Tottenhem Hotspur Fk - Wikipedia
Tottenhem Hotspur Futbol Klubu (ing. "Tottenham Hotspur Football Club"), sadəcə Tottenhem və ya ləqəbi ilə "Mahmızlar" — İngiltərənin paytaxtı Londonun Tottenhem rayonunu təmsil edən peşəkar futbol klubu. İngiltərə futbolunun ən yüksək təbəqəsi olan Premyer Liqada mübarizə aparır. Komanda daha əvvəlllər ev oyunlarını Vayt Hart Leyn stadionunda oynasa da, bu stadion yenidən inşa edilmək üçün söküldüyünə görə onlar ev oyunlarını 2019-cu ildən bəri Tottenham Hotspur Stadionunda oynayırlar.
Tottenham Hotspur | ||||
---|---|---|---|---|
Klubun tam adı | Tottenham Hotspur Futbol Klubu | |||
Ölkə | ||||
Ləqəb(lər) | Spurs ("Mahmızlar"), Lilywhites | |||
Kodu | Tottenham | |||
Rəng(lər) | ağ, göy | |||
Yaranma tarixi | 5 sentyabr 1882 | |||
Stadionu | Tottenham Hotspur Stadium | |||
Tutumu | 62.062 | |||
Sahibi | ENIC International Ltd (86.58%) | |||
Prezidenti | Deniel Levi | |||
Baş məşqçisi | Anqe Postekoqlu | |||
Liqa | İngiltərə Premyer Liqası | |||
2024–25 | 5 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1882-ci ildə yaradılmış "Tottenhem Hotspur"-un emblemi futbol topu üzərində duran xoruz, şüarı isə latın dilində Audere est Facere-dir ("cəsarət etmək hərəkət etməkdir"). Klub 1898-99 mövsümündən bəri ənənəvi olaraq ev forması kimi ağ köynək və tünd göy rəngdə şort geyinir. Klubun məşq meydançası Londonun Enfild qəsəbəsindəki Hotsbur Vey medaydançasıdır. "Tottenhem" yarandıqdan sonra ilk dəfə 1901-ci ildə İngiltərə Federasiya Kubokunu (FA Kuboku) qazanmış və 1888-ci ildə İngiltərə Futbol Liqasının yaranmasından bəri FA Kubokunu qazanmış yeganə qeyri-liqa klubu olmuşdur. "Tottenhem" 1960-61 mövsümündə həm Liqanın, həm də FA Kubokunun qalibi olaraq 20-ci əsrdə bu ikiqat qələbəni qazanmış ilk klub olub. Klub 1963-cü ildə Avropa Kuboklar Kubokunda qalib gələrək UEFA-nın klublararası bir turnirində qalib olmuş ilk Britaniya klubu olmuşdur.[1] Onlar həmçinin 1972-ci ildə UEFA Avropa Liqasının ilk qalibləri olublar ki, bununla da iki müxtəlif böyük Avropa kubokunu qazanmış ilk Britaniya klubu olublar. "Totenhem" 1950-ci ildən 2000-ci illərə qədər olan altı onilliyin hər birində ən azı bir böyük kubokun sahibi olub ki, bu nailiyyəti də əldə etmiş yeganə başqa klub "Mançester Yunayted"dir.[2][3]
"Tottenhem" yerli futbolda iki Liqa, səkkiz FA Kuboku, dörd Liqa Kuboku və yeddi İngiltərə Superkubokunun qalibi olub. Avropa futbolunda isə onlar bir dəfə UEFA Kuboklar Kubokunda və iki dəfə UEFA Avropa Liqasında qalib gəliblər. "Tottenhem" həmçinin 2018-19 UEFA Çempionlar Liqasının ikincisi olub. Onların uzun müddətli əsas rəqibi "Şimali London derbisi"ndə mübarizə apardıqları "Arsenal" klubudur. "Tottenhem" klubu 2001-ci ildən bəri ENIC Group-a məxsusdur. Klubun dəyərinin 2024-cü ildə 2,6 milyard funt sterlinq (3,2 milyard dollar) olacağı təxmin edilirdi və 2023-cü ildə illik gəliri 549,2 milyon funt sterlinq olmaqla "Tottenhem" dünyanın səkkizinci ən çox qazanan futbol klubu idi.[4][5]
