Cemil Hesenli - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan[1] tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993)[2][3]; Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009)[3]; Milli Şuranın qurucu üzvlərindən biri (2013)[4]; Azərbaycan Respublikasının əməkdar müəllimi (2009)[5]; Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013)[2]; Azərbaycan Respublikası Milli Məclisinin II[6] və III çağırış[7] deputatı. Milli Şuranın sədri[8] və lideri.[9] ABŞ Woodrow Wilson Mərkəzinin Tarix və Publik Siyasət Proqramının işturakçısı olub (2011,2020), Türk Tarix Qurumunun xarici üzvüdür (2013), Woodrow Wilson Mərkəzinin Demokratiya uğrunda İon Ratui mükafatını alıb (2015), Şanghai Şərqi Çin Normal Universitetində dəvətli araşdırmaçı kimi çalışıb (2016-2017), Amerika Tarixçilər Cəmiyyətinin üzvüdür (2021), London Universiteti Tarix Araşdırmaları İnstitutunun dəvətli araşdırmaçısı, baş elmi işçisidir (2021-2024).
Cəmil Həsənli | |
---|---|
| |
Vəzifədədir | |
3 dekabr 2013-cü ildən | |
Əvvəlki | Rüstəm İbrahimbəyov |
2000 – 2010 | |
Seçki dairəsi | 2000 — Proporsional siyahı 2005 — 18 saylı Nərimanov-Nizami |
Əvvəlki | Vəzifə təsis edildi. (Proporsional siyahı) Vəzifə təsis edildi. (18 saylı) |
Sonrakı | Vəzifə ləğv edildi. (Proporsional siyahı) Rasim Musabəyov (18 saylı) |
1995 – 2005 | |
Sədr | Əbülfəz Elçibəy (1995-2000) Əli Kərimli (2001-) |
Əvvəlki | Vəzifə təsis edildi. |
1994 – 1995 | |
Sədr | Əbülfəz Elçibəy |
Əvvəlki | Vəzifə təsis edildi. |
aprel 1993 – 28 iyun 1993 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 yanvar 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | tarixçi, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
camilhasanli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur.[2][3][10]
1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.[2][3][10]
1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir[2][3][10].
1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir[2][3].
1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir[3].
1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır.[10] 1993-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsini tutmuşdur[2]. 1994-cü ildən 2011-ci ilə qədər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru olmuşdur.
1998-ci ildə Cənubi İllinoys Universitetində yay məktəbində, 2011-ci ildə Vudro Vilson mərkəzində (Vaşinqton DC.), 2013-cü ildə Humbolt Universitetində tədqiqat proqramlarında iştirak etmişdir[3].
Fəaliyyəti
redaktəElmi-pedaqoji fəaliyyəti
redaktə1975-ci ildə ali məktəbi bitirib, Cəlilabad rayonunun Təzəkənd orta məktəbində tarix müəllimi işləmişdir[2][3].
1976–1977-ci illərdə V. İ. Lenin mərkəzi müzeyinin Bakı filialında mühazirəçi vəzifəsində çalışmışdır[2].
1980-ci ildən başlayaraq ADU-da tarix təlimatçısı (1980–1985), köməkçi professor (1985–1992) və "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrasının müdiri (1992–1994) işləmişdir.[2] 2011-ci ildə könüllü olaraq işdən çıxmışdır.[11][12]
2007-ci ildə AMEA-nın tarix üzrə müxbir üzvülüyünə namizəd olmuş, lakin yetərli səsi yığa bilməyərək bu vəzifəyə seçilə bilməmiş və sonradan AMEA-ya olan seçkilərdən bəhs edərkən "müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun "alimləridir" demişdir.[13]
İctimai-siyasi fəaliyyəti
redaktəCəmil Həsənli 1988–1991-ci illər Azərbaycan Milli Azadlıq Hərakatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin (AXC) də üzvü olmuşdur. AXC-nin BDU təşkilatında təmsil olunmuşdur. 1994–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2005-ci ildə AXCP üzvlüyündən çıxmışdır.
