Uefa Kuboku Ve Avropa Liqasinin Finallari Siyahisi - Wikipedia
UEFA Avropa Liqası keçmişdə UEFA Kuboku adlanan futbol turniri 1972-ci ildə UEFA tərəfindən təsis edilmişdir.[1] Bu turnir Avropanın futbol klubları üçün UEFA Çempionlar Liqası turnirindən sonra ikinci ən önəmli futbol yarışması kimi qəbul edilmişdir. Klublar daxili çempionatlarında və kubok yarışmalarında qazandıqları nəticələrə uyğun olaraq, UEFA Avropa Liqasına qatılmaq haqqı qazanırlar. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Belə formatda keçirilmiş sonuncu mövsümdə "Şalke" komandası "İnter Milan" klubu ilə üz-üzə gəlmiş və yekunda "İnter Milan" komandası qalib gəlmişdir. 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda, Parisdə yerləşən Park de Prens stadionunda keçirildi.[2] Turnirin ilk final matçında "Tottenhem Hotspur" klubu "Vulverhempton" klubunu 3-2 hesabı ilə üstələyərək turnirin ilk qalibi olmuşdur.[3] Doqquz final qarşılaşması eyni ölkənin komandaları arasında baş tutmuşdur: İtaliya (1990, 1991, 1995 və 1998), İspaniya (2007 və 2012), İngiltərə (1972), Almaniya (1980) və Portuqaliya (2011).
UEFA Kuboku və Avropa Liqası finalları siyahısı | |
---|---|
Açılış ili | 1972 |
Komandaların sayı |
48 (qrup mərhələsi) 2 (finalçılar) |
Son çempion | Çelsi (2-ci dəfə) |
Ən uğurlu klub |
Sevilya (5 dəfə) |
"Sevilya" turnirin başladığı vaxtdan etibarən turniri rekord sayda, 5 dəfə qazanaraq turniri ən çox qalib kimi başa vuran klub adına yiyələnmişdir.[4] "Real Madrid" (1985 və 1986) və "Sevilya" (2006 və 2007; həmçinin 2014, 2015, və 2016-cı illər) turniri ardıcıl 2 dəfə qazanan yeganə klublardır. Turniri ən çox İspaniya klubları qazanmışdır. Belə ki, onlar 10 dəfə turnirin baş mükafatına sahib olublar.[1] Turnirin UEFA kuboku adlanan son dövründə, qalibi Ukraynanın "Şaxtyor Donetsk" klubu olmuşdur. Onlar finalda Almaniyanın "Verder Bremen" klubuna 2-1 hesabı ilə qalib gəlmişdilər. "Benfika" finalda 3 dəfə məğlub olmaqla, turnirin finalında ən çox məğlubiyyətə uğrayan klub kimi ad qazanmışdır. Hal-hazırda turnirin son qalibi finalda Ayaksı 2-0 üstələyərək qalib olmuş "Mançester Yunayted" komandasıdır.[5]
Yarmarkalar Kuboku turniri (1955-1971) UEFA-ya UEFA Kubokunun sələfi kimi təqdim edilsə də, UEFA bu turniri rəsmi olaraq tanımamışdır. Bu səbəbdən turnirin nəticələri bu siyahıya aid edilməmişdir.[6]
Qaliblər
redaktəQazanan, uzatma dəqiqələrində qalib gəlib. | |
* | Qazanan, penalti zərbələri seriyasında qalib gəlib. |
§ | Qazanan, uzatma dəqiqələrində vurduğu qızıl qolla qalib gəlib. |
- "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir.
- İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür.
- "UÇL" imzası klubların həmin il məhz UEFA Çempionlar Liqasında yarışdığına işarə edir.
- "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Nəticələr
redaktəKomandalar üzrə
redaktəKomanda | Çempion | İkinci | Qalib olduğu il | İkinci olduğu il |
---|---|---|---|---|
Sevilya | 5 | 0 | 2006, 2007, 2014, 2015, 2016 | — |
Yuventus | 3 | 1 | 1977, 1990, 1993 | 1995 |
İnter Milan | 3 | 1 | 1991, 1994, 1998 | 1997 |
Liverpul | 3 | 1 | 1973, 1976, 2001 | 2016 |
Atletiko Madrid | 3 | 0 | 2010, 2012, 2018 | — |
Borussiya Münhenqladbax | 2 | 2 | 1975, 1979 | 1973, 1980 |
Tottenhem Hotspur | 2 | 1 | 1972, 1984 | 1974 |
Feyenoord | 2 | 0 | 1974, 2002 | — |
Göteborq | 2 | 0 | 1982, 1987 | — |
Real Madrid | 2 | 0 | 1985, 1986 | — |
Parma | 2 | 0 | 1995, 1999 | — |
Portu | 2 | 0 | 2003, 2011 | — |
Çelsi | 2 | 0 | 2013, 2019 | — |
Anderlext | 1 | 1 | 1983 | 1984 |
PSV | 1 | 0 | 1978 | — |
Ayntraxt Frankfurt | 1 | 0 | 1980 | — |
İpsviç Taun | 1 | 0 | 1981 | — |
Bayer 04 | 1 | 0 | 1988 | — |
Napoli | 1 | 0 | 1989 | — |
Ayaks | 1 | 1 | 1992 | 2017 |
Bayern Münhen | 1 | 0 | 1996 | — |
Şalke 04 | 1 | 0 | 1997 | — |
Qalatasaray | 1 | 0 | 2000 | — |
Valensiya | 1 | 0 | 2004 | — |
MOİK Moskva | 1 | 0 | 2005 | — |
Zenit Sankt-Peterburq | 1 | 0 | 2008 | — |
Şaxtyor Donetsk | 1 | 0 | 2009 | — |
Mançester Yunayted | 1 | 0 | 2017 | — |
Benfika | 0 | 3 | — | 1983, 2013, 2014 |
Marsel | 0 | 3 | — | 1999, 2004, 2018 |
Atletik Bilbao | 0 | 2 | — | 1977, 2012 |
Espanyol | 0 | 2 | — | 1988, 2007 |
Borussiya Dortmund | 0 | 2 | — | 1993, 2002 |
