Dao - Wikipedia
Dao (çin. 道, hərfi mənası — yol) – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı ("qoca müəllim") belə he-sab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
- Lao– tszının ideyaları təxminən b.er.əv. IV– III əsrə aid edilən "Dao– de tszin" kitabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir:
- De– daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret təzahürüdür.
- Tsi– daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir. Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan– ı yaradır, ağır, qaranlıq hissəciklər isə qadın başlanğıcı in– i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində daoistlərin fikrincə dünyada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra tsiklləri keçən "hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür".
- Jen– insansevərlik.
- Li– ritual.
Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçilikdə əmək alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan– dövlətdən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən imtina onlara sakit, xoşbəxt həyat keçirməyə imkan verər. Lao– tszı sosial gərginliyin səbəbkarı kimi hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çaxnaşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə gətirilməsinin yeganə şərti hesab edirdi. Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi baxışlar mühüm yer tutmuşdur.