Cəmil Həsənli 1993-cü ilin aprel-iyun ayları arasında Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərmişdir.[2]
2005–2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuşdur.[14]
2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri olmuşdur.[3] 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində yaradılan Milli Şuranın qurucu üzvü olmuşdur. Bu dövrdə Milli Şuraya daxil olan partiya və təşkilatlarla yanaşı MŞ-dan ayrı fəaliyyət göstərən Nida Vətəndaş Hərəkatı da Cəmil Həsənlini dəstəkləmişdir.[4] Seçkilərdən sonra isə Milli Şuranın liderinə çevrilmişdir.[9] 3 dekabr 2013-cü ildə isə sözügedən qurumun sədri seçilib[8].
Parlamentdə
redaktə5 noyabr 2000-ci ildə[6] proporsional seçki sistemi və 6 noyabr 2005-ci ildə majoritar seçki sistemi əsasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən[7] Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir.[15]
II çağırış
redaktəCəmil Həsənli Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmiş və bu seçkidə Həsənov soyadı ilə iştirak etmişdir. 5 noyabr 2000-ci ildə keçirilmiş seçkidə proporsional seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.[6]
II çağırış dövründə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının[16], İntizam komissiyasının[17], Azərbaycan—İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun[18], Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının[19] üzvü olmuşdur.
III çağırış
redaktəAzərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə Həsənli soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir.[7]
III çağırış dövründə Elm və təhsil məsələləri daimi komissiyasının[20][21], Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının[22], MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
IV çağırış
redaktə2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müstəqil namizəd kimi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin seçkilərin rəsmi nəticələrinə əsasən 2927 səs toplayaraq 17,5 %-lə II yeri tutaraq deputat seçilə bilməmişdir.[23]
Cəmil Həsənli 8 noyabr 2010-cu ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, səsvermə günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, habelə müvafiq dairə seçki komissiyasının sədri tərəfindən həmin dairənin hüdudlarında yerləşən qapalı müəssisələrdə onların seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.[24] Cəmil Həsənli 13 noyabrda Mərkəzi Seçki Komissiyasına yeni eyniməzmunlu müraciət etmiş, lakin müraciət təmin edilməmişdir.[25]
VII Prezident seçkiləri
redaktəCəmil Həsənli 23 avqust 2013-cü ildə Demokratik Qüvvələrin Milli Şurasının zərbaycan Respublikası prezidentliyinə ehtiyat vahid namizədi kimi göstərilmişdir.[26] Namizədliyi 29 avqust 2013-cü ildə MSK tərəfindən təsdiqlənmişdir.[27][28][29]
9 oktyabr 2013-cü ildə baş tutmuş seçkilərin rəsmi nəticələrinə görə 204635 səs toplayaraq, 5,53 %-lə II yeri tutmuşdur.[30]
Cəmil Həsənli seçkilərin kütləvi saxtalaşdırıldığını söyləmiş və nəticələri tanımadığını açıqlamışdır.[31]
Əsərləri
redaktəTədqiqat sahəsi
redaktəCəmil Həsənlinin "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918–1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 1920–1930-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də Azərbaycan Respublikasının 1918–1920-ci illərdəki xarici siyasətinin araşdırılması ilə bağlı monoqrafiya bütövlüklə yeni açılmış arxiv sənədləri əsasında yazılmışdı. 1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq professor C. Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci dünya müharibəsi və müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan "Soyuq müharibə"nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C. Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə "21 Azər" hərəkatını "Soyuq müharibə" fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C. Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-nin Harvard Universitetində ingiliscə və Moskvada rusca nəşr olundu. C. Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. Professor Həsənlinin dərc olunan "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954–1959)" adlı kitabı daha bir həqiqəti ortaya qoydu ki, Sovet cəmiyyətinin bir görünən, bir də görünməyən tarixi var idi.[2][3]
