Kosova - Wikipedia
Kosova (), Kosovo (serb. Косово) və ya rəsmi adı ilə Kosova Respublikası (alb. Republika e Kosovës, serb. Република Косово) — Şərqi Avropada bölgə və eyni zamanda müstəqilliyi mübahisəli dövlət. Kosovo Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir. Şimal və şərqdə Serbiya, cənub-şərqdə Şimali Makedoniya, cənub-qərbdə Albaniya, qərbdə isə Monteneqro ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Priştina şəhəri, ümumi sahəsi 10,887 kvadrat kilometrdir. Kosovo ərazisindəki alban çoxluğu Kosovo Respublikasının müstəqilliyinin dünya dövlətləri tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 101 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovonun müstəqilliyini tanımamışdır.
Kosovo | |||||
---|---|---|---|---|---|
Republika e Kosovës | |||||
| |||||
Himn: "Avropa"[1] |
|||||
Tarixi | |||||
• BMGK 1244 | 10 iyun 1999 | ||||
• ABKHM | 16 fevral 2008 | ||||
• Serbiyadan müstəqillik | 17 fevral 2008 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Priştina | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Vjosa Osmani | ||||
Baş Nazir | Albin Kurti | ||||
Beynəlxalq Mülki nümayəndəsi | Pieter Feith (Avropa Birliyi Xüsusi Təmsilçisi) | ||||
Sahəsi | |||||
• Ümumi | 10,887 km² km² | ||||
Əhalisi | |||||
• Əhali | 1 847 708[2] nəfər (150-ci) | ||||
• Siyahıyaalma (2011) | 1 739 825[4] nəf. | ||||
• Sıxlıq | 159.5 nəf./km² | ||||
• Ümumi | 9.412.034.299 $[5], 9.429.156.202 $[5] | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2009) | $5.352 milyon dollar | ||||
• Adambaşına | $2,965 dollar | ||||
Valyuta | avro | ||||
ISO kodu | XK | ||||
BOK kodu | KOS | ||||
Telefon kodu | +383 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Tək tərəfli bir iştirakdır. Kosovo, Eurozone rəsmi üzvü deyil. | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1389-cu ildəki Birinci Kosovo döyüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı imperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.
İkinci Dünya müharibəsində sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-i referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır, amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.
Coğrafiyası
redaktəKosovo Avropanın şərqindəki Balkan yarımadasının ortasında yerləşir. Qonşuları: cənubda Albaniya və Makedoniya Respublikası, şimalda Serbiya və qərbdə Monteneqrodur. Mərkəzi Priştina şəhəri olan ölkənin ərazisi 10.908 km²dir.[6]
Əhali
redaktə1–15 aprel 2011-ci il siyahıyaalınmasının yekunlarına əsasən Kosovo əhalisinin sayı 1.739.825 nəfər (875.900 nəfəri kişilər, 863.925 nəfəri qadınlar) olmuşdur.[4] Onlardan 661.586 nəfəri və ya 38,03 %-i şəhərlərdə, 1.078.239 nəfəri və ya 61,97 %-i isə kəndlərdə yaşayır.[4]
Milli tərkib
redaktəEtnik qrup | 1948 | 1953 | 1961 | 1971 | 1981 | 1991 |
---|---|---|---|---|---|---|
toplam əhali | 733 034 | 815 908 | 963 988 | 1 243 693 | 1 584 440 | 1 956 196 |
alban | 498 244 | 524 562 | 646 605 | 916 168 | 1 226 736 | 1 596 072 |
serb | 176 718 | 189 869 | 227 016 | 228 264 | 209 798 | 194 190 |
türk | 1 320 | 34 590 | 25 764 | 12 244 | 12 513 | 10 445 |
qaraçı | 11 230 | 11 904 | 3 202 | 14 593 | 34 126 | 45 745 |
digər | 45 522 | 54 983 | 61 401 | 72 424 | 101 267 | 109 744 |
Dil
redaktəDil | Sayı, 2011 sa.[4] | Nisbəti, 2011 sa. |
---|---|---|
cəmi | 1 739 825 | 100 % |
albanca | 1 644 865 | 94.54 % |
boşnakca | 28 989 | 1.67 % |
serbcə | 27 983 | 1.61 % |
türkcə | 19 568 | 1.12 % |
qaraçıca | 5 860 | 0.34 % |