Tarixi
redaktəYaradılması və ilk illər
redaktəİlk dövründə "Hotspur Futbol Klubu" adlandırılan klub Bobbi Baklın başçılıq etdiyi bir qrup məktəbli tərəfindən 5 sentyabr 1882-ci ildə yaradılmışdır. Bu məktəblilər "Hotspur" kriket klubunun üzvləri idilər və bu futbol klubu qış aylarında da idmanla məşğul ola bilmək üçün yaradılmışdı.[6] Bir il sonra oğlanlar klubun ilk prezidenti və onun xəzinədarı olmuş, kilsədə Bibliya müəlimi işləyən Con Ripşerdən klubla bağlı kömək istədilər. Ripşer klubun formalaşma illərində klubu yenidən təşkil edərək və klub üçün lazımi məkanları taparaq oğlanlara kömək etdi.[7][8][9] "Hotspur" adlı başqa bir London klubu ilə qarışdırılmasının qarşısını almaq üçün klub 1884-cü ilin aprelində "Tottenhem Hotspur Futbol Klubu" adlandırıldı.[10][11] Klubun ləqəblərinə "Mahmızlar" və "Bəyazlar" daxildir.[12]
Onlar əvvəlcə öz aralarında oyunlar oynamış və digər yerli klublarla yoldaşlıq oyunları keçirmişdir. Klubun ilk qeydə alınmış matçı 30 sentyabr 1882-ci ildə "Radikallar" adlı yerli komandaya qarşı baş tutmuş və "Hotspur" 2-0 hesabı ilə məğlub olmuşdur.[13] Onlar daha sonra ilk kubok müsabiqələrinə, London Assosiasiya Kubokuna daxil olublar və 17 oktyabr 1885-ci ildə bir şirkətin "St Albans" adlı işçi komandasına qarşı oynadıqları ilk rəqabətli matçlarında 5-2 qalib gəliblər.[14] Klubun oyunları yerli ictimaiyyətin marağına səbəb olmağa başlayıb və ev matçlarında tamaşaçıların sayı artıb. Klub ilk liqa matçını 1892-ci ildə qısa ömürlü "Cənub Alyansı" klubuna qarşı oynamışdır.[15]
"Tottenhem Hotspur" 20 dekabr 1895-ci ildə peşəkar futbol klubuna çevrildi və 1896-cı ilin yayında Cənub Liqasının Birinci Divizionuna (o vaxt üçüncü pillə) qəbul edildi. 2 mart 1898-ci ildə klub məhdud məsuliyyətli cəmiyyətə, "Tottenham Hotspur Football and Athletic Company"ə çevrildi.[15] Tezliklə Frenk Brettell "Tottenhem"in ilk baş məşqçisi oldu və o, şotland futbolçu Con Kemeron ilə müqavilə imzaladı. Brettel bir il sonra vəzifəsini tərk edəndə bu vəzifəni Kemeron öz üzərinə götürdü. Onun idarəçiliyinin kluba əhəmiyyətli təsiri olmuş, onun rəhbərliyi ilə "Mahmızlar" 1899-1900 mövsümündə Cənub Liqasının çempionu olaraq ilk kuboklarını qazanmışdırlar.[7] Klub növbəti il ilk oyun 2-2 hesabla bərabərə bitdikdən sonra finalın təkrar oyununda "Şeffild Yunayted"i 3-1 hesabı ilə məğlub edərək 1901-ci il FA Kubokunu qazanıb. Bununla onlar 1888-ci ildə İngiltərə Futbol Liqasının yaranmasından bəri bu uğura nail olmuş yeganə qeyri-liqa klubu olublar.[16]
Liqadakı ilk onilliklər (1908-1958)
