təmin edir.
- Təhlükəsizlik və xarici siyasət — Avropa İttifaqının beynəlxalq münasibətlərdə tək səs olaraq hərəkət etməsi fikri Avropanın bütünləşmə müddəti qədər köhnədir. Ancaq birlik ortaq təhlükəsizlik və xarici siyasət mövzusunda əldə etdiyi uğuru vahid bazar və ortaq pul toplusu sahəsində göstərə bilməmişdir. Kommunizmin çöküşünü izləyən geopolik dəyişikliklər və Balkanlar və qalan hissədə meydana gələn böhranlar AB üzvlərinin tək bir səslə danışma və hərəkət etmə cəhdlərini artırmışdır.
- Ümumi sağlamlıq — Ölkələr və qitələr arasında sistemli olaraq səyahət edən insanların olduğu bir dünyada milli sərhəd daxilinə girən xəstəliklərin qarşısı alına bilmir və bu AB vətəndaşlarını hədələyir. Siqaretdən asılılıq, az qidalanma və ya çirklənmədən qaynaqlanan xəstəliklər bütün Avropa İttifaqı üzvləri üçün narahatlıq mövzusudur. Vahid bazarda tibbi və qan məhsullarının təhlükəsizliyi paylaşılan bir cavabdehlikdir. Sağlamlıq sahəsinin üzv ölkələrin ən əsas problemi olduğuna görə AB bu mövzudakı çətinliklərin fəal həllində yönləndirici rol oynaya bilər.
- Daxili bazar — 10 ildir Avropa vahid bazarını təbii qəbul edirik. Sərhədlərin açılması ilə insanlar, mallar, xidmətlər və sərmayə tək ölkə içərisində hərəkət edərcəsinə Avropa səviyyəsində sərbəstcə hərəkət edirlər. AB vətəndaşları İttifaqın daxili sərhədləri içərisində iş və zövq üçün hərəkət edir və ya istəklərinə görə öz ölkələrinin sərhədləri daxilində qalıb bütün AB məhsul növlərindən faydalana bilirlər. 1993-cü ildə yaradılan vahid Bazar AB-nin ən böyük uğuru və ən çətin mübarizəsi olmuşdur.
- İnsan Haqları — İnsan haqları, demokratiya və hüququn üstünlüyü AB-nin əsas şərtlərindəndir. Qurumun nizamnaməsində yer alan bu dəyərlər, əsas haqlar şərtinin qəbulu ilə möhkəmləndirilmişdir. İnsan haqlarına hörmət sadəcə birliyə qatılmaq istəyən ölkələr üçün deyil, eyni zamanda birliklə ticari və digər anlaşmalara sahib olan ölkələr üçün də bir əsas şərtdir.
- İnsani Yardım — Hər həftə televiziyalarda və qəzetlərin ilk səhifələrində fəlakət xəbərləri və görüntüləri yayımlanır. AB təbii, ya da insanların səhvindən qaynaqlanan fəlakətlərdə din, dil, irq və siyasi fikir ayrılığı da daxil olmaqla yardıma möhtac olan xalqa mümkün olan ən sürətli formada çatmağı qarşısına məqsəd qoyan bir insanı yardım mərkəzidir.
- Məşğulluq siyasəti — Avropa məşğulluq və sosial siyasətinin şüarı daha çox və daha yaxşı iş təklifləri ilə fürsət bərabərliyidir. AB dünyanın rəqabət nisbəti ən yüksək və ən dinamik olan iqtisadiyyatına sahib olma iddiasındadır. Sosial siyasət gündəmi iqtisadiyyat, məşğulluq və sosial siyasətlər çərçivəsində ələ alınır.
- İnkişaf — AB və üzv ölkələrdən gələn sərmayənin təxminən yarısı kasıb ölkələrə yardım etmək üçün istifadə olunur ki, bu da İttifaqı dünyanın ən böyük yardım qurumu vəziyyətinə gətirir. Ancaq inkişaf siyasəti yalnızca təmiz su və yol çəkilməsi ilə öz işini bitmiş hesab etmir. Birlik ticarəti də; bazarını kasıb ölkələrə açaraq və onları bir-biriləri ilə daha çox ticarət etməyə təşviq edərək, bir inkişaf vasitəsi olaraq istifadə edir.
