Zekat - Wikipedia
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var. [mənbə göstərin]
Zəkat vermək vacib olan şəxslər
redaktəZəkat 6 şərtə sahib olan şəxsə vacibdir: 1. Müsəlman olmalı; 2. Ağıllı olmalı; 3. Baliğ (Həddi buluğa çatmış) olmalı; 4. Azad olmalı; 5. Qüdrətli olmalı" 6. Nisaba malik olan (yəni, bir il özünə çatacaq qədər malı olduğunda zəkatını verməlidir). Zəkatın mənası, varlı müsəlmanların malının 1/40-ni kasıb müsəlmanlara verməsi deməkdir. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir.
Zəkatın hesablanması
redaktəMalın nisab miqdarına çatması vacibdir. Nisab Şəriətin bəlli etdiyi miqdar sərvətdir. İnsan bu miqdar sərvətə sahib olduqda ona zəkat vacib olur. Şəriət malın zəkat veriləcək vəziyyətə çatması üçün müəyyən miqdar təyin etmişdir. Qızılın nisab miqdarı 20 misqaldır (yəni 72 vəya 96 qramm). Gümüşün nisab miqdarı 642–700 qramdır. Pulun nisabına gəldikdə 1 qram qızıl misal üçün 20,7 (ABŞ dolları) qiymətində götürülərsə 72 qram qızıl pula çevrildikdə 1490,4 (ABŞ doları) edir (Qızılın dəyəri dəyişdikdə o zaman həmin pulun da ümumi həcmi ona uyğun olaraq dəyişir). Bu miqdar pula (1490,4 dollar) sahib olan kəs bu miqdar pula və ya bu pul dəyərində sərvətə sahib olduğu gündən etibarən hesablamağa başlayır. Mal nisab miqdarına çatdıqdan sonra hicri təqvimi ilə bir ilin keçməsi şərtdir. Məsələn, bu gün Şabanın 10-u nisab miqdarına sahib olan kəs hesabını başlayır. Artıq gələn il Şabanın 10-da əgər əlindəki mal bu nisab miqdarı qədər və ya çox olarsa borclar çıxıldıqdan sonra qalan maldan zəkatını çıxarar. Zəkat malı hesablanarkən dövriyyədə olan mal da hesaba alınır, anbarlardakı mal da hesaba alınır. Amma yaşayacaq ev, minik, təməl ehtiyac üçün olan əşyalar, torpaq ərazisi, bağ-bostan, anbar və dükan binaları kimi mülkiyyətin zəkatı verilməz. Amma əgər ev, maşın, torpaq ərazisi yaşayış üçün deyil ticarət üçündürsə və ya pulun yatırıldığı bir kapitaldırsa bu halda onun zəkatı verilir. Buna nisab miqdarı deyirlər. Bu əkin məhsulları və mədən və xəzinəyə aid deyil. Əkin malı yığılan kimi zəkatı verilir. Bir il gözləmək lazım deyil. Xəzinə də həmçinin tapılan kimi zəkatı verilir. Zəkat vermə vaxtı yetişdikdə borclar ümumi maldan çıxılır yerdə qalan maldan zəkat verilir. Əgər borclar çıxıldıqda mal nisab miqdarından əksilərsə zəkatın verilməsi lazım gəlməz. Zəkatın miqdarına gəldikdə, zəkatı veriləcək ümumi malın 2,5 faizi (1/40-ni) təşkil etməkdədir. Zəkat bəzi şeylərdə müxtəlif faizlərlə vacib edilmişdir. Ticarət və nəqdi pulların 2,5 %-i (1/40-ni) (Məsələn 1 kq qızılın zəkatı 25 qr olur. 1000 Azərbaycan manatının zəkatı 25 manat olur.)
- Heyvanlara gəldikdə bu 40 qoyundan 1 qoyun zəkata düşür. Və sair say hesabına görə.
- Əkin sərvətlərin 1/10 və ya 1/5-i
- Yerdən tapılan xəzinənin 1/5-i,
- Mədən və dəniz sərvətlərinin də 1/5-i zəkat olaraq çıxarılır.
Əlbəttə, əsli ehtiyacları təmin etdikdən sonra vacib olan zəkat miqdarına çatarsa və üzərindən bir ilin keçərsə, qeyd edildiyi tərzdə malın zəkatı çıxarılır.[1]
Şiə məzhəbində doqquz şeyə zəkat düşür: 1. Buğda; 2. Arpa; 3. Xurma; 4. Kişmiş; 5. Qızıl; 6. Gümüş; 7. Dəvə; 8. İnək; 9. Qoyun;
Zəkatın vacib olmasının şərtləri aşağıdakılardır:
- Mal sonradan deyiləcək miqdar həddinə çatsın;
- Malik həddi-büluğa çatsın;
- Malik öz malından istifadə edə bilsin;
Qeyd etmək lazımdır ki, hər bir malın zəkatının özünün xüsusi vaxtı vardır. Xumsda olduğu kimi, əgər bir şey müəyyən miqdara çatdıqda zəkatı verilirsə, ikinci müəyyən olunmuş həddə çatmayınca o malın zəkatı yoxdur. Yalnız ikinci və sair deyilmiş olacaq miqdarlara çatdıqda malların yenidən zəkatları vacib olur. İndi də hər bir malın özünəməxsus zəkat hesabını aydınlıqla nəzərdən keçirək. Bu hesabların hər birinə çatdıqda malının zəkatını çıxarmaq hər bir müsəlmana vacibdir. Lakin malın zəkatını nə qədər olmasına gəlincə, hər bir malın özünəməxsus zəkat miqdarı vardır.