redaktəKlub 1908-ci ildə İngiltərə Futbol Liqasının İkinci Divizionuna seçildi və ilk mövsümündə Birinci Diviziona yüksəldi. 1912-ci ildə Piter Mak-Uilyam klubun baş məşqçisi oldu. "Tottenhem" Birinci Dünya Müharibəsi səbəbiylə futbolun dayandırıldığı 1914-15 mövsümünün sonunda Liqanı sonuncu yerdə bitirdi. Müharibədən sonra liqa futbolunun bərpası ilə onlar İkinci Diviziona düşsələr də, İkinci Divizionun 1919-20 mövsümünün çempionu kimi tez bir zamanda Birinci Diviziona geri qayıtdılar.[17]
23 aprel 1921-ci ildə Mal-Uilyamın rəhbərlik etdiyi komanda FA Kubokunun finalında "Vulverhempton Uonderers"i 1-0 məğlub edərək kubokun sahibi oldu. "Mahmızlar" 1922-ci ildə liqada "Liverpul"dan sonra ikinci olsalar da, növbəti beş mövsümü sıralamanın ortalarında yekunlaşdırdılar. Klub 1927-28 mövsümündə Mak-Uilyamın vəzifəsindən getməsindən sonra aşağı liqaya düşdü. Onlar 1933-34 və 1934-35 mövsümlərində yenidən qısa müddətlik yüksəlsələr də, 1930-40-cı illərin əksəriyyətində İkinci Divizionda zəif nəticə göstərdilər.[15]
1949-cu ildə klubun keçmiş oyunçusu Artur Rou baş məşqçi oldu. Rou baş məşçqi kimi fəaliyyət göstərdiyi ilk illərdə uğurlu olduğu sübut edilmiş "ötür və qaç" kimi tanınan bir oyun taktikası inkişaf etdirdi. Onun rəhbərliyi klubu 1949-50 mövsümündə İkinci Divizionun çempionu etdi və yenidən Birinci Diviziona apardı[18] Onun rəhbərlik etdiyi ikinci mövsümdə, Birinci Divizionun 1950-51 mövsümündə "Tottenhem" çempion olaraq ilk yüksək səviyyəli liqa çempionluğunu əldə etdi.[19][20] Rou 1955-ci ilin aprelində klubu idarə etməkdən qaynaqlanan stresə bağlı xəstəlik səbəbi ilə istefa etdi.[15][21] Getməzdən əvvəl o, "Tottenhem"in ən məşhur oyunçularından biri olan və klubda oynayarkən iki dəfə "İlin Futbolçusu" titulunu qazanmış Denni Blançflauerlə müqavilə imzalayıb.[22]
Bill Nikolson və şöhrət illəri (1958-1974)
redaktə1958-ci ilin oktyabrında klubun baş məşqçisi Bill Nikolson təyin edildi. O, 1960-cı illərin əvvəllərində üç ardıcıl mövsümdə komandaya böyük kubok qələbəsi qazandıraraq klubun ən uğurlu baş məşqçisi oldu: onun rəhbərliyi ilə "mahmızlar" 1961-ci ildə həm Birinci Divizion, həm FA Kubokunun qalibi, 1962-ci ildə FA Kubokunun qalibi, 1963-cü ildə isə UEFA Kuboklar Kubokunun qalibi oldular.[23] Nikolson 1959-cu ildə iki nüfuzlu oyunçu, Deyv Makay və Con Uayt ilə, 1961-ci ildə isə İngiltərə futbolunun ən yüksək liqaları tarixində ən məhsuldar qol müəllifi olan Cimmi Qrivs ilə müqavil imzalayıb.[24][15]
Klub üçün 1960-1961 mövsümü 11 qələbə, daha sonra bir heç-heçə və daha dörd qələbə ilə başladı. Bu isə o dövrdə İngiltərə futbolunun yüksək liqasında hər hansı bir klub tərəfindən indiyə qədər edilmiş ən yaxşı başlanğıc idi.[25] "Mahmızlar" 1961-ci il aprelin 17-də ev oyununda "Şeffild Uensdey"ə 2-1 hesabı ilə qalib gəldilər ki, bu matç da liqada oynamalı olduqları daha üç oyun qalmasına baxmayaraq onları liqanın qalibi etməyə bəs etdi.[15] Komanda 1960-61 FA Kubokunun finalında "Lester Siti"yə 2-0 qalib gələrək Kubokun da qalib oldu və mövsümdə ikiqat qələbə əldə etdi. Bu, 20-ci əsrin ilk ikiqat qələbəsi və 1897-ci ildə "Aston Villa"nın bu uğura imza atmasından bəri əldə edilmiş ilk ikiqat qələbə idi.[26] "Tottenhem" növbəti il, 1962-ci ildə FA Kubokunun finalında "Börnli"ni məğlub edərək FA Kubokunu ardıcıl olaraq ikinci dəfə qazandı.[27]