Vulverhempton Uonderers | 0 | 1 | — | 1972 |
Tvente | 0 | 1 | — | 1975 |
Brügge | 0 | 1 | — | 1976 |
Bastiya | 0 | 1 | — | 1978 |
Srvena Zvezda | 0 | 1 | — | 1979 |
AZ Alkmaar | 0 | 1 | — | 1981 |
Hamburq | 0 | 1 | — | 1982 |
Videoton | 0 | 1 | — | 1985 |
Köln | 0 | 1 | — | 1986 |
Dandi Yunayted | 0 | 1 | — | 1987 |
Ştutqart | 0 | 1 | — | 1989 |
Fiorentina | 0 | 1 | — | 1990 |
Roma | 0 | 1 | — | 1991 |
Torino | 0 | 1 | — | 1992 |
Red Bull Zalsburq | 0 | 1 | — | 1994 |
Bordo | 0 | 1 | — | 1996 |
Latsio | 0 | 1 | — | 1998 |
Arsenal | 0 | 1 | — | 2000 |
Alaves | 0 | 1 | — | 2001 |
Seltik | 0 | 1 | — | 2003 |
Sportinq Lissabon | 0 | 1 | — | 2005 |
Midlsbro | 0 | 1 | — | 2006 |
Reyncers | 0 | 1 | — | 2008 |
Verder | 0 | 1 | — | 2009 |
Fulhem | 0 | 1 | — | 2010 |
Braqa | 0 | 1 | — | 2011 |
Dnepr Dnepropetrovsk | 0 | 1 | — | 2015 |
Ölkələr üzrə
redaktəÖlkə | Qaliblər | İkincilər |
---|---|---|
İspaniya | 11 | 5 |
İngiltərə | 9 | 7 |
İtaliya | 9 | 6 |
Almaniya[H] | 6 | 8 |
Niderland | 4 | 2 |
Portuqaliya | 2 | 5 |
İsveç | 2 | 0 |
Rusiya | 2 | 0 |
Belçika | 1 | 2 |
Ukrayna | 1 | 1 |
Türkiyə | 1 | 0 |
Fransa | 0 | 5 |
Şotlandiya | 0 | 3 |
Yuqoslaviya | 0 | 1 |
Macarıstan | 0 | 1 |
Avstriya | 0 | 1 |
Qeydlər
redaktə1. ^ 90 dəqiqə və əlavə vaxtın sonunda hesab 0-0 idi. Qalatasaray penaltilər seriyasında 4-1 hesabı ilə qalib oldu.[8]
2. ^ 90 dəqiqənin sonunda hesab 4-4 idi. Liverpul əlavə vaxtın 26-cı dəqiqəsində matçda qızıl qolu vurdu.[9]
3. ^ 90 dəqiqənin sonunda hesab 2-2 idi.[10]
4. ^ 90 dəqiqə və əlavə vaxtın sonunda hesab 2-2 idi. Sevilya penaltilər seriyasında 3-1 hesabı ilə qalib oldu.[11]
5. ^ 90 dəqiqənin sonunda hesab 1-1 idi.[12]
6. ^ 90 dəqiqənin sonunda hesab 1-1 idi.[13]
7. ^ 90 dəqiqə və əlavə vaxtın sonunda hesab 0-0 idi. Sevilya penaltilər seriyasında 4-2 hesabı ilə qalib oldu.
8. ^ Qərbi Almaniya daxildir.
İstinadlar
redaktəÜmumi
- "UEFA Cup". Rec.Sport.Soccer Statistics Foundation (RSSSF). 18 May 2007. İstifadə tarixi: 11 March 2008.
Xüsusi
- ↑ 1 2 "Competition format". Union of European Football Associations (UEFA). 13 July 2005. 13 October 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2008.
- ↑ "2009 final: Istanbul". Union of European Football Associations (UEFA). 31 May 2008. 20 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2008.
- ↑ "Spurs keep Wolves at bay". Union of European Football Associations (UEFA). 2 January 2006. 20 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 June 2008.
- ↑ "Sevilla make it four three-time winners". Union of European Football Associations (UEFA. 15 May 2014. 15 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2014.
- ↑ "Manchester United won Europa Leauge first time in the history". Union of European Football Associations (UEFA. 24 may 2016. 29 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2017.
- ↑ "UEFA Cup: All-time finals". Union of European Football Associations (UEFA). 30 June 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2008.
- ↑ "Spain close on Italy in all-time rankings". Union of European Football Associations (UEFA). 15 May 2014. 2 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2014.
- ↑ "1999/00: Galatasaray the pride of Turkey". Union of European Football Associations (UEFA). 1 June 2000. 14 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- ↑ "2000/01: Liverpool prevail in nine-goal thriller". Union of European Football Associations (UEFA). 1 June 2001. 4 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- ↑ "2002/03: Mourinho makes his mark". Union of European Football Associations (UEFA). 1 June 2003. 14 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- ↑ "2006/07: Sevilla defend their honour". Union of European Football Associations (UEFA). 1 June 2007. 20 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- ↑ "2008/09: Shakhtar strike gold in Istanbul". Union of European Football Associations (UEFA). 1 June 2007. 8 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.
- ↑ "2009/10: Atletico crown historic campaign". Union of European Football Associations (UEFA). 1 June 2007. 1 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2012.