Ca Alban Herfi - Wikipedia
Ça_(alban_hərfi) - Haqqında Məlumat
𐔹 (səslənməsi: /tɕʼ/; transkripsiyası: Ć̣, ć̣) — Alban əlifbasının onuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճա́ (Çá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ć̣a" olmalıdır.[1] Erməni tədqiqatçı Aşot Abramyan[2] və Georgi Klimov[3] bu hərfi "ž" qrafei ilə ifadənin tərəfdarı olsalar da, Muravyev və Gippert "ć̣" transkripsiyasını daha məqsədəuyğun saymışdır. Bu düşüncə Georgi Klimov və Voroşil Qukasyan[4] tərəfindən də dəstəklənmişdir. Fonetik olaraq küylü yuvaq samitdir. Müasir udi əlifbasında "č'" samitinə çevrilmişdir.
Alban əlifbası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Matenadaran MS 7117 versiyası Sinay palimpsestləri versiyası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səslənməsi | /tɕʼ/ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəqəm dəyəri | 10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Unicode ünvanı | U+10539 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Nümunələr[1]:
Alban yazısı | Transkripsiyası | Tərcüməsi | Udi dilində |
---|---|---|---|
𐕄𐔰𐔹𐔼 | ḳać̣i | kor | k'ač'i |
𐔱𐔰𐔹 | bać̣ | yüz (ədəd) | bač' |
𐔱𐕒𐔹𐔼 | boć̣i | sıx | boč'u |
İstinadlar
redaktə- ↑ 1 2 J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–6
- ↑ Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29
- ↑ Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984
- ↑ Voroşil Qukasyan — Опыт дешифровки албанских надписей Азербайджана Arxivləşdirilib 2022-12-17 at the Wayback Machine (Azərbaycanda alban yazılarının deşifrə edilməsi təcrübəsi) (1969)