15 may 1963-cü ildə "Tottenhem" finalda "Atletiko Madrid"i 5-1 hesabla məğlub edərək 1962-63 Avropa Kuboklar Kubokunu qazandı və Avropa kubokunu qazanan ilk Britaniya komandası oldu.[28] Klub həmçinin Martin Çivers, Pat Cenninqs və Stiv Perrimanın daxil olduğu yenidən qurulmuş komanda ilə 1971-72 UEFA Kubokunun da qalibi olaraq iki fərqli Avropa kubokunu qazanan ilk Britaniya komandası oldu.[29] Onlar 1967-ci ildə FA Kubokunun,[30] 1971 və 1973-cü illərdə Liqa Kubokunun qalibi olmuş, həmçinin 1962-63 mövsümündə liqanın, 1973-74 mövsümündə isə UEFA Kubokunun ikincisi olmuşdurlar. Nikolsonun klubun baş məşqçisi olduğu 16 ildə "mahmızlar" ümumilikdə səkkiz böyük kubokun sahibi olublar.[31]
Burkinşo və Veneyblsın dövrü (1974-1992)
redaktəKlub 1970-ci illərin əvvəllərində qazanılan ardıcıl uğurlardan sonra tənəzzül dövrünə girdi və Nikolson 1974-75 mövsümünə zəif başladıqdan sonra istefa etdi.[32] Komanda 1976-77 mövsümündə Kit Burkinşonun rəhbərliyi ilə çıxış etdi və bu mövsüm aşağı liqaya düşdü. Burkinşo tez bir zamanda ingilis Qlenn Hoddlı, o cümlədən Britaniya adalarından kənar oyunçuların nadir görünüdüyü bir dövrdə argentinalı futbolçular Osvaldo Ardiles və Rikardo Villyanı daxil etdiyi bir komanda quraraq, klubu yüksək liqaya geri qaytardı.[33] Burkinşonun yenidən qurduğu komanda 1981 və 1982-ci illərdə İngiltərə Kubokunun,[34]1984-cü ildə isə UEFA Kubokunun qalibi oldu.[35]
1980-ci illər klub üçün dəyişikliklər dövrü idi. Bu dövrdə klubun idarəsini britaniyalı investor İrvinq Skalar ələ alaraq onu daha kommersiya yönümlü bir istiqamətə yönəltdi və bu, İngiltərə futbol klublarının kommersiya müəssisələrinə çevrilməsinin başlanğıcı oldu.[36][37] Klubdakı borc yenidən idarə heyətinin dəyişməsinə səbəb oldu və Terri Veneybls 1991-ci ilin iyununda "Tottenham Hotspur plc"-də nəzarəti ələ keçirmək üçün iş adamı Alan Şuqarla birləşdi.[38][39][40] 1987-ci ildə klubun baş məşqçisi olmuş Veneybls Pol Qaskoyn və Qari Lineker kimi oyunçularla müqavilə imzaladı. Veneyblsın rəhbərliyi altında "mahmızlar" 1990-91 FA Kubokunu qazanaraq səkkiz dəfə FA Kubokunu qazanmış ilk klub oldular.[41]
Premyer Liqa (1992-indiki)
redaktə"Tottenhem" İngiltərə futbolunun ən yüksək divizionu olan Birinci Divizionu əvəz etmək üçün Futbol Assosiasiyasının təsdiqi ilə yaradılmış Premyer Liqanın yaradılmasında səy göstərmiş vermiş beş klubdan biri idi.[42] Teddi Şerinqem, Yurqen Klinsmann və David Jinola kimi bir sıra menecer və oyunçuların çıxışlarına baxmayaraq klub Premyer Liqada 2000-ci illərin sonuna qədər uzun bir müddət sadəcə bir neçə kubok qazanaraq əksər mövsümləri cədvəlin ortalarında bitirdi. Onlar 1999-cu ildə Corc Qremin, 2008-ci ildə isə Xuande Ramosun rəhbərliyi altında Liqa Kubokunu qazandılar. "Mahmızlar" Harri Rednappın rəhbərliyi altında Qaret Beyl və Luka Modriç kimi oyunçularla gücləndirildi və 2010-cu illərin əvvəllərində liqada ilk beşliyə daxil oldu.[43][44]