Məqalələri
redaktəBu iri həcmli monoqrafiyalardan əlavə C. Həsənli 100-dən artıq emi əqalənin müəllifidir. Bu məqalələr Azərbaycan, rus, ingilis, türk, alman, italyan, polyak, fars, yapon, koreya dillərində nəşr olunub. Onun 2009-cu ildə Berlində nəşr olunmuş "Qara dəniz boğazları üzərində Stalinin nəzarət cəhdləri", həmin il Romada italyan dilində nəçr olunmuş "Soyuq müharibənin Türkiyə böhranı", 2011-ci ildə Vyanada alman dilində nəşr olunmuş "Sovet İttifaqının Yaxın Şərqdə neft uğrunda mübarizəsi" kimi məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. C. Həsənlinin araşdırmalarının əsas hədəflərindən biri XIX –XX əsrlərdə Qarabağda cərəyan edən hadisələrdir. Bu mövzuda professor Həsənlinin yazdığı məqalələr Azərbaycan, rus və ingilis dillərində dərc edilmişdir. Bu araşdırmalarda XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı fəth etməsindən 1923-cü ildə Dağlıq Qarabağda muxtar vilayətin yaradılmasına qədər hadisələrin maraqlı mənzərəsi yaradılmışdı.[2][3]
Kitabları
redaktəC. Həsənli Azərbaycan, Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Türkiyə və İranda nəşr olunmuş 27 monoqrafiyanın müəllifidir. Onun hələ 1991-ci ildə nəşr olunmuş "Ağ ləkələrin qara kölgəsi" adlı kitabı istər 1918–1920-ci illərin, istərsə də Azərbaycan tarixinin 20–30-cu illərinin bir sıra problemlərinin öyrənilməsi baxımından yeni söz idi. İstər bu əsər, istərsə də 1993-cü ildə nəşr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920" əsəri bu gün tarixşünaslığımız üçün öz elmi əhəmiyyətini saxlamışdır. Ötən əsrin axırlarından başlayaraq prof. C. Həsənli elmi və siyasi baxımdan müstəsna əhəmiyyətə malik olan Güney Azərbaycan problemləri üzərində işləməkdədir. İkinci Dünya müharibəsi və Müharibədən sonrakı illərdə böyük güclərin Güney Azərbaycanda qarşı-qarşıya gəlməsi 50 il dünyanı səksəkədə saxlayan "Soyuq müharibə"nin məhz Güney Azərbaycandan başlanması barədə müəllifin konsepsiyası təkcə Azərbaycan elmində deyil, dünya tarixşünaslığında yeni hadisə sayıla bilər. Bu mövzu ilə bağlı C. Həsənlinin son illərdə nəşr olunmuş monoqrafiyaları tarix elminin inkişafında böyük hadisə oldu. Müəllifin Güney Azərbaycandakı hadisələri, xüsusilə "21 Azər" hərəkatını "Soyuq müharibə" fonunda təqdim etməsi ona olan beynəlxalq marağı müstəsna dərəcədə artırdı. Bu marağın nəticəsi olaraq prof. C. Həsənlinin Güney Azərbaycanla bağlı elmi monoqrafiyası 2005-ci ildə İstanbulda türkcə, 2006-cı ildə ABŞ-nin Harvard universitetinin soyuq müharibə seriyasında ingiliscə (At the Dawn of the Cold War: The Soviet-American Crisis overIranian Azerbaijan, 1941–1946. Rowmanand Littlefield Publishers, INC. Lanham -Boulder- New York-Toronto-Oxford, 2006) və Moskvada rus dilində, Tehranda fars dilində nəşr olundu. C. Həsənlinin elmimiz üçün xüsusi əhəmiyyət daşıyan üçüncü araşdırması müharibə və müharibədən sonrakı illərdə Sovet-Türkiyə münasibətləri haqqındadır. Müəllif Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və ABŞ arxivlərindən topladığı yeni açıqlanan sənədlər əsasında maraqlı, iri həcmli monoqrafiya hazırlamışdır. SSRİ-nin Türkiyəyə ərazi və boğazlara nəzarət etmək tələbləri ilə Krım və Ahiska türklərinin sürgün edilməsi, 1948–1953-cü illərdə Azərbaycanlıların Ermənistandan departasiya edilməsini eyni