Mede - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məlumatı yoxla. |
Mədə lat. ventriculus (yun. gaster) həzm kanalının ən geniş hissəsini təşkil edir.
Mədə | |
---|---|
| |
| |
Latınca | Ventriculus |
Yunanca | Gaster |
İltihabı | Gasteritis |
Qrey | subyekt 247 1161 |
Aparat | Həzm aparatı |
Arteriya | lat. art. gastrica sinistra et dextra, art. gastroepiploica sinistra et dextra, art. gastricae breves |
Vena | Einiadlı venalarla qapı venasına acılır |
Sinir | Günəş kələfi - lat. ganglia coeliaca; azan sinir - lat. n.vagus |
Limfa | lat. nodi lymphaciti gastrici sinistri et dextri, nodi lymphaciti pancreaticolienales |
MeSH | Stomach |
Dorlands/Elsevier | Stomach |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəYaşlı adamlarda uzunluğu 21–25 sm, diametri ən geniş hissəsində 12–14 sm və tutumu 3 litrdir, bəzi hallarda yemək adətindən asılı olaraq 5–10 litrə çatır. Mədənin forması çox müxtəlifdir. Daha doğrusu, onun forması içərisindəki qida maddələrinin miqdarından asılıdır. Boş olduqda bağırsaq şəklini alır, əksər hallarda retortaya, ya armuda bənzəyir. İnsan ölən zaman mədə hansı həzm formasında olarsa elə də qalır. Mədə divarı üç qatdan: xarici birləşdirici toxumadan(epitel qatından), əzələli və daxili selikli qişadan ibarətdir. Selikli qişada çoxlu vəzlər yerləşir və onlar mədə şirəsi ifraz edir. Mədədə qidalı maddələrin parçalanması prosesi mədə şirəsinin təsiri altında davam edir. Həzm olunmaqda olan bir neçə saat şirənin təsirinə məruz qalır. Sonra qida nazik bağırsağın onikibarmaq bağırsaq hissəsinə keçir.
Həzm kanalının ən genişlənmiş torbayabənzər hissəsi olub, həcmi 1,5 – 3 litrə bərabərdir. Mədə qarın boşluğunun sol tərəfində diafraqmanın altında yerləşir.
Həzmin gedişi mədədə 3 – 10 saat davam edir. Mədənin divarı 3 qatdan – xaricdə birləşdirici toxumadan, ortada əzələ toxumasından və daxildə selikli qişadan qurulmuşdur.
Mədənin yuxarıda kiçik girəcəyi, aşağıda böyük əyriliyi və çıxacaq hissəsi var.
Qida borusunun mədəyə açılan hissəsinə onun girəcəyi, onikibarmaq bağırsağa keçən hissəsinə çıxacağı deyilir. Mədə şirəsinin tərkibində fermentlər, xlorid turşusu, seliyəbənzər maddələr vardır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını asanlaşdırır.
Mədədə selik ifraz edən əlavə hüceyrələr də vardır. Selik mədənin divarını pepsin fermentinin və xlorid turşusunun dağıdıcı təsirindən qoruyur. Mədənin onikibarmaq bağırsağa açılan hissəsində olan sfinktor açılaraq yarım qarışdırılmış qida möhtəviyyatı-nı hissə-hissə bağırsağa ötürür.
Mədədə həzm mədə şirəsinin təsiri altında gedir. Sutkada 2 litr mədə şirəsi ifraz olunur. Əvvəlcə mədə divarının hərəkəti sayəsində qida qarışır və həll olunur. Zülallar pep-sin fermentinin təsirindən albumoz və peptonlara qədər parçalanır, ximozin süd zülalları-nı çürüdür və süd yağlarını emulsiya halına salır. Mədə şirəsində karbohidratları parçalayan fermentlər olmur, lakin ağız boşluğundan daxil olan qidanın içində olan tüpürcək fermentinin hesabına sulukarbonların parçalanması müəyyən müddət, yəni xlorid turşusu ilə qarışana qədər davam edir. Mədə mühiti turş mühitdir. Ağız boşluğu-nun mühiti zəif qələvidir. Sulukarbonlar qələvi, zülallar turş mühitdə fermentlərin təsirilə parçalanır. Mədə şirəsinin əmələ gəlməsi və ifrazı sinir və humoral yolla baş verir.
Mədə şirəsi ifrazının sinir tənzimi. Mədə şirəsi də ağız suyu kimi reflektor yolla ifraz olunur. Bunu qida borusu boyun nahiyəsində kəsilib xaricə çıxarılmış və boynun dərisinə tikilmiş it üzərində öyrənmək olar. İti bu cür qidalandırdıqda qida mədəyə düş-mək əvəzinə boyun nahiyəsindəki kəsikdən xaricə tökülür və belə qidalanma yalançı qidalanma adlanır. Yalançı qidalandırma təcrübəsi təmiz mədə şirəsi almağa imkan verir. Bu məşhur təcrübə mədə şirəsi ifrazının reflektor təbiətli olmasını sübut edir.
Mədə şirəsi ifrazının humoral tənzimi. Şərti və şərtsiz reflekslərə yanaşı mədənin selikli qişasında əmələ gələn bioloji fəal maddələr, qida maddələri və onların parçalanma məhsulları, bişmiş ət, balıq, tərəvəz suyunda olan hazır bioloji fəal maddələr də şirə ifra-zına səbəb olur. Reflektor mədə şirəsi ifrazı isə ancaq iki saat davam edir.
