Tas Herf - Wikipedia
Tas_(hərf) - Haqqında Məlumat
𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür.[1] Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi.[2] Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /t/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10538 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr:[2]
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔸𐕈𐕀𐔰𐕎 | tåxan | əncir | tǒxə̌n |
𐔸𐕒𐕡𐕙 | tur | ayaq | tur |
𐔱𐔰𐕙𐔸𐔴𐕚𐕒𐕡𐕎 | bartesun | buraxmaq | bartesun |
İstinadlar
redaktə- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29
- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6