müstəvidə təqdim etməsi, fikirlərini nadir sənədlərlə əsaslandırılması tarixşünaslığımızda yeni istiqamət sayıla bilər. Bu əsər 2005-ci ildə Bakıda çapdan çıxdıqdan sonra 2008-ci ildə Moskvada, 2011-ci ildə Ankarada, 2011-ci ildə isə "Stalin və soyuq müharibənin Türkiyə böhranı, 1945–1953" (Stalin and Turkish Crisis of the Cold War, 1945–1953. Lexington Books, Lanham, Boulder, New York, Toronto, Plymouth, UK, 2011–2013) adı ilə Harvard soyuq müharibə seriyasından ABŞ, Kanada və Böyük Britaniyada nəşr edilmişdir. Mövzuya olan böyük marağı nəzərə alaraq 2013-cü ildə "Lexington Book" nəşriyyatı bu kitabı yenidən nəşr etmişdir. Qərb ölkələrinin çox nüfuzlu jurnallarında bu kitablar haqqında rəylər dərc olunmuşdur. Professor Həsənlinin 2008-ci ildə böyük marağa səbəb olmuş "Azərbaycanda milli məsələ: siyasi hakimiyyət və ziyalılar, 1954–1959" adlı monoqrafiyası nəşr edildi. Bir il sonra bu əsər rus dilində Moskvada, 2012-ci ildə isə Təbrizdə fars dilində nəşr edildi. 2009-cu ildən başlayaraq professor Həsənli üç cildlik "Azərbaycan Respublikasının diplomatiya tarixi" kitabı üzərində işə başlamışdır. Bu kitabın 1918–1920-ci illəri əhatə edən birinci cildi, 1920–1939-cu illəri əhatə edən ikinci cildi həm Azərbaycan, həm də rus dillərində Bakıda və Moskvada artıq nəşr edilmişdir. Onun Azərbaycan tarixi ilə bağlı araşdırmaları xarici nəşriyyatların diqqətini cəlb etmiş, ABŞ-nin Nyu Yorkda yerləşən böyük "Şarp" nəşriyyatı professor Həsənlinin "Foreign Policy of the Republic of Azerbaijan, 1918–1920. The Difficult Road to Western Integration. M. E. Sharpe, Armonk, New York, 2013" kitabını oxuculara təqdim etdi. Bu il professor Həsənlinin "Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov" kitabı çapdan çıxıb və bu kitab oxucuların böyük marağına səbəb olub. Dünya tarix elminin nailiyyəti kimi qiymətləndirilən bu əsərlər artıq ABŞ, Rusiya və Türkiyənin bir sıra nüfuzlu universitetlərində tədris proqramlarına daxil edilmişdir.[2][3]
Siyahı
redaktə- Ağ ləkələrin qara kölgəsi: 1920–1930-cu illərdə Azərbaycanda Sovet totalitarizmi. Bakı, 1991.
- Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920. Bakı, 1993
- Azərbaycan tarixi (həmmüəllif). Bakı, 1995
- Azərbaycan Respublikası: Türkiyə yardımından Rusiya işğalına qədər: 1918–1920. Ankara, 1998. (türk.)
- Güney Azərbaycan: Tehran, Bakı, Moskva arasında (1939–1945). Mətn. Bakı, 1998.
- Tarix: Keçmişdən gələcəyə. Bakı, 1998.
- Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan 1945–1946. Bakı, 1999.
- Güney Azərbaycan: Sovet, Amerikan və İngiltərə qarşıdurması. 1941–1946. Bakı, 2001.
- Cənubi Azərbaycan: Soyuq müharibənin başlanması. Bakı, 2003. (rus.)
- SSRİ-Turkiyə: Soyuq müharibənin sınaq meydanı. Mətn. Bakı: "Adiloğlu", 2005.
- Soyuq müharibənin ilk konfrontasiyası: İran Azərbaycanı. İstanbul, 2005. (türk.)
- At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946. Rowman and Littlefield Publishers, INC. Lanham-Boulder-New York-Toronto-Oxford, 2006. (ing.)
- SSRİ-İran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması. Moskva, 2006. (rus.)
- SSRİ-Turkiyə: Neytrallıqdan Soyuq müharibəyə qədər Moskva, 2008. (rus.)
- İran Azərbaycanını: Soyuq müharibənin başlanğıcında. Tehran, 2008. (fars.)
- Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954–1959. Bakı, 2008.
- Хрущевская "оттепель" и национальный вопрос в Азербайджане (1954–1959). Москва, 2009. (rus.)
- Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918–1920). Bakı, 2009.
- Внешняя политика Азербайджанской Демократической Республики (1918–1920). Москва, 2010. (rus.)
- Stalin and the Turkish Crisis of the Cold War, 1945–1953. Lexington Books, Lanham * Boulder * New York * Toronto * Plymouth, UK, 2011. (First paperback edition 2013) (ing.)