Mədə şirəsinin ifrazı 3 fazaya ayrılır: birinci, beyin fazası, yəni mürəkkəb şərtsiz və şərti reflekslərin, məsələn, ağız boşluğunda udlaqda, qırtlaqda olan reseptorların, həmçi-nin görmə, eşitmə, qoxu analizatorları reseptorlarının qıcıqlanması vasitəsilə başlayır. İkinci, mədə fazası adlanır və sinir-humoral yolla baş verir. Mədəyə daxil olan qida mədənin selikli qişasında olan reseptorların mexaniki və kimyəvi yolla qıcıqlanması nəti-cəsində yaranan qastrin hormonu qana keçir, mədə divarının hərəkətinə və şirə ifrazına səbəb olur. Üçüncü, bağırsaq fazası xlorid turşusunun təsirilə bağırsağın selikli qişa-sından qana ifraz olunan bioloji fəal maddələrin hesabına baş verir. Həmçinin ət və balıq bulyonları, tərəvəz məhsulları mədə-bağırsaq reseptorlarını qıcıqlandırıb şirə ifrazına səbəb olur. Mədədən qana az miqdarda qlükoza, su, həll olmuş duzlar və bir sıra mad-dələr sorulur.
Mədədə horra halına salınmış qida nazik bağırsağın başlanğıc şöbəsi olan onikibar-maq bağırsağa hissə-hissə daxil olur.
Mədə divarının quruluşu
redaktəMədənin divarı bir neçə qişadan təşkil olunmuşdur.
Selikli qişa və selikaltı qat
redaktəMədənin selikli qişası — lat. tunica mucosa çəhrayı rəngdə olur. boş mədənin selikli qişasında çoxlu büküşlər — lat. plicae gastricae vardır; bunlardan mədə girəcəyi və çıxacağı hissələrində onlar şüa; əyrilik nahiyəsindəkilər boylama və başqa nahiyələrdəkilər isə qeyri-müntəzəm istiqamətdə olur. Mədə ilə onikibarmaq bağırsaq arasında selikli qişa dairəvi bir büküş təşkil edir; bu büküş əzələ qişasından əmələ gəlmiş mədə çıxacağını büzən əzələyə — lat. m. sphincter pylori uyğundur və mədə çıxacağı qapağı — lat. valvula pylorica adlanır. Kiçik əyrilik boyu gedən boylama büküşlər mədə yolu adlanan boylama bir şırım əmələ gətirir. Mədə boş olduğu zaman büküşlərin miqdarı artır, dolu və ya genəlmiş halad onların miqdarı azalır. Bu büküşlərdən başqa selikli qişada mədə meydançaları — lat. areae gastricae adlanan hündürlüklər vardır. Bunların da üzərində zərrəbin ilə çuxurcuqlar — lat. foveolae gastricae gırmək olur. Bu çuxurcuqlara mədə vəzilərinin axacaqları açılır. Selikli qişa birqatlı silindrəbənzər epitel təbəqədən, əsas zardan və əzələ səfhəsindən ibarətdir. Bu qişada mədə şirəsi (lat. succus gastricus) ifraz edən borulu vəzilər vardır; bunlar iki qrupa bölünür: 1) xüsusi mədə vəziləri — lat. glandulae gastricae propriae və 2) mədə çıxacağı vəziləri — lat. glandulae pyloricae. Mədə şirəsinin tərkibində olan duz turşusunu xüsusi mədə vəziləri ifraz edir. Bu vəzilərdən başqa mədənin selikli qişasında limfa follikulları — lat. folliculi lymphatici gastrici vardır.
Selikaltı qat — lat. tela submucosa mədədə yaxşı inkişaf etmişdir; ona görə selikli qişa mütəhərrikdir və yuxarıda göstərilən büküşləri əmələ gətirirlər.
Əzələ qişası və serozaltı qat
redaktəSeroz qişa
redaktəMədənin inkişafı
redaktəYaş və fərdi xüsusiyyətləri
redaktəHəzim kanalını ən gen hissəsini təşkil edir. Yaşlı insanda mədənin tutmu orta hesabla 3-litirdir. Mədənin forma və ölçüsü onun nə dərəcədə dolu olmasından asılıdır. Yaşlı insanda sutka ərzində 2–2,5 litir mədə şirəsi ifrazat olunur. Bu şirə rəngsiz, qoxusuz və turş reaksiyadır. Mədə şirəsi 99,4% sudan, 0,6% quru qalıqlardan ibarətdir. Nazik bağırsaqın uzunluqu 2,2–4,4 metrə bərabərdir.
Nazik bağırsaqın 3-şöbəsi var. 1)Onikibarmaq bağırsaq, 2)Acı bağırsaq, 3)Qalça bağırsaq..
Mədənin rentgen şəkli
redaktəVaskulyarizasiyası və innervasiyası
redaktəMədə qarın kötüyünün hər üç şaxəsindən arterial qan alır:
- Sol mədə arteriyası
- Qaraciyər arteriyası
- Sağ mədə arteriyası
- Sağ mədə-piylik arteriyası
- Dalaq arteriyası
- Sol mədə-piylik arteriyası
- Kiçik arteriyalar
- Arxa mədə arteriyası
Həmçinin bax
redaktəİstinadlar
redaktəMənbə
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, səh 61–67, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)