Olumun Toxunusu - Wikipedia
Ölümün toxunuşu və ya Dim Mak (sadə çin heroqlifləri: 点脉 rəsmi çin heroqlifləri: 點脈, pinyin: diǎnmài, Yutping: dim2 mak6) — qədim çin döyüş sənətlərinin sistemidir. Bir sıra döyüş sənətlərində istifadə olunur.
Xarakteristika
redaktə"Ölümün toxunuşu" Şaolin rahiblərinin gizli döyüş sənətidir. Onun analoqları Vyetnam, Yaponiya, Tibet, Hindistan, Nepal, Laos, Seylonda mövcuddur. Adından bəlli olduğu kimi "Ölüm toxunuşu" ilə insanı istənilən hala gətirmək olar. Yəni, insan bu zaman ölə də bilər. Döyüş sənətinin əsasında tibb sənəti dayanır. Ölkələrdə daha çox Kyuşo Citsu istifadə edilir. Bu ad Yaponcadır. Əslində isə "Ölümün toxunuşu" sənətidir. Bu sənətə görə, təbiət və insan eyni elementdən (ağac, od, metal, yer və su) ibarətdir. Bu səbəbdən, insan təbiətdə yaşayır və onun qanunlarına tabe olur. Əgər belədirsə, onda elementlər orqanlar və insanın daxili ilə düz gəlməlidir:
Element | Orqanlar | Daxili |
---|---|---|
Ağac | Qaraciyər | Öd kisəsi |
Od | Ürək | Nazik bağırsaq |
Metal | Ağciyər | Yoğun bağırsaq |
Yer | Dalaq | Mədə |
Su | Böyrək | Sidiklik |
Dim Makın dörd qanunu vardır: Ana və oğulun qanunu, Beş elementin qanunu, Ər və Arvadın qanunu, Səhər və Axşamın qanunu. Dim Mak sistematikasını üç sütuna ayırmaq mümkündür: Dim-Çinq (əsəb sistemləri və onların funksiyasını bilmək), Dim-Hsuyeh (insanda qan və onun dövr etməsini bilmək) və "Çi" enerjisi
Xarakteristika
redaktəDim Makın tam tərcüməsi "Zəhərli əllər" kimi səslənir. Qədim çin döyüş sənəti olduğuna görə, bir çox fəndləri gizli saxlanılırdı. Bu döyüş sənətinə yiyələnmək üçün insanda bütün "Ölümcül nöqtələri"ni bilmək lazımdır. Dim Mak təmiz çin döyüş sənətidir. Dim Mak sənətinə görə, hər bir insanın bədənində "Çi enerjisi" vardır.[1] Həmin enerji ilə insan hər şey edə bilər. Məhz bu enerji sayəsində "Ölümün toxunuşu" baş verir. Dim Makın özü də, Kunq Funun bir növüdür. Bu səbəbdən döyüş sənəti həm də insandan məntiq tələb edir. 1997-ci ildə ABŞ-nin "Rəsmi Sağlamlıq üzrə İnstitut"unun bəyanatına görə, "Çi enerjisi" kimi anlayışlar ilə müasir biomedikal informasiyasını eyni səviyyədə tutmaq çox çətindir.[2][3]
Ədəbiyyat
redaktə- Jin Jing Zhonh: Dian Xue Shu – Skill of Acting on Acupoints. Dim mak Authentic Shaolin Heritage, 1934. Neuausgabe in englischer Sprache von Andrew Timofeevich, 2004
- Patrick McCarthy: The Bible of Karate: Bubishi: The Bubishi. Tuttle Publishing, ISBN 978-0-8048-2015-8.
- Rick Bauer, A. Flane Walker, Flane Walker: Ancient Art of Life and Death: The Complete Book of Dim-Mak: The Book of Dim-Mak. Paladin Press
- Erle Montaigue, Michael Kelly: Death Touch: The Science Behind the Legend of Dim-Mak. Partners Publishing Group
- Michael Kelly, "Death Touch: The Science Behind the Legend of Dim Mak", Paladin Press (2001), ISBN 9781581602814.
- George A. Dillman, "Kyusho-Jitsu: The Dillman Method of Pressure Point Fighting", Dillman Karate Intl (1993), ISBN 9780963199614.
- Erle Montaigue, "Dim-Mak: Death Point Striking", Paladin Press (1993), ISBN 9780873647182
İstinadlar
redaktə- ↑ Pickens, Ricky. "the Mysterious Vibration Palm". Inside Kung Fu. 1991. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Adams, Cecil. "The Straight Dope: Is the "ninja death touch" real?". May 21, 2004. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-14.
- ↑ "Acupuncture: National Institutes of Health Consensus Development Conference Statement". National Institutes of Health. 3- 5November 1997. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-15.
Xarici keçidlər
redaktə- Kyusho.thepeacefulwarriors.org Arxivləşdirilib 2012-03-16 at the Wayback Machine
- Kungfulibrary.com Dim Mak
- Definición en Inglés
- Dim mak
- Red Marcial, Artes Marciales en español - Dimmak Arxivləşdirilib 2007-02-15 at the Wayback Machine
- Karate y Kyusho Jitsu: Desde China a Japón Arxivləşdirilib 2011-09-25 at the Wayback Machine