Cenubu Gosteren Araba - Wikipedia
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi.
Çin heroqlifləri Cənubu göstərən araba | |
---|---|
Ənənəvi | 指南車 |
Bəsit | 指南车 |
Pinyin | zhi3 nan2 che1 |
Mənası | Bələdçi arabası |
Cənubu göstərən araba modeli, Londan elm muzeyi. | |
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası | ||||||
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan • Uşu • Vin Çun • Dim Mak • Şaolin | ||||||
Üç hökmdar və beş imperator | ||||||
Sya sülaləsi | ||||||
Şan sülaləsi | ||||||
Çjou sülaləsi | ||||||
Şərqi Çjou | Yaz-Payız | |||||
Döyüşən çarlıqlar | ||||||
Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil. Sin sülaləsi | ||||||
Çu sülaləsi — qarışıq dövr | ||||||
Han sülaləsi | Qərbi Han | |||||
Sin sülaləsi, Van Man | ||||||
Şərqi Han | ||||||
Üç çarlıq | Vey | Şu | U | |||
Qərbi Çzin | ||||||
16 barbar | Şərqi Çzin | |||||
Cənub və Şimal sülalələri | ||||||
Suy sülaləsi | ||||||
Tan sülaləsi | ||||||
Çin Respublikası | ||||||
Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Araba özü ikitəkərli olub, üzərində quraşdırılmış işarə verən insan fiquru differensial ötürücü dişlı çarxcıqlarla təkərlərə qoşulmuşdur.[1] Dişli çarxcıqlı mexanizim elə dəqiqliklə planetar ötürmə üsulu ilə qurulmuşdur ki, arabanın hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq insan fiqurunun barmağı cənuba istiqamətlənmiş olur. Bir çox Çin salnamə və tarixi əlyazmalarda cənubu göstərən araba haqqında eyni zamanda işləmə prinsipi haqqında məlumatlar verilmişdir.
Rəvayəti
redaktəRəvayətə görə bütün çinlilərin əjdadı sayılan Huan-di Kunlun dağındakı təmtəraqlı sarayında yaşayarmış. Bu dövrdə qeyri-adi silah düzəltmə qabiliyyələrinə malik cadugər div Çi Yu Yan-di tayfası ilə Huan-di tayfası arasına nifaq salmış olur. Cadugər div Çi Yu döyüş zamanı Huan-di ordusunu azdırmaq üçün ətrafı dumana bürüyür. Göz-gözü görməyən dumanda Huan-di cənubi göstərən arabanın köməyiilə yolu tapa bilir və qalib gəlir.[2]
Xronologiyası
redaktəTarixi səlnamələr üzrə xronologiyası | ||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
İstinadlar
redaktə- ↑ "Spektrum der Wissenschaft September 2008, S.42-44, Norbert Treitz, "Zweispurige Kurven"". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Mit dem Kompasswagen über den Globus Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine (PDF; 576 kB)
Xarici keçidlər
redaktə- Einfache mathematische Betrachtungen zum Kompasswagen (alm.)
- AMS: http://www.amsclub.ch/Publikationen/bull_56_getriebe.htm Arxivləşdirilib 2015-03-12 at the Wayback Machine
- Sciencemuseum: Chinese South-pointing chariot (ing.)
- Antiquark: South Pointing Chariots (ing.)
- South Pointing Chariots (ing.)
- Youtube Video Cənubu göstərən araba