2001-ci ilin fevralında Şuqar öz hissəsini Co Lyuis və Daniel Lvi tərəfindən idarə olunan ENIC Group-a satdı və prezident vəzifəsindən istefa verdi.[45] Nəticədə Lyuis və Levi klubun 85%-nə sahib oldular və Levi klubun idarəçiliyindən cavabdeh oldu.[46][47] Onlar 2014-2019-cu illər arasında vəzifədə olmuş Maurisio Poçettinonu baş məşqçi təyin etdilər.[48] Poçettinonun rəhbərliyi altında "mahmızlar" 2016-17 mövsümünü Premyer Liqada ikinci yerdə tamamladılar ki, bu da onların 1962-63 mövsümündən bəri ən yüksək liqa nəticələri idi. Klub 2019-cu ildə UEFA Çempionlar Liqasının finalına yüksəldi.[49][50][51] Poçettino 2019-20 mövsümünə pis başladıqdan sonra 2019-cu ilin noyabrında qovuldu və Joze Mourinyo ilə əvəz olundu.[52]
Mourinyo 2021-ci ilin aprelində[53] işdən çıxarıldı, onu ardınca vəzifəyə gələn Nunu Eşpirito Santu isə sadəcə dörd ay vəzifədə qala bilmədi.[54] Növbəti baş məşqçi Antonio Kontenin rəhbərliyi ilə Premyer Liqanın 2021-22 mövsümündə klub dördüncü pilləyə yüksəldi və Çempionlar Liqasına qayıtdı.[55] Zəif çıxışlardan sonra Konte mətbuat konfranslarında futbolçuları və klubun rəhbərliyini tənqid etdi. Klub həm Çempionlar Liqasından, həm də İngiltərə Kubokundan çıxdıqdan sonra o, 2023-cü ilin martında qarşılıqlı razılaşma əsasında klubu tərk etdi.[56][57] 1 iyul 2023-cü ildə Anqe Postekoqlu baş məşqçi təyin edildi.[58] Onu rəhbərliyi ilə klub Premyer Liqada beşinci yeri tutduqdan sonra 2024-25 UEFA Avropa Liqasına vəsiqə qazandı.
Uğurları
redaktəYerli
redaktəLiqalar
redaktə- Birinci Divizion / İngiltərə Premyer Liqası
- Çempion (2): 1950–51, 1960–61
- İkinci Divizion / İFL Çempionşip
- Çempion (2): 1919–20, 1949–50
Kuboklar
redaktə- İngiltərə Federasiya Kuboku
- Çempion (8): 1900–01, 1920–21, 1960–61, 1961–62, 1966–67, 1980–81, 1981–82, 1990–91
- İngiltərə Liqa Kuboku
- Çempion (4): 1970–71, 1972–73, 1998–99, 2007–08
- İkinci (4): 1981–82, 2001–02, 2008–09, 2014–15
- İngiltərə Superkuboku
- Çempion (7): 1921, 1951, 1961, 1962, 1967, 1981, 1991
- London Şerifinin Xeyriyyə Şildi
- Çempion (1): 1902
Avropa
redaktə- UEFA Kuboklar Kuboku
- Çempion (1): 1962–63
- UEFA Kuboku / UEFA Avropa Liqası
- Çempion (2): 1971–72, 1983–84
- Anqlo-italyan Liqa Kuboku
- Çempion (1): 1971
Statistika və rekordlar
redaktə1969-1986-cı illər arasında klubda 655-i liqa matçları olmaqla ümumilikdə 854 oyunda çıxış etmiş Stiv Perriman klubun ən çox oyunda çıxış etmiş oyunçusu rekorduna sahibdir.[59] [60] Harri Keyn isə 280 qolla klubun bombardiri rekordunun sahibidir.
