Sa Alban Herfi - Wikipedia
Şa_(alban_hərfi) - Haqqında Məlumat
𐔽 (səslənməsi: /ˁ/; transkripsiyası: ˁ) — Alban əlifbasının 14-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շա (Şa) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində udlaq samitidir. Onların fikrincə Udi dilindən fərqli olaraq, burada udlaqlaşma kök hecalardan əlaqəli morfemlərə qədər uzanan saitlərin supraseqmental xüsusiyyəti kimi qəbul edilməlidir.[1]
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /ˁ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 50 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+1053D | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ermənicə լ hərfinə, շ hərfinə və nəhayət gürcücə Ⴊ hərfinə bənzətmişdir.[2] Rəqəm dəyəri 50-dir. Müasir Udi dilində itmiş, əsasən Ş hərfi ilə birləşmişdir. Nümunələr[1]:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐔽𐔼 | ˤi | qulaq | ŭmŭğ |
𐕛𐔽𐔰𐕎 | vˤan | siz | və̆n |
𐕗𐔽𐔰 | ṗˤa | iki | p'ə̆ |
İstinadlar
redaktə- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29-30