Rustem Ibrahimbeyov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı[3] – 10 mart 2022[2], Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi.
Rüstəm İbrahimbəyov | |
---|---|
1981 – 10 mart 2022 | |
Əvvəlki | Həsən Seyidbəyli |
Sonrakı | Rasim Balayev |
7 iyun 2013 – 3 dekabr 2013 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Cəmil Həsənli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 fevral 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 10 mart 2022[2] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, ssenarist, kinorejissor, film prodüseri, dramaturq, kinematoqraf, nasir, siyasətçi, hekayə yazıçısı[d] |
Atası | Məmməd İbrahim İbrahimbəyov |
Anası | Fatimə Məşədibəyova |
Həyat yoldaşı | Şöhrət Salman qızı İbrahimbəyova[1] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir.[4] Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir.
1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdir. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilmişdir[5], lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.[6] 3 dekabr 2013-cü ildə Cəmil Həsənli MŞ-nin sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilib.[7]
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir.[8] 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir.[9] Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[10][11]
Şəxsi həyatı
redaktəİlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlmişdir.
İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova dünyaya gəlmişdir.[12]
Nailiyyətləri
redaktə- "Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.[13]
- Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.[14]
- Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
- 1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
- Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976[15]
- Lenin komsomolu mükafatı — 1979
- Azərbaycan SSR dövlət mükafatı — 1980
- SSRİ dövlət mükafatı — 1981
- Rusiya Federasiyasının dövlət mükafatı — 1993, 1995, 1997, 1999
- "Rusiya Federasiyasının əməkdar incəsənət xadimi" fəxri adı — 28 dekabr 1995
- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998[16]
- "Şöhrət" ordeni — 4 fevral 1999 —[17].
- III dərəcəli "Vətənə xidmətə görə" ordeni (Rusiya Federasiyası) — 9 fevral 1999
- Ədəbiyyat və İncəsənət ordeni komandoru (Fransa) — 2000
- Müstəqil Dövlətlər Birliyinin fəxri fərmanı — 1 iyun 2001
- "Teatr Xadimi" qızıl medalı — 2006[18]
- Moskva Dövlət Dumasının fəxri fərmanı — 2009
- "Qızıl Portağal" mükafatı (Türkiyə) — 2011
Qeydlər
redaktə- Rüstəm İbrahimbəyov həm də 10-dan artıq teatr tamaşasının müəllifidir.
Filmoqrafiya
redaktə- Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (ssenari müəllifi)
- Bir cənub şəhərində (film, 1969) (ssenari müəllifi)
- Səhranın ağ günəşi (ssenari müəllifi)
- Çekist haqqında povest (film, 1969) (ssenari müəllifi)
- Müharibənin sonunda sakit gün (film, 1970) (ssenari müəllifi)
- Arzu (film, 1972) (ssenari müəllifi)
- Təki dam olsun... (film, 1972) (rejissor, ssenari müəllifi)
- O vaxt mən yox dedim (film, 1973) (ssenari müəllifi)
- Nəğmə dərsi (film, 1974) (ssenari müəllifi)
- Ürək... Ürək... (film, 1976) (ssenari müəllifi)
- Süita (film, 1976) (rejissor, ssenari müəllifi)
- Ad günü (film, 1977) (ssenari müəllifi)
- Risqin strategiyası (film, 1978) (ssenari müəllifi)
- Bir ailəlik bağ evi (film, 1978) (ssenari müəllifi)
- Kontor (film, 1978) (ssenari müəllifi)
- Qara Qarayev-60 (film, 1978) (ssenari müəllifi)
- Məhəbbətlə yarıbayarı (film, 1979) (ssenari müəllifi)
- İstintaq (film, 1979) (ssenari müəllifi)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-ssenari müəllifi
- Neft çağırır (film, 1980) (ssenari müəllifi)
- Bağlı qapı (film, 1981) (ssenari müəllifi)
- Son söz (film, 1981) (ssenari müəllifi)
- Başlanğıc (film, 1982) (ssenari müəllifi)
- İstirahət gecəsi (film, 1982) (ssenari müəllifi)
- İşgüzar səfər (film, 1982) (ssenari müəllifi)
- Yeddi gözəl (film, 1982) (ssenari müəllifi)
- Gəmi saatının sirri (film, 1983) (ssenari müəllifi)
- İlişdim (film, 1983) (ssenari müəllifi)
- Nə haqla? (film, 1983) (ssenari müəllifi)