"Tottenhem"in rekord liqa qələbəsi 22 oktyabr 1977-ci ildə İkinci Divizionda "Bristol Rovers"lə qarşılaşmasında 9-0 hesabı ilə olub.[61][62] Klubun rekord kubok qələbəsi isə 3 fevral 1960-cı ildə İngiltərə Kubokunda "Kru Aleksandra" üzərində 13-2 hesablı qələbəsidir.[63] "Tottenhem"in yüksək səviyyəli ən böyük qələbəsi 22 noyabr 2009-cu ildə "Uiqan Atletik"ə qarşı Jerman Defonun beş qol vurması ilə 9-1 qalib gəldiyi matçda olub.[62][64] Klubun rekord məğlubiyyəti isə 22 iyul 1995-ci ildə İntertoto Kubokunda "Köln"ə 1-8 hesabla məğlub olduğu matçda olub.[65]
Klubun doğma stadionu Vayt Hart Leyndəki rekord ev tamaşaçısı sayı 1937-38 FA Kubokunda "Sanderlend"ə qarşı oynanılan oyunda 75 038 nəfər olub.[66] Klubun qeydə alınan ən yüksək ev tamaşaçısı sayı isə daha yüksək tutumlu olduğundan onların müvəqqəti ev stadionu olan Uembli stadionunda 85 512 nəfər olaraq 2 noyabr 2016-cı il tarixində 2016-17 UEFA Çempionlar Liqası çərçivəsində "Bayer Leverkuzen" ilə matçda qeydə alınıb.[67] 10 fevral 2018-ci ildə Premyer Liqa çərçivəsində "Arsenal" ilə oynanılan matçda iştirak etmiş 83 222 nəfər isə Premyer Liqa oyunlarında bu günə qədər hər hansı matçda qeydə alınmış ən yüksək tamaşaçı sayıdır.[68]
Klub 2023-cü ilin iyununa olan məlumata əsasən 80,0 xal klub əmsalı ilə UEFA-nın sıralamasında 21-ci yerdədir.[69]
Heyəti
redaktəHazırki heyəti
redaktə
|
|
İcarəyə gedənlər
redaktə
|
|
Rəhbərlik və yardımçı heyət
redaktəVəzifə | Ad[70][71][72] |
---|---|
Baş məşqçi | Anqe Postekoqlu |
Əsas kömək məşqçi | Matt Uels |
Köməkçi məşqçi | Mile Edinak |
Rayan Meyson | |
Nik Montqomeri | |
Serxio Raymundo | |
Qapıçı məşqçisi | Rob Burç |
Klub elçiləri | Maykl Douson |
Cermeyn Defo | |
Ledli Kinq | |
Qari Mabbutt | |
Texniki direktor | Yohan Lanqe |
Futbol anlayışları və strategiyası üzrə rəhbər | Frederik Let |
İcarə və gedişat üzrə rəhbər | Endi Skoldinq |
Baş performans analitiki | Ross Conston |
Akademiyanın direktoru | Saymon Deyvis |
U-17–U-23 oyunçularının inkişafı üzrə rəhbər | Vakant |
U-17–U-23 oyunçularının inkişafı üzrə rəhbər köməkçisi | Naycel Qibbs |
Peşəkar inkişaf mərhələsi üzrə məşqçi | Pol Breysuell |
Akademiyanın futbol inkişafı üzrə rəhbəri | Qeri Brodherst |
Skaut üzrə rəhbər | Rob Makkenzi[73] |
Baş skaut | Aleks Freyzer |
Böyük skaut | Ian Broomfield[74] |
Tika Musonda | |
Skaut (Əsas heyət) | Maks Leqat |
Baş beynəlxalq skaut (Əsas heyət) | Joau Ferreyra |
Tibb və idman elmi üzər rəhbər | Vakant |
Baş fizioterapevt | Stüart Kempbell |
Kit və avadanlıq üzrə rəhbər | Stiv Düks[75] |
İstinadlar
redaktə- ↑ "Tottenham legend Nicholson dies". BBC Sport. 23 October 2004. 16 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
- ↑ Delaney, Miguel. "Christian Eriksen says Tottenham are determined to end their nine-year silverware drought". The Independent. 11 March 2017. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
- ↑ "Manchester United football club honours". 11v11.com. AFS Enterprises. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
- ↑ "#9 Tottenham Hotspur". Forbes. 28 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2024.
- ↑ "Deloitte Football Money League 2024". Deloitte. 23 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2024.
- ↑ Cloake, Fisher, 2016
- ↑ 1 2 The Tottenham & Edmonton Herald, 1921
- ↑ Spencer, Nicholas. "Why Tottenham Hotspur owe it all to a pauper". The Telegraph. 24 September 2007. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "John Ripsher". Tottenham Hotspur Football Club. 24 September 2007. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2018.
