Eliqulu Semedov - Wikipedia
Əliqulu Qüdrət oğlu Səmədov (19 avqust 1953, Astara rayonu) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti (2011).
Əliqulu Səmədov | |
---|---|
Əliqulu Qüdrət oğlu Səmədov | |
Doğum tarixi | |
Doğum yeri | Astara, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 1979-indiyədək |
Təhsili | |
Mükafatları |
Həyatı və Fəaliyyəti
redaktəƏliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub, hazırda fəaliyyətini kinostudiyada davam etdirir. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. t2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışıb.[1]
Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır...” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin ikinci rejissoru olub.[2]
Azərbaycan Kinematorafçılar İttifaqının üzvüdür (1991). Əməkdar artistdir (2011).
Filmoqrafiya
redaktə1. Qəribə adam (1979, tammetrajlı bədii film) – aktyor
2. Yol əhvalatı (1980, tammetrajlı bədii film) – aktyor (alıcı)
3. Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – aktyor
4. Nizami (III) (1982, tammetrajlı bədii film) – aktyor (Osmanın oğlu)
5. Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – aktyor (musiqiçi)
6. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – aktyor (Səməd)
7. Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – aktyor (Əliqulu)
8. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (İran zabiti)
9. Bircəciyim (1986, tammetrajlı bədii film) – aktyor (sürücü)
10. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – aktyor (sürücü)
11. Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – aktyor (biçinçi)
12. Afroditanın qolları (1987, qısametrajlı bədii film) – aktyor (yanğınsöndürən idarəsinin işçisi)
13. Araqarışdıran (1987, tammetrajlı bədii film) – aktyor (komsomol katibi)
14. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – aktyor (qocanın cavanlığı)
15. Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor
16. Təxribat (1989, tammetrajlı bədii film) – aktyor (milis işçisi)
17. Mateo-Falkone (1989, qısametrajlı bədii film) – aktyor (qaçqın)
18. Alfa proyekti (1990, bədii film) – aktyor (şturman Səmədov)
19. Qətl günü (1990, tammetrajlı bədii film) – aktyor (natiq)
20. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – aktyor (zabit)
21. Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor (məclisdəki qonaq)
22. Qisas (1991, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (sürücü Əjdər)
23. Tələ (1991, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor
24. Cəhd (1992, bədii film) – aktyor (kapitan Səmədov)
25. 777 №-li iş (1992, tammetrajlı bədii film) – aktyor
26. Qara qış (1992) – (İRAN) – ikinci rejissor
27. Onlar da insandır – (1993, Türkiyə) – ikinci rejissor
28. Həm ziyarət, həm ticarət... (1995, tammetrajlı bədii film) – aktyor (türk satıcı)
29. Otel otağı (1998, tammetrajlı bədii film) – aktyor (elçi gələn qonaq)
30. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (dördüncü igid)
31. Kişilər də ağlayır (2000, Türkiyə) – ikinci rejissor
32. Nekroloq (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, aktyor (jurnalist)
33. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effekti
34. Cavanşir (2002, animasiya filmi) – filmi səsləndirən
35. Dəvətnamə (II) (2002, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri
36. Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – xüsusi səs effekt mütəxəssisi
37. Qeybdən gələn səs (2002, tammetrajlı film-tamaşa) – aktyor (zaldakı adam)
38. Bəyaz gecələr (2003, bədii serial) – aktyor (hakim)
39. Bir anın həqiqəti (2003, bədii serial) – sinxron səs mütəxəssisi
40. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – sinxron səs effektçisi, filmi səsləndirən (aşbaz)
41. Yaşıl eynəkli adam (2003, televiziya filmi) – ikinci rejissor
42. Yumurta (2003, tammetrajlı film-tamaşa) – ikinci rejissor, səs effektləri
43. Sui-qəsd (2004, Rusiya) – ikinci rejissor
44. SSRİ-də doğulmuşlar (2004, Rusiya) – ikinci rejissor
45. Yanmış körpülər (2003-2007, bədii serial) – aktyor (Sahib ağanın adamı)
46. Ərazi (2005, qısametrajlı bədii film) – səs effekti
47. Mükafat (2005, televiziya filmi) – ikinci rejissor