- Русская революция и Азербайджан. Трудный путь к независимости, 1917–1920. Москва, 2011. (rus.)
- Azərbaycan Xalq Cümhuriyyətnin Xarici Siyasəti (1918–1920). Tehran, 2011. (fars.)
- Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. 1954–1959. Təbriz, 2011. (fars.)
- Tarafsızlıktan soğuk savaşa: Türk-Sovet ilişkileri (1939–1953). Ankara, 2011. (türk.)
- Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920–1939). Bakı, 2012.
- Внешняя политика Азербайджана в годы Советской власти. 1920–1939. Москва, 2013. (rus.)
- Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı, "ADA", 2013. ISBN 2000335297968[32][33]
- Али Мардан-бек Топчибашев: жизнь за идею. Москва, 2014. (rus.)
- Foreign policy of the Republic of Azerbaijan: the difficult road to western integration, 1918–1920. M. E. Sharpe, Armonk, New York, 2014. (ing.)
- Khrushchev's Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959, The Harvard Cold War Studies Book Series, 2014 (ing.)[34]
- İkinci Dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939–1945), "Yazıçı", 2015, 540 səh. ISBN 978-9952-8274-8-4
- Синьцзян в орбите советской политики: Сталин и мусульманское движение в Восточном Туркестане, 1931–1949, "NAUKA" və "FLİNTA", 2015[35][36]
- Советская политика по расширению южных границ: Сталин и азерб. карта в борьбе за нефть (1939-1945). Москва, Политическая энциклопедия, 2016.
- The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey, and Iran, 1920-1922. The University of Utah Press, Salt Lake City, 2018.
- Azərbaycanda Sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq (1959-1969). Bakı, Qanun, 2018.
- Leadership and Nationalism in Azerbaijan: Ali Mardan bey Topchibashov, Founder and Creator. Routledge Studies in the History of Russia and Eastern Europe. Taylor & Francis Group, London & New York, 2019.
- Советский Азербайджан: От оттепели к заморозкам (1959-1969). Москва, Политическая энциклопедия, 2020.
- Soviet Policy in Xinjiang: Stalin and the National Movement in Eastern Turkistan. The Harvard Cold War Studies Book Series. Lexington Books: Lanham, Boulder, New York, London, 2021.
- 蘇聯政策中的新疆 : 斯大林與東突厥斯坦的穆斯林運動,1931–1949. 香港中文大学出版社 (The Chinese University of Hong Kong Press), 2021.
- Stalin's Early Cold War Foreign Policy: Southern Neighbours in the Shadow of Moscow, 1945-1947. Routledge: Taylor & Francis Group, London & New York, 2022.
- Alimerdan Bey Topçubaşı Dönemi ve Mücadelesi. Ankara: Türk Tarih Kurumu, 2022.
- Zamanın sınağında. Bakı, OL MMC, 2023.
- Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939-1945). Bakı, Qanun, 2023.
- Əlimərdan Topçibaşi. Bakı, Altun Kitab, 2024.
- Zaman bizi də sınadı. Bakı, OL MMC, 2024.
- Qızıl Alma Uğrunda Çin-Sovet Savaşı: Şərqi Türkistan, 1930-1950. Bakı, Altun Kitab, 2024.
- Dərs dediyi bölmələr
Mənbə[2]
- Avropa və Amerika ölkələrinin müasir tarixi
- Beynəlxalq Münasibətlər tarixi
- Soyuq Müharibə və İran Azərbaycanı tarixi
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
redaktəMənbə[2]
- 2013: 90 ilində Lozanna və Türkiyə Respublikası. Beynəlxalq konfrans (Ankara, Türkiyə).
- 2013: Humbolt Universitetində elmi seminar (Berlin, Almaniya).
- 2011: Sapienza Universitetində beynəlxalq konfrans (Roma, İtaliya).
- 2011: Vyana Diplomatik Akademiyasında beynəlxalq konfrans (Vyana, Avstriya).
- 2010: Humbolt Universitetində beynəlxalq konfrans (Berlin, Almaniya).
- 2010: Tehran Universitetində beynəlxalq konfrans (Tehran, İran İslam Respublikası).
- 2010: Sendayi Universitetində beynəlxalq konfrans (Sendayi, Yaponiya).