- ↑ "History: Year by year". Tottenham Hotspur Football Club. 11 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2010.
- ↑ "Tottenham Hotspur Club History & Football Trophies". Aford Awards. 17 July 2015. 4 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Nilsson, Leonard Jägerskiöld. World Football Club Crests: The Design, Meaning and Symbolism of World Football's Most Famous Club Badges. Bloomsbury Publishing. 2018. səh. 56. ISBN 978-1-4729-5424-4. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2020.
- ↑ "Potted History". Tottenham Hotspur Football Club. 8 November 2004. 29 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Tottenham Hotspur – Complete History". TOPSPURS.COM. 20 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ 1 2 3 4 5 6 Welch, 2015
- ↑ Holmes, Logan. "Tottenham Won Their First FA Cup Final on 27th April 1901". Spurs HQ. 27 April 2013. 18 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Peter McWilliam: The Tottenham Boss Who Created Legends". A Halftime Report. 19 July 2016. 9 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Drury, Reg. "Obituary: Arthur Rowe". The Independent. 11 November 1993. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Scott Murray. "The Joy of Six: Newly promoted success stories". The Guardian. 21 January 2011. 4 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2018.
- ↑ Karel Stokkermans. "English Energy and Nordic Nonsense". RSSSF. 17 June 2018. 4 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2018.
- ↑ Harris, Tim. Arthur Rowe // Players: 250 Men, Women and Animals Who Created Modern Sport. Vintage Digital. 10 November 2009. ISBN 9781409086918. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2018.
- ↑ "Danny Blanchflower – Captain, leader, All-Time Great". Tottenham Hotspur Football Club. 10 February 2016. 29 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "The Bill Nicholson years – glory, glory – 1960–1974". Tottenham Hotspur Football Club. 25 October 2014. 19 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Wilson, Jeremy. "Special report: Jimmy Greaves pays tribute to Cristiano Ronaldo as Portuguese closes in on his magical mark". The Telegraph. 28 February 2017. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Smith, Adam. "Manchester City smash all-time Football League record with win at Swansea". Sky Sports. 14 December 2017. 7 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "1961 – Spurs' double year". BBC Sport. 10 May 2001. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "The Cup Final 1962". British Pathé. 7 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "It was 50 years ago today – our historic win in Europe..." Tottenham Hotspur Football Club. 15 May 2013. 12 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Goodwin, 1988
- ↑ "Kinnear, Robertson, England and Mullery: 1967 FA Cup Heroes on Playing Chelsea at Wembley". Tottenham Hotspur Football Club. 19 April 2017. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "The Bill Nicholson years – glory, glory – 1960–1974". Tottenham Hotspur Football Club. 25 October 2014. 19 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Goodwin, 2003
- ↑ Viner, Brian. "Ricky Villa: 'I recognise I am a little part of English football history'". The Independent. 1 June 2006. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Top 50 FA Cup goals: 'And still Ricky Villa". BBC Sport. 7 November 2014. 20 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Parry, Richard. "Anderlecht vs Tottenham: Remembering Spurs' 1984 Uefa Cup winners". London Evening Standard. 22 October 2015. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "100 Owners: Number 81 – Irving Scholar (Tottenham Hotspur & Nottingham Forest)". Twohundredpercent. 11 October 2012. 30 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Taylor, Matthew. The Association Game: A History of British Football. Routledge. 18 October 2013. səh. 342. ISBN 9781317870081. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Football: Turbulent times at Tottenham Hotspur". The Independent. 14 June 1993. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Profile: Sir Alan Sugar". BBC. 31 July 2007. 18 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Horrie, Chris. "They saw an open goal, and directors scored a million". The Independent. 31 July 1999. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "FA Cup winners list: Full record of finals and results from history". The Daily Telegraph. 27 May 2017. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Rodrigues, Jason. "Premier League football at 20: 1992, the start of a whole new ball game". The Guardian. 2 February 2012. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Wilson, Jeremy. "Manchester City v Tottenham Hotspur: Harry Redknapp secures place in the history books". The Daily Telegraph. 5 May 2010. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Donovan, 2017
- ↑ Hughes, Simon. "The crestfallen cockerels". The Daily Telegraph. 16 February 2001. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Ruthven, Hunter. "Tottenham Hotspur share sales see football club valued at £426m". Real Business. 22 April 2016. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Bains, Raj. "Daniel Levy has divided Tottenham fans, but now he's overseeing something special at Spurs". FourFourTwo. 27 April 2017. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Mauricio Pochettino: Tottenham appoint Southampton boss". BBC. 28 May 2014. 18 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Bysouth, Alex. "Hull City 1–7 Tottenham Hotspur". BBC Sport. 21 May 2017. 21 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2018.
