Ombudsman - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ombudsman – İsveç mənşəli sözdür. Mənası agent və ya sədr deməkdir. Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.
Şikayətləri qəbul edən rəsmi şəxsə verilən addır. Bütün Avropa (həmçinin digər demokratik ölkələrdə) ölkələrində bu şəxs əhalinin dövlətin nəzarətində olan sahələrdə şikayətinə baxan bir şəxs kimi başa düşülür. Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.
Ombudsman təsisatı
redaktəOmbudsman təsisatı nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətinə aid olmayan, ilkin öz mahiyyətinə görə dövlətin ali təsisatlarına aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqiliyyidir. Dünya təcrübəsinə görə, bu orqan parlament tərəfindən təsis olunur və onun qarşısında hesabat verir.
Ombudsman, funksiyalarını vətəndaşların tələbləri və şikayətləri üzrə öz şəxsi təşəbbüsü ilə həyata keçirir. Ombudsmanın hüquq statusu Konstitusiya və digər hüququ aktlarla müəyyən edilir. [1]
Avropa Komissiyası, Avropa Birliyi Şurası, Avropa Parlamenti, Avropa Ətraf qurumu, Avropa İş Təhlükəsizliyi və Sağlamlıq Qurumu Ombudsmanın araşdıra biləcəyi birlik qurumlarından bəziləridir. Maastricht Anlaşması ilə qurulan Ombudsman pis idarətmə və qeyri-kafi və ya uğursuz idarəetmə, ayrı-seçkilik, hüquqdan sui-istifadə kimi məsələlərdə gələn şikayətləri araşdırır. Avropa Birliyi üzvü olan dövlətlərin vətəndaşları və ya üzv dövlətlərdə yaşayan şəxslər Ombudsmana şikayət edə bilərlər. Ombudsmana çatdırılan şikayətlərin çoxu idarəyə aid gecikmələr, şəffaflıq əskikliyi, ya da məlumat çatdırılmasının rədd edilməsi kimi məsələlərlə bağlıdır. Avropa qurumları ilə vəzifəliləri arasındakı əlaqələr, işçi heyətin işə alınması və rəqabətin fəaliyyəti kimi məsələlər də Ombudsmanın qarşısına qoyulur.
Ombudsman məhkəmələrə göndərilmiş şikayətlərə baxmır. Avropa Birliyi Ədalət Divanı və Bidayət məhkəməsi fəaliyyət sahəsi xaricindədir. Milli, regional və ya yerli idarəetmələrlə əlaqədar şikayətlərin mövzusu Avropa Birliyi ilə əlaqəli olsa da, onlara baxa bilməz. İş yerləri, ya da xüsusi şəxslərlə əlaqədar şikayətlər də vəzifə sahəsi xaricində qalır. Ombudsman şikayət edilən qurumla əlaqə saxlayır, məlumat istəyir və şikayətin aradan qaldırılması üçün üç ay müddət verir. Haqqında şikayət edilən qurum Ombudsmana məlumat verməyə borcludur. Bundan başqa Parlamentə və şikayətçiyə də hesabat verir. Ombudsman Avropa Parlamenti tərəfindən 5 illik müddətə seçilir. Yardımçı katibliyi vardır.
Mərkəzi Strasburqdakı Avropa Parlamentinin binasındadır. Ombudsman tamamilə azad və tərəfsiz işləyir, heç bir ölkə və ya qurumdan məsləhət və ya məlumat almır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "M. Rəhimov, İnsan və cəmiyyət, Ali məktəblər üçün dərs vəsaiti, Bakı 2010" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-31.