- 2010: Tohoko Universitetində beynəlxalq simpozium (Seul, Cənubi Koreya).
- 2010: Beynəlxalq konfrans (Moskva, Rusiya).
- 2009: Soyuq müharibənin iqtisadi aspektləri (Qraz, Avstriya).
- 2008: Praqa baharı: 1968. Beynəlxalq konfrans (Vyana-Qraz, Avstriya)
- 2007: Atatürk Araşdırma Mərkəzinin beynəlxalq konfransı;
- 2006: Türk Tarix Qurumunun beynəlxalq konfransı;
- 2005: Atatürk Araşdırma Mərkəzinin beynəlxalq konfransı;
- 2004: Mərkəzi Avrasiya Tədqiqatları Mərkəzinin illik konfransı (İndiana universiteti, Bluminqton, İndiana, ABŞ);
- 2004: Beynəlxalq Atatürk Simpoziumu (Ankara, Türkiyə);
- 2003: Beynəlxalq Simpozium (Sivas, Türkiyə);
- 2002: Beynəlxalq Simpozium (Ərzurum, Türkiyə);
- 2002: Beynəlxalq Simpozium (Sivas, Türkiyə);
- 2002: "Cənubi Qafqaz və Soyuq Müharibə" üzrə beynəlxalq seminar;
- 2001: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (San Fransisko, ABŞ);
- 2000: Soyuq Müharibə və Cənubi Qafqaz Respublikaları haqqında beynəlxalq seminar (Tbilisi, Gürcüstan);
- 2000: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (Orlando, ABŞ);
- 1999: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (Vaşinqton, Kolumbiya dairəsi, ABŞ);
- 1999: İran və Böyük Dövlətlər (Tehran, İran);
- 1998: Şimali Amerikanın Yaxın Şərq Tədqiqatları Assosiasiyası (Çikaqo, ABŞ);
- 1997: Beynəlxalq Simpozium (Kayseri, Türkiyə).
Üzvü olduğu cəmiyyət və təşkilatlar
redaktə- 1998 — Yaxın Şərq Tədqiqatları Assosiasiyası
- 1999 — Azərbaycan Araşdırmaları jurnalının (indiki Xəzər Humanitar və Sosial Elmlər Jurnalı) Redaksiya İdarə Heyətinin üzvü[37]
- 2002 — Mərkəzi Avrasiya Tədqiqat Cəmiyyəti
- 2009 — Azərbaycan Ziyalılar Forumu[3]
- 2013 — Türk Tarix Qurumunun fəxri üzvü[38]
- 2013 — Demokratik Qüvvələrin Milli Şurası
Şəxsi həyatı
redaktəAiləlidir. 2-si qız 1-i oğlan olmaqla 3 övladı, 7 nəvəsi var:
1977-ci ildə Fatma Həsənli ilə ailə həyatı qurub. İki oğlu, iki qızı dünyaya gəlib. İlk oğlu Vüqar Həsənli 2007-ci ildə dünyasını dəyişib. 1 qızının adı Günel Həsənlidir.[10]
Təltif və mükafatları
redaktə- 2009 — "Əməkdar müəllim" fəxri adı[5]
İstinadlar
redaktə- ↑ Əsgər Əliyev. "Azərbaycanlı alim Fransadakı erməni lobbisinin tanınmış nümayəndəsinə layiqli cavab vermişdir" (az.). xalqqazeti.com. 2010-04-25. 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-06.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Həsənli Cəmil Poladxan oğlu" (az.). history.bsu.az. 2009-11-26. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Bioqrafik məlumat" (az.). camilhasanli.com. 2013-09-00. 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- ↑ 1 2 "Milli Şura üzvlərinin siyahısı" (az.). azadliq.info. 2013-06-07. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ 1 2 İlham Əliyev. ""Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli, 538 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2009-10-30. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ 1 2 3 "İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR" (az.). meclis.gov.az. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ 1 2 3 "Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR" (az.). meclis.gov.az. 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ 1 2 Aytən Məmmədova. "Cəmil Həsənli Milli Şuranın sədri oldu FOTO/VİDEO" (az.). azadliq.info. 2013-12-03. 2017-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ 1 2 Xədicə İsmayılova. "İşdən sonra-Milli Şuranın lideri Cəmil Həsənli ilə söhbət" (az.). azadliq.org. 2013-10-28. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ 1 2 3 4 5 Aytən Əliyeva. "Prezidentliyə namizədlərin AİLƏLƏRİ - Cəmil Həsənli: dörd övlad və beş nəvə - FOTOLAR" (az.). modern.az. 2013-09-21. 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- ↑ "Universitetdən Cəmil Həsənli açıqlaması" (az.). mediaforum.az. 2013-12-02. 2013-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ "Cəmil Həsənli Bakı Dövlət Universitetindən çıxarılıb" (az.). mediaforum.az. 2013-12-02. 2013-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ İsa Həbibbəyli. "Elmi mühitə obyektiv baxış olmalıdır" (az.). azerbaijan-news.az. 2012-04-06. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- ↑ Aytən Məmmədova. "Fərhad Əliyevin işi dolaşığa düşüb" (az.). azadliq.info. 2012-04-01. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
