Isa Hebibbeyli - Wikipedia
İsa Həbibbəyli (16 oktyabr 1949, Danzik, Noraşen rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003).
İsa Həbibbəyli | |
---|---|
Vəzifədədir | |
25 oktyabr 2022-ci ildən | |
Əvvəlki | Ramiz Mehdiyev |
Vəzifədədir | |
2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | akademik[d], siyasətçi |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir (1971).
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor (1991–1996), Tələbə Elmi Cəmiyyətinin sədri (1968–1971, 1975–1990), 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.
2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019–2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020–2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir. 2022-ci ilin oktyabr ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir.[1]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Beynəlxalq münasibətlər və insan hüquqları komissiyasına rəhbərlik etmişdir (1998–2005).
III, IV və V çağırış Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri (2015–2020) kimi "Elm haqqında" (2016), "Məktəbəqədər təhsil haqqında" (2017), "Peşə təhsili haqqında" (2018), "Ümumi təhsil haqqında" (2019) qanunlarınınlayihələrini hazırlamışdır. Milli Məclisin Toponimiya Komissiyasının sədridir (2015). Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsinin layihələrinin (2014, 2023), "Elm məbədi" filminin, "Akademiya marşı"nın müəllifi, "Fizika və lirika" layihəsinin, AMEA-da Təsviri və tətbiqi sənət sərgilərinin təşkilatçısıdır. YAP Siyasi Şurasının üzvü olmuşdur (2013–2021). Azərbaycan Milli Elmlər Akademiyasının "Məruzələr", "Elm və həyat", AMEA Humanitar Elmlər Bölməsinin "Filologiya və sənətşünaslıq", Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Poeetika.izm", "Müqayisəli ədəbiyyatşünaslıq" jurnallarının baş redaktorudur.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.[2] Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvüdür.
Ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə tədqiqatlar aparmış, ilk dəfə satiranın ədəbi növ, erkən realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan olduğunu müəyyən etmişdir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini irəli sürmüşdür. Azərbaycançılıq, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX–XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları vardır. Cəlil Məmmədquluzadənin irsini tədqiq etmiş, ilk dəfə olaraq nəsil səcərəsini tərtib etmişdir. Ədibin 4 cildlik "Əsərləri"ni Bakıda (2004), 2 cildlik "Seçilmiş əsərləri"ni Naxçıvanda (2009), əsərlərindən seçmələri Rusiya (1999), Pakistan (2004), Misir Ərəb Respublikası (2008), Macarıstan (2011), Litva (2017), Bolqarıstan, Özbəkistan və Tacikistanda (2019) nəşr etdirmişdir. Mirzə Cəlilin nəslinin Fransa və İrandakı davamçılarını tapmış (1992–1998), Polşadakı varislərinin Bakıya səfərini təşkil etmişdir (16–21 noyabr 2019). Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtlı, Məmməd Səid Ordubadi, Eynulla Sultanov, Məmməd Cəfər Cəfərov və Ələkbər Qəribin naməlum əsərlərini nəşr etdirmişdir.
Ailəsi
redaktəAiləlidir, 3 övladı var.
Elmi fəaliyyətinin əsas göstəriciləri
redaktə- AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almışdır (1973–1977). "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik (57.15.01 — Ədəbiyyat nəzəriyyəsi) (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (5716.01 — Azərbaycan ədəbiyyatı tarixi;) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997).
- 2001-ci ildə AMEA-nın müxbir üzvü (ixtisasın adı: Azərbaycan ədəbiyyatı), 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü (ixtisasın adı: Ədəbiyyatşünaslıq) seçilmişdir.
- 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir.
- 39 fəlsəfə doktoru, 7 elmlər doktorunun elmi rəhbəri olmuşdur.
- Kitablarıː 14 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşürnın, 21 tərtib kitabının müəllifidir.
- Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur.
- Tədqiqat sahəsi Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Rusiya, Fransa, Türkiyə, Almaniya, Polşa, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Litva, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Monqolustan, Qırğızıstan, Misir və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Üzvü olduğu xarici ölkə Akademiyaları
redaktə- Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun üzvüdür (1999).
- Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının üzvüdür (2001).
- BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür (2006).
