Hamburq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hamburq (alm. Freie und Hansestadt Hamburg) — Almaniyada şəhər. Avropada ən böyük liman şəhərlərindən biri olub. Şəhərin latın dilində adı Hammonia idi. Hamburqu tez-tez "dünyaya açılan qapı" adlandırırlar və buna görə də Hamburqun gerbində və bayrağında şəhər qalasının qapıları təsvir edilmişdir. Dünyanın çox şəhərlərinin öz gerbi və bayrağı var, lakin çox nadir halda hansısa şəhər öz himninin olması ilə öyünə bilir. Belə ki, vaxtilə Hamburq sadəcə şəhər deyil, həm də Hanze şəhər-dövləti olub. 2010-cu ildə Hamburq şəhəri dünyada yaşayış üçün 10-cu ən əlverişli şəhər seçilmişdir.
Hamburq | |
---|---|
Freie und Hansestadt Hamburg | |
53°33′ şm. e. 10°00′ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Peter Tsşentsşer[d] |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 810 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 6 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 040, 04721 |
Poçt indeksi | 20095–21149, 22041–22769, 27499 |
Nəqliyyat kodu | HH |
Digər | |
hamburg.de hamburg.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi
redaktəHamburq Şimali Almaniyada, Elba çayının hər iki sahilində, Elbanın Şimal dənizinə töküldüyü yerdən təxminən 110 kilometr cənub-şərq istiqamətində yerləşir. Təbii yaranmış dəniz limanı Elba çayı sahili boyunca uzanır. Çayın hər iki tərəfindəki yaşayış sahələri bir-biriylə çoxlu sayda körpü, həmçinin Elbanın altından keçən köhnə (indi piyadalar üçün istifadə olunur) və yeni tunel vasitəsilə birləşdirilmişdir.
Tarixi
redaktəŞəhər adını İmperator Şarlmanın e.ə. 808-ci ildə tikdirdiyi qaladan almışdır. Alster və Elba çaylarının arasındakı batağlıqdakı qayalıq bir ərazidə inşa edilən qala Slavyanların axınlarına qarşı tikilmişdir. Hamburq adındakı burq qala mənasını verir. Ham sözünün mənası, qalanın mövqeyi kimi naməlumdu.
İkinci dünya müharibəsi əsnasında Hamburqun liman sahələri Müttəfiq aviasiyasının hava hücumlarına məruz qaldı. İkinci dünya müharibəsində 23 iyul 1943-cü ildə ingilis və Kanada təyyarələri gecələri, ABŞ təyyarələri də gündüzləri Hamburqu bombaladı. Noyabrda əməliyyat bitdiyində 9.000 ton partlayıcı atılmış və 280.000 bina dağıdılmışdı. Böyük Britaniya HHQ tərəfindən Gemorroy əməliyyatı kod adı verilən hücumda ən azı 42.600 insan öldü. Ölənlərin dəqiq sayı bilinmir. 1 milyon insan hücumlar sonrasında evakuasiya edildi. Döyüş sonunda epidemik xəstəliklər səbəbindən Neuengamme toplama düşərgəsində (bataqlıqlar içində, şəhər xaricində 25 km uzaqlıqda bir yer) və təxliyə gəmilərinin bombardmanı əsnasında daha çox insanın öldürüldüyü zənn edilir.
Əhalisi
redaktəTexniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Vətəndaşlığına Görə Şəhərdəki Xarici Rezidentlər[13][14][15] | |
Milliyyət | Əhali Sayı (31.12.2018) |
---|---|
Türkiyə | 44,239 |
Polşa | 29,058 |
Əfqanıstan | 19,831 |
Suriya | 15,763 |
Rumıniya | 11,925 |
Bolqarıstan | 10,547 |
Portuqaliya | 10,541 |
Rusiya | 9,335 |
İtaliya | 8,806 |
İran | 8,282 |
İspaniya | 7,197 |
Xorvatiya | 7,095 |
Yunanıstan | 7,085 |
Serbiya | 7,057 |
Şimali Makedoniya | 6,883 |
Qana | 6,194 |
Filippin | 5,847 |
Fransa | 5,439 |
ÇXR | 5,369 |
İraq | 5,031 |
Avstriya | 4,583 |
Hindistan | 4,411 |
İqtisadiyyatı
redaktəHamburq həm ticari həm də xidmət sektoru baxımından Şimali Almaniyanın ən böyük iqtisadi mərkəzidir. Xüsusilə aviasiya sənayəsi, təyyarə istehsalına görə dünyanın ən böyük 3-cü şəhəridir. Kimya, maşın, gəmiqayırma və bank sektorları olduqca güclü inkişaf edib. 2008-ci ildə Hamburqda adam başına düşən illik gəlir ortalama 50.073 avro olub. Lakin Hamburqun 2007-ci il sonundakı borcu 21,8 Milyard avronu keçmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
- ↑ 1 2 Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.1975. Federal Statistical Office, 2018.
- ↑ http://www.statistik-nord.de/fileadmin/Dokumente/Tabellen%2C_Tabellenbände%2C_Broschüren/Zensus2011/Einwohner/HH/Zensus_2011_Einwohnerzahlen_FHH_Bezirke.pdf. S. 2.
- ↑ http://www.statistik-nord.de/fileadmin/Dokumente/Statistische_Berichte/bevoelkerung/A_I_S_1_j_H/A_I_S1_j14.pdf. S. 12.
- ↑ https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
- ↑ https://www.statistik-nord.de/fileadmin/Dokumente/Presseinformationen/SI19_108.pdf.
- ↑ 1 2 https://www.statistikportal.de/de/produkte/gemeindeverzeichnis. Federal Statistical Office.
- ↑ register of German municipalities (4th quarter 2022) (alm.). DESTATIS, 2023.
- ↑ https://www.statistik-nord.de/fileadmin/Dokumente/Statistische_Berichte/bevoelkerung/A_I_3_j_H/A_I_3_j22_HH.xlsx.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2022 (alm.). DESTATIS, 2023.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-27.
- ↑ "Fußball-Underdog WM-Finale am Sonntag: So sind wir Kroaten". 8 March 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 July 2018.
- ↑ "Statistische Berichte: Ausländische Bevölkerung in Hamburg" (PDF). 21 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 June 2018.
Almaniya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |