Mayis Agabeyov - Wikipedia
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).[1]
Mayis Ağabəyov | |
---|---|
Mayis Əlişir oğlu Ağabəyov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəMayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur.
Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.[2]
Mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992[3] və 3 fevral 1993[4]
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 18 dekabr 2000[5]
- Təsviri sənət nominasiyasında "Humay" milli mükafatı — 26 aprel 2012
Filmoqrafiya
redaktə- Babək (film, 1979)
- Burulğan (film, 1986)
- Çalış, nəfəs alma (film, 2006)
- Çətirimiz buludlardır (film, 1976)
- Dağıdılmış körpülər (film, 1996)
- Dərvişin qeydləri (film, 2013)
- Əlvida, cənub şəhəri (film, 2006)
- Girov (film, 2005)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Günaydın, mələyim! (film, 2008)
- Həyat bizi sınayır (film, 1972)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İntizam (film, 1983)
- Köpək (film, 1994)
- Qətl günü (film, 1990)
- Ləqəbi "İKA"dır
- Məkanın melodiyası (film, 2004)
- Müqəddəs oda yanaram (film, 1991)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Nəsimi (film, 1973)
- Nizami (film, 1982)
- Ölüm növbəsi (film, 2009)
- Ötən ilin son gecəsi (film, 1983)
- Özgə vaxt (film, 1996)
- Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
- Sevil (film, 1970)
- Silinməyən izlər... (film, 2011)
- Super ağcaqanad (film, 1981)
- Şirbalanın məhəbbəti (film, 1991)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Təki dam olsun... (film, 1972)
- Toya dəvətnamə (film, 1973)
- Ümid (film, 1995)
- Ürək... Ürək... (film, 1976)
- Yeddi oğul istərəm... (film, 1970)
- Zirzəmi (film, 1990)
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- ↑ "Xalq rəssamı Mayis Ağabəyov vəfat edib". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 4 mart 1992. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020.
- ↑ "M. Ə. Ağabəyova "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 3 fevral 1993. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020.
- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 18 dekabr 2000. 2016-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2020.