- Sankt-Peterburq Universitetinin fəxri doktorudur (2015).
- Cənubi Rusiya Universitetinin fəxri doktorudur (2017).
- Beynəlxalq Çingiz Aytmatov Akademiyasının həqiqi üzvüdür (2018).
- Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri doktorudur (2021).
- Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü (2023).
- Çin Xalq Respublikasının Honq-Konq Akademiyasının həqiqi üzvüdür (2023).
- Gürcüstan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 10 iyul 2024-cü il tarixli qərarı ilə bu qurumun xarici üzvü seçilib.[3]
Fəxri professor olduğu universitetlər
redaktə- 16 iyun 2023-cü ildə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun "Fəxri professoru" seçilib. Diplomu Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Dilnoza Xocayeva təqdim edib.[4]
- Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professorudur.
- Cənubi Rusiya Universitetinin fəxri doktorudur.[5]
Çalışdığı vəzifələr
redaktə- Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru (1991–1996);
- Naxçıvan Dövlət Universitetinin rektoru (1996–2013);
- Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2013-cü ildən-2019-cu ilə qədər);
- Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti (2019–2020-ci illər);
- Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti (2020–2022-ci illər);
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru (2013-cü ildən).
- Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavini (2018-ci ildən)[6]
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022-ci il 25 oktyabrdan);
Təltif və mükafatları
redaktəDövlət təltifləri
redaktə- 1999-cu ildə — Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
- 1999-cu ildə — Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[7]
- 2007-ci ildə — "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[8]
- 2009-cu ildə — "Şərəf" ordeni ilə təltif olunmuşdur.[9]
- 2009-cu ildə — Naxçıvan MR Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
- 2019 — Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[10]
- 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" xatirə medalına layiq görülmüşdür.
- 2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1919–2019)" xatirə medalına layiq görülmüşdür.
- 2019-cu ildə "Azərbaycan ordusunun 100 illiyi (1918–2018)" xatirə medalına layiq görülmüşdür.[11]
- 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Nizami Gəncəvinin 880 illiyi (1141–1209)" xatirə nişanına layiq görülmüşdür.
- 2023-cü ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 30 illiyi (1993–2023)" yubiley medalına layiq görülmüşdür.
- 2023-cü ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
- 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Akademik qurumların təltifləri
redaktə- 2009-cu ildə — Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının "İnformasiya aləminin elitası" diplomuna layiq görülmüşdür.
- 2009-cu ildə — Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif edilib.
- 2009-cu ildə — Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının "XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri" medalı ilə təltif edilib.
- 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1918–2018)" xatirə medalı ilə təltif edilib.
- 2019-cu ildə Beynəlxalq Türk Akademiyasının "Qızıl medalı" ilə təltif edilib.
- 2019-cu ildə AMEA-nın Fəxri fərmanı[12] ilə təltif edilib.
- 2021-ci ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
- 2022-ci ildə Əliövsət Quliyevin anadan olmasının 100 illiyi münasibətilə yubiley medalına layiq görülüb.
Yaradıcılıq təşkilatlarının təltifləri
redaktə- 2019-cu ildə AYB-nin "Beynəlxalq Rəsul Rza" mükafatına[13] layiq görülmüşdür.
- 2021-ci ildə Türk Ədəbiyyat Vəqfinin "Yaşayan Dədə Qorqud" mükafatı ilə təltif olunmuşdur.
- Mahmud Kaşğari Fondunun Mahmud Kaşğari medalına layiq görülmüşdür.
- 2024-cü ildə "Cəfər Cabbarlı" mükafatına layiq görülmüşdür.[14][15]
Xarici ölkələrin təltifləri
redaktə- 1978-ci ildə SSRİ Təhsil Nazirliyinin "Tələbələrin elmi tədqiqat işlərinin ən yaxşı təşkilinə görə" döş nişanına layiq görülmüşdür.
- 1999-cu ildə — Ankara universitetinin fəxri dostu adına layiq görülmüşdür.
- 2001-ci ildə — Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilmişdir.
- 2004-cü ildə — Türkiyə Cümhuriyyəti Dil Qurumunun "Üstün hizmət Baratı" ilə təltif olunmuşdur.
