Alt Herf - Wikipedia
Alt_(hərf) - Haqqında Məlumat
𐔰 (səslənməsi: /a/; transkripsiyası: A, a) — Alban əlifbasının birinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ալթ (Alt) kimi verilmişdir.[1] Formaca erməni əlifbasındakı Զ hərfi ilə bənzəşir. Gürcü dilçi Roman Lolua[2] və erməni tədqiqatçı Aşot Abramyanın[3] fikrincə Asomtavruli yazısındakı Ⴀ hərfinin invers formasıdır. Alban əlifbasında [a] səsinin qarşılığı kimi işlənilib.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /a/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 1 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10530 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr[1]:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔰𐕐 | aš | iş | aş (iş) |
𐔰𐔺𐔵 | ayz | dünya | ayiz (kənd) |
𐔰𐕊𐔰𐕌 | ač̣am | yuxa | ac'am (xam yuxa) |
İstinadlar
redaktə- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
- ↑ Roman Lolua — Месроп Маштоц и вопросы генезиса еркатагира и кавказско-албанского письма (Mesrop Maştotsun Erkatagiri və Qafqaz-Alban yazısının yaradılışı sualları), Albania Caucasica Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine, 1, Moskva, ISBN 978-5-89282-642-6 səh. 189–217,
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 27–28