- ↑ Johnston, Neil. "Ajax 2–3 Tottenham (3–3 on aggregate – Spurs win on away goals) Lucas Moura scores dramatic winner". BBC Sport. 9 May 2019. 8 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2019.
- ↑ "Liverpool beat Spurs 2–0 to win Champions League final in Madrid". BBC Sport. 1 June 2019. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2019.
- ↑ "Tottenham Hotspur: José Mourinho named new manager of Spurs". The Guardian. 20 November 2019. 7 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2019.
- ↑ Percy, John; Wallace, Sam. "Exclusive: Mourinho tenure comes to an end as chairman Daniel Levy takes drastic action over club's disappointing second half to the season". The Telegraph. 19 April 2021. 10 January 2022 tarixində arxivləşdirilib.
- ↑ Stone, Simon. "Nuno Espirito Santo: Tottenham sack manager with Antonio Conte contender to replace him". BBC Sport. 1 November 2021. 4 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
- ↑ Hytner, David; Romano, Fabrizio. "Antonio Conte agrees to stay as Spurs manager after crunch meeting". The Guardian. 27 May 2022. 5 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
- ↑ "Conte's furious news conference after final Spurs game". BBC Sport. 26 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ Hytner, David. "Antonio Conte departs Tottenham after breakdown in relations with club". The Guardian. 26 March 2023. 6 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
- ↑ Hytner, David. "Tottenham confirm Ange Postecoglou as manager on four-year contract". The Guardian. 6 June 2023. 19 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2023.
- ↑ "Three Amigos lined up for Grecians fundraiser". The Herald. 14 October 2009. 14 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ "Steve Perryman". Daily Mirror. 23 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ "22 October 1977: Spurs 9–0 Bristol Rovers". Tottenham Hotspur Football Club. 12 March 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ 1 2 Cone, James. "Defoe gets five goals as Tottenham defeats Wigan 9–1". Bloomberg. 22 November 2009. 16 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ "3 February 1960: Spurs 13–2 Crewe Alexandra". Tottenham Hotspur Football Club. 6 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ Fletcher, Paul. "Tottenham 9–1 Wigan". BBC Sport. 22 November 2009. 23 November 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2009.
- ↑ "UEFA.com – Tottenham". UEFA. 27 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 July 2013.
- ↑ "White Hart Lane – Final Statistics". Tottenham Hotspur Football Club. 15 May 2017. 30 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ "Tottenham Hotspur 0 – 1 Bayer 04 Leverkusen". BBC Sport. 2 November 2016. 26 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ Olver, Tom. "Harry Kane talismanic as Tottenham sink Arsenal in front of record-breaking Wembley crowd". Metro. 10 February 2018. 10 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2018.
- ↑ UEFA.com. "Member associations – UEFA Coefficients – Club coefficients". UEFA. July 2018. 9 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2023.
- ↑ "Coaching staff update". tottenhamhotspur.com. 25 April 2023. 27 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2023.
- ↑ "Tottenham Hotspur". Premier League. 6 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2020.
- ↑ "Coaching staff update". tottenhamhotspur.com. 26 June 2024. 25 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2024.
- ↑ "Tottenham appoint Rob Mackenzie as chief scout as new technical director Johan Lange begins work". The Standard. 2 November 2023. 3 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2023.
- ↑ "Former Bristol City striker on his return to the club, scouting and Leeds and Tottenham Hotspur transfers". BristolWorld / JPIMedia Publishing Ltd. 22 April 2022. 22 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2022.
- ↑ "Kit man 'Dukesy' gives thanks after latest auction proves a success". Tottenham Hotspur. 1 July 2022. 1 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2022.
Xarici keçidlər
redaktə- "Tottenhem" UEFA-nın rəsmi saytında
- Fanat saytı
- Tottenhem Hotspur Premyer Liqanın rəsmi saytında