Simali Amerika Azad Ticaret Assosiasiyasi - Wikipedia
Şimali Amerika Azad Ticarət Assosiasiyası (ing. North American Free Trade Agreement, NAFTA; fr. Accord de libre-échange nord-américain, ALÉNA;; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN) — Şimali Amerikada Ticarət blokunun yaradılması haqqında ABŞ, Meksika və Kanada arasındakı razılaşma.
Şimali Amerika Azad Ticarət Assosiasiyası NAFTA | |
---|---|
ing. North American Free Trade Agreement, NAFTA fr. Accord de libre-échange nord-américain, ALÉNA; isp. Tratado de Libre Comercio de América del Norte, TLCAN | |
Yaranma tarixi | 1 yanvar 1994[1] |
Rəsmi dili |
İngilis Fransız İspan |
Mərkəzi |
Ottava, Kanada Mexiko, Meksika Vaşinqton, ABŞ |
Üzvləri |
3 üzv |
nafta-sec-alena.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1994-cü il yanvarın 1-də qüvvəyə minmişdir. Amerika transmilli korporasiyalarının təsiri altında ABŞ administrasiyası tərəfindən irəli sürülmüşdür. Amerika iqtisadiyyatının Kanada və Meksika iqtisadiyyatı ilə nail olunan qovuşma səviyyəsi onun dövlətlərarası rəsmiləşdirilməsini tələb edirdi. XX əsrin 90-cı illərinin əvvəllərinə dünyada baş verən siyasi və iqtisadi vəziyyətdəki radikal dəyişikliklər də buna şərait yaradırdı: Aİ öz regionunda inteqrasiya proseslərinin genişləndirilməsini və dərinləşməsini kəskin surətdə sürətləndirdi; Yaponiya, Çin və Cənub-Şərqi Asiya ölkələri səylə iqtisadi potensiallarını gücləndirirdi; Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı artırdı. Formallaşan şərait dünya bazarında Amerika korporasiyalarının rəqabət qabiliyyətini saxlamaq üçün ABŞ-nin qarşısında öz qitəsində inteqrasiya proseslərinin fəallaşdırılması vəzifəsini qoydu.
İstinadlar
redaktə- ↑ NAFTA Secretariat Arxivləşdirilib 2013-04-12 at the Wayback Machine. Nafta-sec-alena.org (2010-06-09). Retrieved on 2013-07-12.