Mexanizm - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Mexanizm — bir elementin hərəkəti başqalarının məcburi hərəkətini yaradan, hissələrdən ibarət kompleksdır. Bu halda sistemin bütün nöqtələrinin sürətləri və təcilləri təyin oluna bilir. Mexanizmlər hərəkəti ötürmək üçün tətbiq olunurlar.
Mexanizmlərin hərəkəti cütlərlə təyin olunur. Menanizmdə bir-biri ilə əlaqədə olan elementlərə kinematk cütlər deyilir. Cütlər isə öz növbəsində bəndlərdən təşkil olunur. Məsələn, prizmatik kanalda oturdulmuş bənd irəli geri hərəkət edə bilir, ona görə də onlar birlikdə cüt təşkil edirlər. Silindrik oymaqda oturdulmuş içlik kinematik cütdürlər. Vint və qayka da kinematik cüt kimi baxıla bilər.
Mexanizmlər ötürmələrin bir növüdür. Mexanizmlər mühəndislik elmində tədris edilən fənnlərdə bu və ya digər şəkildə rast gəlinir. Əsasən mexanika fənninin tərkib hissəsidir. Mürəkkəb mexanizmə bir neçə ötürməyə malik mexaniki saatı misal göstərmək olar.
Hal-hazırda mexanizm anlayışı daha geniş tətbiq olunaraq heçdə həmişə klassik mexanikadakı ilə əlaqələndirilmir. Məsələn cəmiyyətdə işlədilən mexanizm sözü də bu anlayışdan deyil.
Mənbə
redaktə- Reuleaux, Franz.Theoretische Kinematik - Saarbrücken : VDM, Müller, 2007,
- Чебышев П. О простейшей суставчатой системе , доставляющей движения симметрические около оси . Прил. к LX-му тому Записок Имп. Академии наук. № 1. СПБ. Тип.Академии Наук 1889г. 56 стр., табл.