Ferhad Yusifov - Wikipedia
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri.
Fərhad Yusifov | |
---|---|
Doğum tarixi | 10 may 1956 (68 yaş) |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Atası | Fəttah Yusifov |
Anası | Nigar |
Fəaliyyəti | rejissor, aktyor |
Fəaliyyət illəri | 1973-günümüz |
Təhsili | |
IMDb | ID0951154 |
Həyatı
redaktəBakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.
Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.
Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.
Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan Peruda çəkilmiş birinci film "Salado" 2015-ci ildə "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsində yüksək mükafata layiq görülüb.
Hazırda Kanadanın Kvebek əyalətində yaşayır və ssenarist kimi fəaliyyət göstərir.
- Aktrisa Dinarə Yusifovanın qardaşıdır.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Трейлер к фильму "Саладо. Корзина снов"". 2016-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-29.