Bu məsələni araşdırmazdan əvvəl onu qeyd etmək lazımdır ki, hər kim bu məhsullardan birinin əkini ilə məşğul olsa ona zəkat düşür. Bundan əlavə, bu məhsulların zəkatlarını çıxarmazdan əvvəl onun bütün çəkilən xərclərini əvvəldən axıra qədər ələ gələn məhsulun əslindən çıxırlar və yerdə qalan məhsul, əgər qeyd ediləcək miqdara çatarsa onun zəkatı vacib olur.
"Beləliklə, bütün bu hesablamalardan sonra əgər yerdə qalan bu dörd məhsulun miqdarı 850 kq-a çatsa (daha dəqiq desək, 847 kq) onun zəkatı çıxarılmalıdır"
Lakin bir sual qalır. O da budur ki, çıxarılan zəkatın miqdarı nə qədər olmalıdır? Bu sualın cavabı bu məhsulların necə suvarılmasından asılıdır. O da aşağıdakı üç qisim qanundan ibarətdir:
Birinci yol:
"Əgər bu məhsulların suvarılması çay suyu və ya yağış suyu ilə olmuşsa, onda qeyd olunan miqdar məhsuldan (yə`ni, 850 kq-dan) onda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Yə`ni, məhsulun ən az miqdarı 850 kq və ya ondan nə qədər çox olarsa, zəkatı çıxararkən hər 850 kq-ın onda birini zəkat niyyəti ilə ayıracaq."
İkinci yol:
"Əgər adları çəkilən məhsullar vedrə və ya su motorları ilə suvarılarsa, onda məhsulun adı çəkilən miqdarının (yə`ni, 850 kq-ın) iyirmidə bir hissəsi zəkat niyyəti ilə çıxarılacaq. Məsələn, əgər xərclərdən başqa ələ gələn məhsulun çəkisi on ton buğdadırsa və bu məhsul su motoru ilə suvarılmışsa, onun zəkatını çıxardıqda, hər 850 kq buğdanın iyirmidə biri zəkat niyyəti ilə məhsuldan ayrılacaqdır."
Üçüncü yol:
"Əgər ələ gələn xalis məhsulun suvarılması həm su motorları və həm də yağış və çay suyu ilə suvarılıbsa, onda bütün zəkata düşən məhsul iki yerə ayrılacaq. Yarısının onda bir hissəsi, digər yarısının da iyirmidə bir hissəsi zəkat niyyəti ilə ayrılacaq. Məsələn, fərz olunsa ki, mənim on ton zəkata düşən məhsulum var. Bu zaman bu məhsulu iki qismə ayıracağam. Yə`ni, beş tonun zəkatını hər 850 kq-ın onda birini, o biri beş tonun isə hər 850 kq-ın məhsulun iyirmidə bir hissəsini zəkat niyyəti ilə ayıracağam. Bu minvalla məhsul nə qədər çox olsa, həmin yolla da zəkat hesablanılır."
Qızılın zəkatı
redaktəQızılın da zəkatı iki mərhələdə vacib olur. Bundan əlavə, qızıl və gümüş bəhsində bir neçə şeyi qeyd etmək zəruridir. Əvvəla gümüş və qızıl əgər müəyyən olanmuş miqdara çatarsa, hər ildə zəkat düşür. İkincisi, o qızıl və gümüşə zəkat düşür ki, üzərində möhrü olsun və onunla ticarət etmək mümkün olsun. Əgər qızıl və ya gümüşün möhrü aradan getsə və ya pozulsa, onlara zəkat düşmür. İndi də onların zəkatlarının hesablama yollarını nəzərdən keçirək:
Birinci: "Əgər bir nəfərin qızılı iyirmi şər`i misqala çatarsa (hər misqal 18 qızıl noxuddur) onda onun qırxda birini, yə`ni, iyirmi misqal qızılın qırxda birini zəkat niyyəti ilə ayırmalıdır. O da doqquz qızıl noxud edir."
İkinci: İkinci dəfə, əgər həmin iyirmi misqal qızıla dörd şər`i misqal qızıl əlavə olarsa, onda birlikdə qırxda bir hissəsi zəkat niyyəti ilə çıxarılmalıdır. Bu minvalla yalnız, hər dörd misqal artdıqca bütövlükdə qızılın zəkatı çıxarılır. Əks təqdirdə , yəni, məsələn üç misqal artsa, yenə həmin köhnə miqdarın zəkatı çıxarılmalıdır.
