Nizami Film - Wikipedia
Nizami_(film) - Haqqında Məlumat
Nizami — Nizami Gəncəviyə həsr olunmuş, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi film.
Nizami | |
---|---|
rus. Низами | |
Janr |
tarixi bioqrafik |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | İsa Hüseynov, Eldar Quliyev |
Baş rollarda |
Müslüm Maqomayev – Nizami Həmidə Ömərova – Pəri, Afaq Həsənağa Turabov – Müzəffəri Ələddin Abbasov – Xaqani Hacımurad Yegizarov (Hacımurad kimi) – Qızıl Arslan |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Qara Qarayev |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçılar |
"Azərbaycanfilm" kinostudiyası[1] "Mosfilm" kinostudiyası |
İlk baxış tarixi | 30 iyun 1982 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 125,5 dəqiqə |
Ölkələr |
Azərbaycan SSR Rusiya SFSR |
Dil | Azərbaycan dili |
İl | 1982 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 3690 metr I seriya: 7 hissə 1821 metr II seriya: 7 hissə 1869 metr genişekranlı 35 mm |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Şamaxı Gəncə Bakı Bakı, kinostudiyanın pavilyonu Moskva(pavilyon çəkilişləri) Ağcaqum, Türkmənistan Özbəkistan Qırğızıstan |
IMDb | ID0251899 |
Məzmun
redaktəFilm-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.[2]
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
Festivallar və mükafatlar
redaktə1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı
- Dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə Priz verilmişdir.
2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı
- Film Özbəkistan Yazıçılar İttifaqının Diplomu və Özbəkistan Nazirlər Sovetinin Diplomuna layiq görülmüşdür.
Səhv
redaktə- Filmin əvvəlində Nizami küçə ilə yeriyir və yerə diqqətlə baxdıqda kanalizasiya qapağı görünür.
Film haqqında
redaktə- Filmdə Üzeyir Hacıbəyovun "Sənsiz" romansından istifadə edilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: İsa Hüseynov, Eldar Quliyev
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Arif Nərimanbəyov
- Quruluşçu rəssam: Mayis Ağabəyov
- Bəstəkar: Qara Qarayev
- Səs operatoru: Kamal Seyidov
- Rejissor: Akif Rüstəmov
- Operator: Yuri Varnovski
- Montaj edən: Tamara Nərimanbəyova
- Geyim rəssamı: Mark Qorelik, Afət Məmmədova
- Qrim rəssamı: V. Arapov, İ. İlyina
- Dekor rəssamı: Əziz Məmmədov
- Rejissor assistenti: Süleyman Əhmədov, A. Əliyev, T. Atakişiyev, Fərid Hümbətov
- Məsləhətçi: Ziya Bünyadov (tarix elmləri doktoru, akademik), R. Əliyev (filologiya elmləri doktoru)
- Operator assistenti: N. Zəkiyev
- Rəssam assistenti: M. Manuvaxova, Aydın Lazımov
- Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Dirijor: Elşad Bağırov
- Redaktor: N. Qlaqoleva, Ramiz Rövşən
- Filmin direktoru: Tələt Rəhmanov
- Mahnıları ifa edir: Müslüm Maqomayev
Rollarda
redaktə- Müslüm Maqomayev — Nizami Gəncəvi[3]
- Həmidə Ömərova – Pəri; Afaq
- Həsənağa Turabov – Müzəffəri
- Ələddin Abbasov – Xaqani Şirvani
- Hacımurad Yegizarov (Hacımurad kimi) – Qızıl Arslan
- Əhməd Salahov – Zeyd
- Gülnarə Sayalıyeva – Rəna
- Şahmar Ələkbərov – Osman
- Hamlet Xanızadə — Əbu-Bəkr
- Vsevolod Yaqut – Mütəzzil
- Rəsmi Cəbrayılov – Zərgər
- Muxtar Maniyev – Qazı
- E. Əhmədova
- Fərhad Yusifov – İsgəndər
- İradə Akimova
- Sadıq Hüseynov – Ata
- Eldəniz Rəsulov – Əkiz qardaşlar; Maxan və Bəşir
- Əliqulu Səmədov – Bəşir
- Süleyman Əhmədov – xidmətçi
- Mayak Kərimov
- Bahadur Əliyev – Sərxoş
- A. Əliyev
- T. Məmmədov
- N. Hüseynov
- Bəxtiyar Kərimov
- Y. Məmmədxanov
- Ədalət Yunusov
- Ramiz Novruzov – Dərbənd elçisi
Filmi səsləndirənlər
redaktə- Rasim Balayev – Nizami (Müslüm Maqomayev) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı – Afaq (Həmidə Ömərova) (titrlərdə yoxdur)
- Pərviz Bağırov – Zeyd (Əhməd Salahov) (titrlərdə yoxdur)
- Səməndər Rzayev – Qızıl Arslan (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
- Məmmədrza Şeyxzamanov – Mütəzzil (Vsevolod Yaqut) (titrlərdə yoxdur)
- Yaşar Nuri – Zərgər (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Aktauda Nizami Gəncəviyə həsr olunmuş tədbir: [Qazaxıstanın Aktau şəhərində “Azərbaycanfilm”in istehsalı olan “Nizami” filmi nümayiş etdirilib] //Mədəniyyət.- 2013.- 20 dekabr.- S. 9.
- ↑ Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
- ↑ Abdullayeva, S. Aktauda Nizami Gəncəviyə həsr olunmuş tədbir təşkil edilib: [tədbirdə 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi “Nizami” filmi də nümayiş etdirilib] //525-ci qəzet.- 2013.- 20 dekabr.- S. 7.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 287.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 271; 288-292.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.