Quandu Doyusu - Wikipedia
Quandu döyüşü — 200-cü ildə Çao Çao ordusu ilə Yuan Şau ordusu arasında Xuanxe çayı yaxınlığında olmuşdur. Nəticədə Çao Çao parlaq qələbə çalmış olur.
Quandu döyüşü | ||||
---|---|---|---|---|
Üç çarlıq dövrü | ||||
Tarix | 200 | |||
Yeri | Xuanxe çayı | |||
Nəticəsi | Çao Çaonun qələbəsi | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
İtkilər | ||||
|
||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Çao Çao ilə Yuan Şao sərkərdələri arasında genişmiqyaslı döyüş əməliyyatları 199 cu ildən başlamış olur. Yuan Şao Çao Çaonun əsiri olan imperator Syan-dini qurtarmaq üçün müharibəyə başlayır. Yuan Şao sayca daha üstün qoşuna malik olsa da onun ordusunun bayraqdarları hələ Bayma döyüşündə əzilmişdir. O zaman Çao Çao ordusunun yürüşünün qarşısını “Sarı çalmalılar üsyanı” almış olur. Bundan istifadə edən Yuan Şao öz mövqelərini Quandu qalasında mıhkəmləndirir. Yuan Şao ordusu həm say həm də texniki baxımdan qüvvətli olmasına baxmayaraq Çao Çao qoşununun oxçularının qəflət hücumundan sonra geri çəkilib qala müdafiəsini qururlar. Çao Çao ordusu malik olduğu daşatan mancanaqla qala divarlarını bərk zədələmiş olurlar. Bunu görən Yuan Şao Çao Çao düşərgəsini mühasirəyə almaq qərarına gəlir. Yuan Şaonun sərkərdələri Çjan Qo və Qoa Lanya tərəfindən edilən həmlələr dəf edilir və geri düşərgəyə dönən Çao Çao Çjan Qo və Qoa Lanya dəstələrini mühasirəyə alıb məhv edir. Çjan Qo və Qoa Lanya Çao Çaonun tərəfinə keçirlər və ixtiyarlarına verilən qoşunla Yuan Şaonun düşərgəsinə hücum çəkirlər. Məğlub olan Yuan Şao qaçmış olur.
Qan su yerinə axırdı, çayda batanların sayı həddən çox idi. Çao Çao boyük qələbə çalmışdı. Lo Quançjun „Üç çarlığın tarixi.“ |