Gümüşün zəkatı
redaktəBirinci: "Əgər birinin gümüşünün sayı 105 adi misqala çatarsa, onda onun qırxda birini zəkat niyyəti ilə verməlidir."
İkinci: Əgər 105 misqala 21 misqal gümüş əlavə olunarsa onda ilin axırında bütün 126 misqal gümüşün qırxda bir hissəsini zəkat niyyəti ilə ayıracaqdır."
İnəyin zəkatı
redaktəÜmumiyyətlə, heyvanların zəkatı onların sayının artması ilədir və hər sayın özünəməxsus zəkat miqdarı vardır. Heyvanların zəkatlarında bir neçə mətləbi qeyd etmək zəruridir. İnək, qoyun və dəvə aşağıdakı iki şərtlə zəkata düşürlər:
- Həmin heyvanlar bütün il boyu işsiz olsunlar. Yə`ni, onlardan iş üçün istifadə olunmasın.
- Bütün il boyu çöl otlarından yesinlər. Əgər ilin arasında biçilmiş otlardan yesələr onlara zəkat düşmür.
Beləliklə, inəyin iki həddə zəkatı vardır:
Birinci: "İnəklərin sayı əvvəlcə deyilmiş şərtlərlə otuza çatarsa, onun zəkatı iki yaşına daxil olmuş bir danadır."
İkinci: "Əgər inəklərin sayı ikinci dəfə qırxa çatarsa, onda onun zəkatı üç yaşına daxil olmuş bir dişi danadır. Otuzla qırx arasında zəkat yoxdur. Lakin hər vaxt otuz inək əlavə oldu, yə`ni, inəklərin sayı altmışa çatdısa, onda əvvəlki hesabla zəkatı verilir. Yə`ni, iki baş iki yaşına daxil olmuş dana verilir. Bu minvalla inəklərin sayı artdıqca, danaların da sayı artır.
Bir şeyi də qeyd etmək lazımdır ki, bu qismətdə camış da inək kimidir.
Qoyunun zəkatı
redaktəQoyunun da başqa heyvanlar kimi özünəməxsus zəkat miqdarı vardır. Ümumi olaraq qoyunun beş zəkat miqdarı vardır:
- 40 baş qoyunun bir qoyun zəkatı vardır;
- 121 baş qoyunun iki baş qoyun zəkatı vardır;
- 201 baş qoyunun üç baş qoyun zəkatı vardır;
- 301 baş qoyunun dörd baş qoyun zəkatı vardır;
- 400 baş qoyun və ondan artıq olanlar yüz-yüz hesab olunacaqdır; yə`ni, hər yüz baş qoyuna bir baş qoyun zəkatı düşür.
Dəvənin zəkatı
redaktəDəvənin 12 mərhələdə zəkatı vacib olur. Onlar aşağıdakılardır:
- 5 dəvə zəkatı bir baş qoyundur;
- 10 dəvə zəkatı iki baş qoyundur;
- 15 dəvə zəkatı üç baş qoyundur;
- 20 dəvə zəkatı dörd baş qoyundur;
- 25 dəvə zəkatı beş baş qoyundur;
- 26 dəvənin zəkatı iki yaşına daxil olmuş bir baş dəvədir;
- 36 dəvənin zəkatı üç yaşına daxil olmuş bir dəvədir;
- 46 dəvənin zəkatı dörd yaşına daxil olmuş bir dəvədir;
- 61 dəvənin zəkatı beş yaşına daxil olmuş bir dəvədir;
- 76 dəvənin zəkatı üç yaşına daxil olmuş iki dəvədi;
- 91 dəvənin zəkatı dörd yaşına daxil olmuş iki dəvədir;
- 121 dəvə və ondan yuxarı dəvələr üçün hər 40 dəvəyə üç yaşına daxil olmuş bir dəvə zəkat verilir;
Zəkat da çıxarılarkən niyyət yalnız Allaha xatir olmalıdar. Həmçinin, diqqət olunmalıdır ki, zəkat öz sahiblərinə yetişsin.
Zəkatın məsrəf olunma yerləri
redaktəXumsdan fərqli olaraq, hər bir müsəlman müstəqil şəkildə zəkatı aşağıdakı yerlərdə sərf edə bilər:
- Fəqirlər. O fəqirlər ki, ailəsinin illik xərcini təmin edə bilmirlər. Məsələn, tələbə və sair…
- Miskinlər;
- Zəkat yığanlar;
- İslama tərəf meyli olan kafirlər və ya zəif imanlı müsəlmanlar;
- Qulların azad edilməsi;
- Allah yolunda. Məsələn, məscid, yol, məktəb və ümumiyyətlə müsəlmanların xeyrinə olan yerlərdə;
- Pulu yolda qurtarıb qalan müsəlman;
- Öz borcunu verə bilməyən borclu müsəlmanlar; (Bu şərtlə ki, borcu günah iş üçün olmasın).
İstinadlar
redaktə- ↑ Zəkatın şərtləri Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine Azerimuslims.com
Mənbə
redaktə- Quran və şəriət hökmlərindən xülasə