- 2009-cu ildə — Türkiyə Cümhuriyyəti Avrasiya Kültür və Sənət Qurumunun rəmzi mükafatına layiq görülmüşdür.
- 2009-cu ildə — Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatına layiq görülmüşdür.
- 2013-cü ildə — Oksford Universitetinin "The Name in Science Award" ("Elmdə ad") mükafatına layiq görülmüşdür.[16]
- 2015-ci ildə — Təbriz Universitetinin "Ustad Şəhriyar mədəniyyət medalı" ilə təltif edilmişdir.[17]
- 2016-cı ildə Qazaxıstan Respublikasının "Qazaxıstan Respublikasının 25 illiyi" medalına layiq görülmüşdür.
- 2017-ci ildə — Türkiyədə İLESAM-ın "Türk dünyası onur medalı" ilə təltif edilmişdir.
- 2018-ci ildə — Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilmişdir.[18]
- 2019-cu ildə Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin "Şərəf" medalı[19]
- 2019-cu ildə "Türk ədəbiyyatı vəqfi" döş nişanına layiq görülmüşdür.
- 2022-ci ildə Tatarıstanın böyük ziyalısı Qabulla Tukayın anadan olmasının 135 illiyi münasibətilə "Qabulla Tukay-135" yubiley medalı[20] ilə təltif edilmişdir.
- 2023-cü ildə Özbəkistan Elmlər Akademiyasının 80 illik yubiley medalı ilə təltif edilmişdir.
- 2023-cü ildə Rusiya Elmlər Akademiyasının "Akademik Cahangir Kərimov" döş nişanına layiq görülmüşdür.
Beynəlxalq təşkilatların təltifləri
redaktə- 2017-ci ildə TÜRKSOY-un "Molla Pənah Vaqif" medalı ilə təltif edilmişdir.
- 2021-ci ildə TÜRKSOY-un "Nizami Gəncəvi" medalı ilə təltif edilmişdir.
- 2022-ci ildə Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Əlişir Nəvai Qızıl medalı"na[21] layiq görülmüşdür.
- 2023-cü ildə TÜRKSOY-un 30 illik yubiley medalı ilə təltif edilmişdir.
- TÜRKSOY-un Abay medalı ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "İ.Ə.Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ "Həbibbəyli İsa Əkbər oğlu: 2 saylı Şərur seçki dairəsi" (az.). meclis.gov.az. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ Akademik İsa Həbibbəyli Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib
- ↑ "Akademik İsa Həbibbəyli Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun "Fəxri professoru" seçilib". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
- ↑ "Akademik İsa Həbibbəylini 70 illik yubileyi münasibətilə təbrik edirik!". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- ↑ "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli, 636 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2018-11-01. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyat və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1999-cu il tarixli, 193 nömrəli Fərmanı" (az.). e-qanun.az. 1999-10-09. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 oktyabr 2007-ci il tarixli, 2434 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2007-10-16. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 3 avqust 2009-cu il tarixli, 425 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 2009-08-03. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ President.az. "İ.Ə.Həbibbəylinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-10-15. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
- ↑ "Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- ↑ "Akademik İsa Həbibbəyli AMEA-nın Fəxri fərmanı ilə təltif olunub". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- ↑ "Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- ↑ Azərbaycan Milli Elmlər Akademiyası. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AMEA. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.
- ↑ AzərTAc. "Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb" (az.). AzərTAc. 14.10.2024. İstifadə tarixi: 2024-10-14.
- ↑ "Həbibbəyli İsa Əkbər oğlu: Həqiqi üzvlər" (az.). science.gov.az. 2019. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "İsa Həbibəyli "Ustad Şəhriyar mədəniyyət medalı" ilə təltif edilib" (az.). senet.az. 2015-09-15. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ "Akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib" (az.). heb.science.gov.az. 2018-02-13. 2019-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-02.
- ↑ Akademik İsa Həbibbəyli Türkiyədə "Şərəf" medalı ilə təltif olunub
- ↑ "Ədəbiyyat İnstitutunun alimləri "Qabdulla Tukay – 135" yubiley medalı ilə təltif olunub". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.
- ↑ "AMEA alimlərinə beynəlxalq qurumun medalları təqdim olunub". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-26.