Kosova Ve Metohiya Muxtar Vilayeti - Wikipedia
Kosova ve Metohiya muxtar vilayəti (serbcə Аутономна Покрајина Косово и Метохија / Autonomna Pokrajina Kosovo i Metohija; , qısa olaraq— Косме́т (Kosovo və Metohiya sözlərindən) — Serbiyada inzibati vahid. 2006-cı ildə Serbiya və Çernoqoriya və 2003-cü ildə Yuqoslaviya Federal Respublikasının dağılmasından əvvəl həmin dövlətlərdə Serbiya tərkibində muxtariyyət kimi gedirdi. 1990-cı ildə Kosovo sosialist muxtar diyarının dağılmasından sonra yarandı.[1] Faktiki olaraq Kosovo və Metohiyanın ərazisinin böyük hissəsinə 1990-cı ildən de-fakto mövcud olan və qismən tanınan Kosovo Respublikası nəzarət edir.
Kosova ve Metohiya muxtar vilayəti | |
---|---|
serb. Аутономна Покрајина Косово и Метохија | |
42°40′ şm. e. 21°10′ ş. u.HGYO |
|
Ölkə | Serbiya |
İnzibati mərkəz | Priştina |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 28 sentyabr 1990 |
Sahəsi | 10 939 km² |
Saat qurşağı | UTC+1 (yayda— UTC+2) |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dillər | alban və serb |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RS-KM |
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati bölgüsü
redaktəKosova ve Metohiya muxtar vilayətin sahəsi 10 939 km², bu Serbiyanın ümumi ərazisinin 12,4% -ni təşkil edir. Kosovo Respublikasının inzibati bölgüsü 7 dairədən ibarətdir, muxtar vilayəti isə ondan fərqli olaraq 5 dairəyə bölünüb: Kosovo (3 117 km² və 10 bələdiyyə), Peç (2 450 km² və 5 bələdiyyə), Prizren (1 910 km² və 4 bələdiyyə), Mitroviça dairəsi (2 050 km² və 6 bələdiyyə), Kosovo-Pomoravski dairələri (1 412 km² və 4 bələdiyyə). Vilayətin tərkibində 1449 yaşayış məntəqəsi yerləşir. Onlardan 26-sı şəhər tipli yaşayış məntəqələridi.[2]
-
Kosovo dairəsi
-
Peç dairəsi
-
Prizren dairəsi
-
Mitroviça dairəsi
-
Kosovo-Pomoravski dairəsi
İstinadlar
redaktə- ↑ United Nations Publications. Yearbook 1999 Arxivləşdirilib 2018-07-17 at the Wayback Machine. — United Nations Publications, 2008. — С. 94. — 274 с. — ISBN 9211567068.
- ↑ Косово и Метохија Arxivləşdirilib 2012-02-14 at the Wayback Machine (serbcə)