- Park (film, 1983) (ssenari müəllifi)
- Bir axşam... (film, 1985) (ssenari müəllifi)
- Səfillər (film, 1985) (ssenari müəllifi)
- Talismanım, qoru məni (film, 1986) (ssenari müəllifi)
- Vurulmayan şillə (film, 1987) (ssenari müəllifi)
- Sərbəst enmə (film, 1987) (ssenari müəllifi)
- Özgə ömür (film, 1987) (ssenari müəllifi)
- Filyör (film, 1987) (ssenari müəllifi)
- Rüstəm İbrahimbəyov (film, 1988) (filmdə iştirak edən)
- Ölsəm... bağışla (film, 1989) (ssenari müəllifi)
- Yanar qəlbin ritmləri (film, 1989) (ssenari müəllifi)
- Qətldən yeddi gün sonra (film, 1991) (ssenari müəllifi)
- Urqa – məhəbbət dairəsi (film, 1991) (ssenari müəllifi)
- Həm ziyarət, həm ticarət... (film, 1995) (ssenari müəllifi)
- Günəşdən usanmışlar (film, 1994) (ssenari müəllifi)
- Azərbaycan kinosu-80 (film, 1996) (filmdə iştirak edən)
- Dağıdılmış körpülər (film, 1996) (ssenari müəllifi, rejissor)
- Çalışan adam (film, 1996) (rejissor, ssenari müəllifi, prodüser)
- Xalqlar Dostluğu muzeyi (film, 1997) (rejissor, ssenari müəllifi)
- Ailə (film) (rejissor, ssenari müəllifi, prodüser)
- Sibir bərbəri (film, 1998) (ssenari müəllifi)
- Şərq-Qərb (film, 1999) (ssenari müəllifi)
- Balalayka (film,2000) (Işıl Özgəntürklə birgə ssenari müəllifi)
- Etimad telefonu (film, 2001) (rejissor, ssenari müəllifi)
- Kinorejissor Həsən Seyidbəyli (film, 2002) (filmdə iştirak edən)
- Ovsunçu (film, 2002) (ssenari müəllifi)
- Köçərilər (film, 2004) (prodüser)
- Əbədiyyət elçisi (film, 2005) (arxiv kadrlar)
- Əli və Nino (film, 2005) (ssenari müəllifi)
- Əlvida, cənub şəhəri (film, 2006) (ssenari müəllifi, prodüser)
- Üç qız (film, 2005) (prodüser)
- Cənnət quşları (film, 2008) (ssenari müəllifi)
- Kabusun gözüylə (film, 2010) (ssenari müəllifi, rejissor, prodüser)[19]
- Çılğın, qəzəbli, çox qəzəbli (film, 2011) (ssenari müəllifi)
- Qafqaz üçlüyü (film, 2015) (prodüser, ssenari müəllifi)[20]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ ARDNŞ Rüstəm İbrahimbəyovla bağlı siyahı açıqladı Arxivləşdirilib 2013-06-21 at the Wayback Machine (az.)
- ↑ 1 2 https://azertag.az/xeber/Rustem_Memmedibrahim_oglu_Ibrahimbeyov-2049248.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #108740072 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçildi (FOTOLAR)". 2013-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-07.
- ↑ Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir (27.08.2013). cec.gov.az Arxivləşdirilib 2013-08-20 at the Wayback Machine (az.)
- ↑ Cəmil Həsənli Milli Şuranın sədri oldu FOTO/VİDEO. azadliq.info Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine (az.)
- ↑ "Rüstəm İbrahimbəyov vəfat etdi". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-11.
- ↑ "Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
- ↑ Rüstəm İbrahimbəyov dəfn olunur
- ↑ "Rüstəm İbrahimbəyov dəfn olundu". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
- ↑ "Rüstəm İbrahimbəyovun "İkinci bahar"ı". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
- ↑ "Close to Eden" filminin uğurları. Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine — Mənbə: IMDb
- ↑ Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- ↑ Respublika kino sənəti işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1976-cı il tarixli Fərmanı Arxivləşdirilib 2016-04-07 at Archive.today — anl.az saytı
- ↑ ""Xalq yazıçısı" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli 708 nömrəli Fərmanı. Arxivləşdirilib 27 iyun 2013 at Archive.today (az.)
- ↑ "R. M. İbrahimovbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 fevral 1999-cu il tarixli 88 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2019-06-04 at the Wayback Machine (az.)
- ↑ "TEATR XADİMİ" qızıl medalı Arxivləşdirilib 2020-03-06 at the Wayback Machine (az.)
- ↑ Sara. "Kabusun gözüylə" Parisdə təqdim olunub: [Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur] //525-ci qəzet.- 2010.- 19 iyun.- S. 16.
- ↑ Rüstəm İbrahimbəyov filminə görə tənqid olundu [ölü keçid]
Mənbə
redaktə- Kapralov, Q. "Ömrə bərabər vuruş" //Ədəbiyyat və incəsənət.- 1988.- 14 oktyabr.- səh. 4.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.