48. Qarğa balası və özgə yuvası (2005, animasiya filmi) – filmi səsləndirən
49. Lal çinar (2005, qısametrajlı bədii film) – ikinci rejissor, aktyor (mayor)
50. Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – sinxron səsləndirmə
51. İnterpapa (2006, tammetrajlı bədii film) – səs effektləri
52. Kişiləri qoruyun (2006, tammetrajlı bədii film) – aktyor (həkim)
53. Yalan (2006, tammetrajlı bədii film) – sinxron səslər
54. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor (əsgər)
55. Cavid ömrü (2007, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Daxili işlər işçisi)
56. Məhkumlar (2007, tammetrajlı bədii film) – səs-küy səsləndiricisi
57. Siçan və pişik (2007, animasiya filmi) – filmi səsləndirən
58. Cavad xan (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Murad)
59. Günaydın, mələyim (2008, tammetrajlı bədii film) – koordinator
60. Halal pullar (2008, tammetrajlı bədii film) – səs effektlərinin yazılışı
61. Seçilən (2008, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (Beydulla Fətəliyev)
62. Cəsur təyyarə (2009, animasiya filmi) – kastinq, filmi səsləndirən
63. Qaydasız döyüş (2009, bədii serial) – aktyor (bina növbətçisi)
64. Niyyət (2009, tammetrajlı bədii film) – ikinci rejissor
65. Əlavə təsir (2010, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor
66. İstanbul reysi (2010, tammetrajlı bədii film) – aktyor
67. Ondan yaxşı qardaş yox idi (2010, tammetrajlı bədii film) – aktyor (pinəçi)
68. Susmuş vicdan (2011, bədii tele serial) – aktyor (iranlı)
69. Çölçü (2012, tammetrajlı bədii film) – sinxron səslər
70. Dolu (2012, tammetrajlı bədii film) – ikinci rejissor, sinxron səslər, aktyor (Səhiyyə nazirinin müavini)
71. Xoca (2012, tammetrajlı bədii film) – aktyor (ağsaqqal), aktyorlarla iş üzrə rejissor
72. Ləkə (2012, bədii tele serial) – aktyor (Fidanın atası)
73. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – sinxron səs effektləri
74. Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı
75. Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – sinxron səs efektləri
76. Çaqqal nəfəsi (2013, bədii serial) – aktyor
77. Qaynana (2013, bədii serial) – aktyor (Qəşəm müəllim)
78. Sənə inanıram (2013, bədii serial) – aktyor (Rasim)
79. Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Həsən)
80. Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – sinxron səslər
81. İkinci bahar (2014, bədii serial) – aktyor (Süleyman)
82. Fədakar (2014, bədii film) – aktyor (dekan)
83. 5+ (2014-2015, bədii serial) – aktyor (baba)
84. Boyunbağı (2015, bədii serial) – aktyor (həkim)
85. 4.1 Şəhər motivləri – Qonşu qadın (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
86. 4.1 Şəhər motivləri – Kədərim (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
87. 4.1 Şəhər motivləri – Dmitrov küçəsi 86 (2015, tammetrajlı bədii film, kinoalmanax) – ikinci rejissor
88. Dərs (2015, tammetrajlı bədii film) – sinxron səslərin yazılışı
89. Fədakar (2015, tammetrajlı bədii film) – ikinci rejissor, aktyor (dekan)
90. Qara bağ (2015, qısametrajlı bədii film) – sinxron səsin yazılışı
91. Hədiyyə (2016, qısametrajlı bədii film) – sinxron səsin yazılışı
92. Cehizsiz gəlinlər (2016, bədii serial) – aktyor (Dadaş)
93. Kimsən? (2016, bədii serial) – aktyor (dərzi)
94. Şirin xəyallar (2017, bədii serial) – ikinci rejissor
95. Son nəfəsədək (2017, tammetrajlı bədii film) – aktyor (kolxoz sədri)
96. Mübarizə (2018, bədii serial) – aktyor (bank işçisi)
97. Cümhuriyyətin 9 şəkli (2018, qısametrajlı sənədli film) – ikinci rejissor, aktyor (Məhəmmədhəsən Hacınski)
98. Ata ocağı (2020-, bədii serial) – aktyor
99. Tənha veteran (2021, qısametrajlı bədii film) – aktyor (veteran)
100. Zəng (2022, qısametrajlı bədii film) – aktyor (ata)
101. Namərd (2022, qısametrajlı bədii film) – aktyor (ata)
102. Kaş ki… (2022, qısametrajlı bədii film) – aktyor (ata)
103. Qonaq (2023, qısametrajlı bədii film) – aktyor (Əli dayı)
İstinadlar
redaktə- ↑ Cəbrayıloğlu, Etibar. "Kinonun içindəki Əliqulu Səmədov". "Ədalət" qəzeti. Azərbaycan Milli Kitabxanası. 2011-11-05. İstifadə tarixi: 2024-09-30.
- ↑ Kərimov, Sakitağa. "Əməkdar artistlə görüş". "Mədəniyyət" qəzeti. 2012-08-31. 2024-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.