- ↑ "State budget has to be revised- Jamil Hasanli" ( (ing.)). trend.az. 2006-04-06. 2015-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2000-12-05. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2005-03-01. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2000-12-05. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında. e-qanun.az [ölü keçid] (az.) [ölü keçid]
- ↑ Oqtay Əsədov. "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2006-03-01. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Oqtay Əsədov. "Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2009-04-14. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Oqtay Əsədov. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı" (az.). e-qanun.az. 2006-03-01. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ Azerbaijan Election Commission. "REPUBLIC OF AZERBAIJAN LEGISLATIVE ELECTION OF 7 NOVEMBER 2010" ( (ing.)). psephos.adam-carr.net. 2017-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ ARMSK. "2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 noyabr 2010-cu il tarixli 416 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı" (az.). e-qanun.az. 2010-11-08. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ ARMSK. "2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2010-cu il tarixli 518 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı" (az.). e-qanun.az. 2010-11-21. 2017-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ "Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir" (az.). azadliq.org. 2013-08-23. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- ↑ "Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir" (az.). msk.gov.az. 2013-08-29. 2017-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ Ramin Deko. "Cəmil Həsənlinin namizədliyi təsdiqləndi" (az.). azadliq.info. 2013-08-30. 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ Etibar Seyidağa. "Cəmil Həsənlinin namizədliyi təsdiqləndi" (az.). musavat.com. 2013-08-30. 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ "Mərkəsi Seçki Komissiyası İnformasiya Mərkəzi" (az.). infocenter.gov.az. 2016-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-24.
- ↑ "Cəmil Həsənlinin Seçki Qərargahı bəyanat yaydı" (az.). azadliq.info. 2013-10-09. 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
- ↑ ""Tarixi Şəxsiyyətin Tarixi - Əlimərdan bəy Topçubaşov" (Skype-Müsahibə)" (az.). amerikaninsesi.org. 2013-07-23. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.; YouTube-da izlə Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine
- ↑ Aqil Lətifov. ""Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov"" (az.). anl.az. 2013-05-15. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.
- ↑ "ABŞ-də Cəmil Həsənlinin kitabı nəşr olundu" (az.). azadliq.info. 2014-11-14. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-08.
- ↑ "Cəmil Həsənlinin Şərqi Türkistanla bağlı kitabı Moskvada nəşr olundu" (az.). azadliq.info. 2015-11-25. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
- ↑ "Professor Cəmil Həsənlinin Şərqi Türkistanla bağlı kitabı Moskvada nəşr olundu" (az.). contact.az. 2015-11-25. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-14.
- ↑ Khazar Journal of Humanities and Social Sciences: Editorial Info
- ↑ "Cəmil Həsənli Türkiyədə fəxri ada layiq görülüb" (az.). amerikaninsesi.org. 2013-11-01. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.
Mənbə
redaktə- "Həsənli Cəmil Poladxan oğlu" (az.). history.bsu.edu.az. 2009-11-26. Archived from the original on 2012-08-31. İstifadə tarixi: 2014-01-28.
- "Bioqrafik məlumat" (az.). camilhasanli.com. 2013-10-24. 2016-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Açıq söhbət - Cəmil Həsənli və Fazil Mustafa debatı" (az.). İstifadə tarixi: 2014-06-20.
- A.Qorxmaz. "Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR" (az.). modern.az. 2013-02-02. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.