Desuqilik - Wikipedia
Dəsuqilik və ya dəsuqiyyə[1] — sufi təriqəti.
Yaranması
redaktəOnları Bürhanilər də adlandırırlar. Təriqətin qurucusu Bürhanəd-Din İbrahim ibn Əbu Məcd Dəsuqidir (vəfatı: 1277 il). O, əslən misirlidir və uzun müddət Misirin Dəsuq kəndində yaşamışdır. Burada ibtidai təhsilini almış, Qurani-Kərimi və şafii hüququnu dərindən öyrənmişdir. Sonra isə təcrübəli müəllimlərin rəhbərliyi altında sufiliklə məşğul olmuşdur. Abid olub iyirmi il tərkidünya həyat-tərzi sürmüşdür. Daha sonra fəal şəkildə özünün təsəvvüf yolunun təbliğinə başlamışdır. Dəsuqilər təriqəti Misir, Sudan və Şimali Afrikada daha geniş yayılmışdır. Misirdə bu təriqət mənsublarının sayına görə, şazili və bədəvi təriqətlərindən sonra üçüncü yerdə gəlir. Onların rifailər, sührəverdilər və şazililərlə çoxlu oxşar cəhətləri vardır. Bəzən Dəsuqiləri bədəvi təriqətinin tərkib hissəsi də hesab edirlər.
Özəllikləri
redaktəDəsuqilər də zikrləri ucadan (cəhri) edirlər. Mənsublarının ən başlıca vəzifəsi yüksək əxlaqa nail olmaq, təriqətə sadiq qalmaq, öz nəfsləri və ehtirasları ilə mübarizə aparıb onlara qalib gəlməkdir. İlk vaxtlar təriqət mənsubları xüsusi mənəvi hallara (trans hallarına) nail olmaq üçün yığıncaqlarında musiqidən və mahnılardan (səmalardan) istifadə etmirdilər. Lakin sonralar səmaların keçirilməsi təriqətin mərasimlərinin tərkib hissəsinə çevrilmişdir. Dəsuqi sufiləri yaşıl paltarlar geyinirmişlər.
Qolları
redaktəBu təriqətin şərnubitilər, aşurilər, süyutilər kimi bir neçə qolları vardır.
Həmçinin bax
redaktəMənbə
redaktə- Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və Din" qəzeti
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-28.