- Mədəniyyət — Dil, ədəbiyyat, plastik sənətlər, vizual sənətlər, əl sənətlərı, memarlıq abidələri, film və radio verlişlərinin yayımı Avropanın mədəni fərqliliyinin bütün sahələridir. Fərqli region və ölkələri təmsil etmələrinə baxmayaraq hər biri Avropanın ortaq mədəni mirasına aiddir. Avropa İttifaqının əsas 2 məqsədi vardır: bu fərqliliyi qorumaq və dəstəkləmək, eyni zamanda digərlərinə də əlçatan hala gətirməyə çalışmaq.
- Ortaq Kənd təsərrüfatı Siyasəti — Ortaq Kənd təsərrüfatı Siyasətinin məqsədi əkinçilərə aydın həyat standartları yaratmaq və istehlakçılara ədalətli qiymətlə keyfiyyətli ərzaq təqdim etməkdir. Bu ehtiyacların qarşısının alınma forması illər boyunca dəyişilmişdir. Indiki açar sözlər ərzaq təhlükəsizliyi, çöllüklərin qorunması və pul üçün dəyərdir.
- Rəqabət — Təsirli rəqabət açıq bazar iqtisadiyyatı üçün çox lazımlıdır. Rəqabət qiymətləri aşağı salır, keyfiyyəti qaldırır və islehlakçıya geniş seçim imkanı verir. Rəqabət texnoloji yeniliklərə imkan yaradır. Bunun həyata keçməsi üçün özəl sektor və hökumətlərdə dürüstlük və ədalətlilik çox vacibdir. Avropa Komissiyası özəl sektor və hökumətlərin mal və xidmətlərin ədalətli ticarəti haqqındakı Avropa İttifaqı qanunlarına əməl etmələrini təmin etmək üçün çox geniş imkanlara sahibdir.
- İstehlakçılar — AB içərisindəki hər vətəndaş bir istehlakçıdır və Avropa İttifaqı onların sağlamlığını qoruma, təhlükəsizliyini təmin etmə və iqtisadi standartlarını yaxşı səviyyədə tutma məsələlərinə olduqca böyük diqqət yetirir. Avropa İttifaqı istehlakçıların məlumat və təlim haqlarını yüksəldir, onların maraqlarının zəmanət altına alınmasına kömək edir və onları özlərinə yardım edəcək istehlakçı dərnəkləri mövzusunda məlumatlandırır və cəsarətləndirir.
- Nəqliyyat — Sərhədlərin açılması və nəqliyyat sektorundakı qiymətlərin aşağı düşməsi Avropa İttifaqı vətəndaşlarına bu günə qədər heç görülməmiş dərəcədə ölkələrarası hərəkətliliyi təmin etmişdir. Bunun sayəsində fərqli ölkələrdə istehsal olunan mallar istehlakçıya birbaşa çatdırılır. AB milli bazarları rəqabətə açaraq və fiziki və texniki sədləri aradan qaldıraraq bu inkişafa yardım etmişdir. Ancaq böyümə nisbəti davamlı deyil.
- Vergiləndirmə — Birbaşa vergiləndirmə hökumətlərin öz vəzifələridir. AB vergiləndirmə siyasəti əlavə dəyər vergisi və vahid bazara birbaşa təsir göstərən məxaric vergisi kimi dolaylı vergilərin nisbətlərinə yönəlir. Bundan başqa vergi qaydalarının AB səviyyəsində sərmayənin sərbəst hərəkətini təmin edəcək və vergidən yayınmaq üçün yaranacaq fürsətlərə səbəb olacaq sərmayənin hərəkətinin qarşısını alacaq şəkildə olmasını təmin edir. Eyni zamanda AB siyasəti Avropa İttifaqı vətəndaşlarının Birlik daxilində hər hansı bir yerdə işləmə haqqını məhdudlaşdıra biləcək vergi qaydalarını hədəf alır.
- Korrupsiya — Ölkəyə qanunsuz siqaret gətirilməsi, saxta pul çapı və s. bunun kimi hallar Avropalı vergi mükəlləfiyyətlilərinin üzərinə düşür. Avropa Qaçaqmalçılıqla Mübarizə Bürosu AB-nin və vergi mükəlləfiyyətlilərinin maliyyə mənafeləriylə maraqlanan 350-dən çox məmura sahibdir.
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası, 2005, s.770
Xarici keçidlər
redaktə- Europa — The European Union On-Line
- Türkiyə Respublikası — Avrupa Birliği Genel Sekreterliği Arxivləşdirilib 2006-02-06 at the Wayback Machine
- Avropa İttifaqındə Dağlıq Qarabağla bağlı xüsusi strategiya… Arxivləşdirilib 2010-06-17 at the Wayback Machine
- Azərbaycan Avropa İttifaqının enerji tərəfdaşına çevrilir Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi