Vin Cun - Wikipedia
Vin Çun və ya Vinq Çunq (Çin dili: 詠春, Ving Tsun, ya da Wing Tsung (WT), palladiya: Yunçun — Əbədi yaz fəsli) — çin döyüş sənətidir.
Vin Çun | |
---|---|
Wing Chun | |
Tam adı | 詠春(pinyin), Yǒng Chūn |
Digər adı | Wing Tsung |
Şüarı | sonsuz bahar və ya bahar mahnısı |
Yaranma tarixi | 300 il öncə |
Ölkə | Çin |
Banisi | Ng Mui |
Məktəbin rəhbəri | İp Man |
Xələfləri | Citkundo |
Sələfləri | Kunq-fu |
Tanınmış ardıcılları | Sum Nung, İp Man, Brüs Li, Donni Yen |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBu stil 1700–1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.
Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi.
Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu.
Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir?
Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.
İlan, durnanın ətrafında ölümcül bir hücum edə bilmək ümidiylə dairəvi şəkildə dönərkən, durna dairənin ortasında qalıb daim ilana qarşı dönürdü. Durna, ilanın etdiyi hər bir hücumu qanadlarının biri ilə qarşılayarkən, eyni anda dimdiyi ilə ona hücum edirdi. Beləcə durna üzünü qanadları ilə qoruyub, dimdiyi ilə hücum edə bilirdi.
Ng Muinin müşahidə etdiyi bu döyüş uzun bir zaman davam etdi. Bu döyüş Ng Mui yə yeni bir döyüş sisteminin yaratmasına səbəb oldu.
Maraqla bu döyüşü izləyən rahibə Ng Mui, yeni bir stil yaratdı. Bir gün rahibə ərzaq almaq üçün Məbəddən yaxınlıqdakı kəndə gəlir, həmin kəndə başçılıq edən Vonq ləqəbli birisinin bir qızı incitdiyini görür.
Həmin Vonq qızı zorla özü ilə evlənməsini istəyir və ona hədə qorxu gəlir. Qızın adı Ving Çun idi.
Vinq Çun olduqca gözəl və ağıllı idi, lakin qızcığaz həmin o başçı ilə evlənmək istəmirdi.
Ng Mui qızı özü ilə məbədə aparır və yaratdığı yeni döyüş stilini ona öyrədir.
Bir müddət Ng Mui ilə qalan Ving-Çun bu döyüş texnikasını məharətlə öyrənir.
Məbəddən qayıtdıqdan sonra Ving-Çun yenə də Vonq tərəfindən narahat edilir.
O, belə olduqda onu açıq döyüşə dəvət edir.
Şərt belə olur; Vonq qalib gələrsə Ving-Çunla evlənəcək, əks halda onu birdə narahat etməyəcək. Həmin döyüşdə Ving-Çun Vonqu məğlub edir.
Beləliklə bütün narahatçılıqlara son qoyulur.
Ng Mui yeni yaratmış bu döyüş stilinə ilk tələbəsi olmuş Ving-Çunun adını qoyur. Beləliklə yeni stil Ving-Çun adlanır.
Bu döyüş stiıinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893–1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır. Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.
Yip-Man 13 yaşında olarkən ving-çunla məşğul olmağa başlamışdır. Onun müəllimi Çan Vah-Şu idi.
Ustadından ving-çunun bütün döyüş sirrlərini mükəmməl öyrənmiş Yip-Man, 1967-ci ildə Honq-Konq vin-çun döyüş assosiasiyası qurmuşdur.
Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.
Ving-Çun effektiv "Çi" tənəffüsündən, univrsal əl texnikalarından, çevik mövgelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir. Təlim məşqləri bu texnika ilə başlayır və həssaslıq, hiss etmə qabiliyyətini özündə formalaşdırır.
Vin Çun haqqında əfsanələr
redaktəVin Çun haqqında çoxlu əfsanələr mövcuddur. İlk dəfə bu texnikanın əsasını Cənubi Şaolin rahiblərindən olan qız Yan Yunçun hazırlamışdır. Sonralar Yunçun bu texnikanı ən yaxşı qız tələbəsinə "Beş ərik" mənasını verən Ng Moiyə (Umey) öyrətmişdir. Ng Moi bu texnikadan Mancurların Şaolin məbədinə tez-tez basqın etdiyi üçün onlara qarşı istifadə edir. Ng Mui Emei dağlarında ağ durna ittifaqında sığındığı üçün bu texnikanın adını "Ağ durna boksu" kimi işlədirdi.
Uşu axtarışçısı Tan Haonun sözlərinə görə, "Cənubi Şaolin" məbədi heç vaxt mövcud olmayıb. Onun haqqında yalnız romanda vardır. Dəqiq məlumatlara görə XVIII əsrdə Vin Çun Quandun operasında istifadə edilirdi. Buradan sonralar ayrılan aktyorlar aptekçi Yan Tszana öyrədirlər. Aptekçi çoxlu döyüşlər keçirərək "Vin Çunun kralı" (Yunçun van) adlandırılır. Vin Çunun əsas ustalarından ən məşhuru E. Ven (İp Man) olur. İp Man varlı tacir ailəsində dünyaya gəlmişdir. İp Man üç Vin ustalarından (Lyan Bi-Lyan Tszanın oğlu) bu texnikanı öyrənmişdir. Onun sayəsində Vin Çun indiki dövrdə də məşhurdur. İp Manın Vin Çun texnikası sayəsində öz şəxsi "İp Man vinçunkuen" stili vardır. İp Manın tələbələrindən biri Brüs Li olmuşdur.