digər | 10 308 | 0.59 % |
a.d.g.[8] | 2 252 | 0.13 % |
Din
redaktəDin | Etiqad edənlərin sayı, 2011 sa.[4] | Nisbəti, 2011 sa. |
---|---|---|
cəmi | 1 739 825 | 100 % |
islam | 1 663 412 | 95.61 % |
xristianlıq | 64 275[9] | 3.70 % |
dinsiz | 1 242 | 0.07 % |
digər | 1 188 | 0.07 % |
c.v.i.[10] | 7 213 | 0.41 % |
d.e.g.[11] | 2 495 | 0.14 % |
Müstəqillik
redaktəKosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevral ayının 17-də elan etmişdir. Müstəqillik bəyannaməsini parlementdə baş nazir Haşim Taçi elan edib. Müstəqillik bəyannaməsinə görə "Kosova demokratik və çoxmillətli bir dövlət olacaq. Burada yaşayan serb və digər etnik azlıqların da bütün haqları qorunacaq".[12]
Şəhərləri
redaktəKosova bələdiyyə mərkəzləri:[13]
- Deçan (Deçan / Dečani)
- Yakova (Gjakova / Đakovica)
- Qloqovaç (Gllogoc / Glogovac)
- Gilan (Gjilan / Gnjilane)
- Dragaş (Sharri / Dragaš)
- İstok (Istog / Istok)
- Kaçanik (Kaçaniku / Kačanik)
- Klina (Klina / Klina)
- Kosovo Ovası (Fushë Kosova / Kosovo Polje)
- Kameniçe (Kamenicë / Kosovska Kamenica)
- Mitroviça (Mitrovica / Kosovska Mitrovica)
- Leposaviç (Albaniku / Leposavić)
- Liplan (Lipjani / Lipljan)
- Nobırda (Novobërdë / Novo Brdo)
- Kastriot (Kastrioti / Obilić)
- Rahofça (Rahovec / Orahovac)
- İpek (Pejë / Peć)
- Poduyeva (Besiana / Podujevo)
- Priştina (Prishtina / Priština)
- Prizren (Prizren / Prizren)
- Skenderay (Skënderaj / Srbica)
- Ştimle (Shtime / Štimlje)
- Ştırpçe (Shtërpca / Štrpce)
- Suvareka (Theranda / Suva Reka)
- Ferizaji (Ferizaji / Uroševac)
- Viti (Vitia / Vitina)
- Vıçıtırın (Vushtrri / Vučitrn)
- Zubin Potok (Zubin Potoku / Zubin Potok)
- Zveçan (Zveçan / Zvečan)
- Malişova (Malisheva / Mališevo)
- Yunik (Junik / Junik)
- Mamuşa (Mamusha / Mamuša)
- Elezhan (Hani i Elezit / Đeneral Jankovič)
- Qraçaniça (Graçanicë / Gračanica)
- Ranilug (Ranillug / Ranilug)
- Parteş (Parteshi / Parteš)
- Klokot (Kllokot / Klokot)
- Şimali Mitroviça (Mitrovica — Veri / Kosovska Mitrovica — Sever)
Şəhər əhalisi
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Assembly approves Kosovo anthem", b92.net, 11 June 2008. Link accessed 11 June 2008.
- ↑ Central Intelligence Agency - CİA - The World Factbook: Europe: Kosovo Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine
- ↑ Central Intelligence Agency - CİA - The World Factbook: Country comparison: Population Arxivləşdirilib 2013-06-15 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 Kosovo Agency of Statistics: Kosovo population and housing census 2011—Final results Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Kosovo Agency of Statistics: Kosovo in Figures 2009 [ölü keçid]
- ↑ Kosovo Agency of Statistics: Demographic changes of the Kosovo population 1948–2006 [ölü keçid]
- ↑ Ana dilini göstərməyənlər
- ↑ 38.438 nəfəri katoliklər, 25.837 nəfəri isə ortodokslar
- ↑ Cavab vermək istəməyənlər
- ↑ Dini etiqadını göstərməyənlər
- ↑ Zaman, 20 fevral 2008, http://www.zaman.az Arxivləşdirilib 2016-02-04 at the Wayback Machine
- ↑ Yunik, Mamuşa, Elezhan, Graçaniça, Ranilug, Parteş, Klokot və Kuzey Mitroviça . Müstəqillik sonrakı dövrdə, daxili gərginliyi həll etmək üçün, milli azlıqların yaşadığı yeni bələdiyyələr yaranmışdır.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Kosovo haqqında səyahət məlumatları var.
- CIA – The World Factbook : Kosovo — Ethnic groups: Albanians 88%, Serbs 7%, other 5% (Bosniak, Gorani, Roma, Turk, Ashkali, Egyptian) Arxivləşdirilib 2016-07-01 at the Wayback Machine