Tovhid - Wikipedia
Tövhid (ərəb. توحيد) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır.[1]
Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir."[2] və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həm də layiq olan sadəcə odur."[3]
Etimologiya
redaktəSöz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar.
Tarixçə
redaktəİbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır. Birinci şəxs olaraq danışır və qürur, qəzəb kimi hislər sərgiləyir, bəzən insanların qarşısına "insan görüntüsü" ilə çıxır.[4] İslamda Allah Müntəqim (intiqam alan, intiqamçı), Mutəkəbbir (kibirli) və hiyləçidir.[5] Sabur (çox səbrli), Cəlil (çox qəzəbli), Rahim (çox mərhəmətli), Həlim (yumşaq xasiyyətli) kimi insani duyğular ifadə edən adlarla da xatırlanır.
İslam cəmiyyətində Allah inancının müəyyən dəyişikliklər keçirtdiyi, Quran və hədislərdə göyüzündə ərşdə oturan və müəyyən insani xüsusiyyətlər daşıyan Allah inancının Kəlamçılar tərəfindən sorğulanaraq və fərqli məzhəblərin ortaya çıxdığı görünür:
- Şiə: simvolik ifadələrlə Allahın anladılamasını təsdiqləyir.
- Sufi: Allahın formasının olmadığına, sonsuz olduğuna, indiki halımızın onu görməyə gücünün yetmədiyinə və Allahın hər yerdə olduğuna inanır. Sufilikdə Allah ilə dostluq əlaqəsi qurula bilər.
- Müşəbbihi, Sələfi: Allahı təşbihlərlə izah edir, onda əl-üz olduğunu deyir və ərşdə oturduğunu qəbul edir.
- Matüridi-Əşəri: Görmə və eşitçə kimi sərhədli bir insan-tanrı oxşarlığını qəbul edir.
- Mötəzili-Cəhmiyyə: Tövhidə qarşı gələrək Allahın hər hansı bir şəkildə insana oxşadılmasına qarşı çıxır.[6][7]
- Ortodoks İslam kəlamçıları Allahın məkanda yaşamağını izah edilməsini, tanrının dəyişiklik və antropomorfik görünüşlər sərgiləməsini (Tanrının insana oxşadılmasınl, Hülul) qəti şəkildə rədd edilir. Tövratdakı "Yaqub ilə güləşən tanrı" (Osiya 12:3) və Xristianlıq üçlüyü "Ata Tanrı" obrazı tənqid edilir. Kəlamçılar Quran və qütsi hədislər kimi İslami mənbələrdə istifadə edilən Allaha məkan (göy, ərş (taxt)) (Taha-5 və Əraf-54)) sahibi olduğunu irəli sürmək[8] və "Allahın əli", "Allahın üzü", "insanın Rahmən surətində yaradılması"[9][10] kimi ifadələrlə Allahın eşitməsi, görməyi kimi ifadələri məcaz və ya mahiyyəti bilinməyən ifadələr olaraq izah edilir.[11]
Monoteizmin 4000 il əvvəl eyni vaxtda misir, babil və hind cəmiyyətində ortaya çıxmağa başladığı ifadə edilir. Orxan Gökdəmirə görə tək tanrılı dinlərə gediş bir dində sadələşm və inqilab hərəkətidir. Bu inqilab qədim dini anlayışları darma-dağın edir. Ancaq başlanğıcda görülən sürətli bir dağılış sonrasında inqilab yavaşlayır və qədim paqan inanclar yeni şəxsiyyətlərə bürünərək yenidən ortaya çıxır. Musəvilik, İsəvilik və Məhəmmədilik qurucuları qədər bu qarşılaşmanın da məhsulu olan dinlərdir.[12] Monoteist dinlərdə qədim ilahların bir hissəsisin mələk, şeytan, cin kimi varlıqlara, Xızır, İlyas kimi peyğəmbərlərə ya da əzizlərə çevrildiyi görülə bilinir.[13][14] Allahın adlarından bir hissəsi də Ərəb və orta şərq mifologiyalarında qədim ilahlara verilən adlarla ortaq kök adlardan yaranır.[15][16]
Tövhidə görə Allahın adları
redaktəİslamda Allahın çox sayda adı vardır. Kəlamçılar tövhidə görə Allahın özü, adı və sifətləri nədir, bu ad və sifətlər Allahın zatının eynisimi, yoxsa qeyrisimi olduğu mövzusunda uzun fikir mübarizələri etmişdirlər. Onlara görə tövhidə görə problemlər bunlar idi:
- Allahın özü (zatı) nədir, sifətləri nələrdir, bu sifətlər özdən ayrıdırmı, eynisidirmi? Bu sifətlər əzəli və əbədidirlərmi, yoxsa hədis (sonradan olma, yaradılmış)dırlarmı? Problem kəlamçılara görə buydu ki, məsələn yaradıcının yaratma, görmə, eşitme, ruzi vermə, mərhəmət etmə və s. sifərlərinin əzəli olmaəı, yaradılmışların da əzəli olmasını vacib qılırdı. Bu isə tövhidə qarşı idi.
- Mərifətullah: Allahın özü bilinə bilərmi? Bu məlumara necə çatılar? Allahın özü maddi bir şey deyilsə, nəydi və bu bilinə bilən bir şeydirmi? Allaha şey deniləbilərmi? Bu məlumata çatmanın tək yolu peyğəmbər və din yoluyladırmı?
- Allahın görülüb görülə bilməyəcəyi; Bəzi hədislərdə ifadə edilən Məhəmmədin Meracda və inananların cənnətdə Allahı görə bilmələrinin mümkün olub olmadığı mövzusu. Görmə prossesi görülənə bir məkan və zaman izafə etməyi məcbur etdirir və tövhid inancına görə Allahın zaman və məkandan münəzzəh tutulması lazım olduğu üçün müzakirə edilmişdir.
- Quran məxluqdurmu? Quran Allahın sözü isə bu söz Allahın zatı ilə birlikdə əzəldən bəri var idi, yoxsa sonradan danışılmışdı? Burada müzakirə edilən Allahın adları müzakirə etmələrinə oxşar şəkildə Quranda keçən hadisələrin və danışıqların sonradan olmağının, Allahın əzəli və dəyişməyən (çünki dəyişmə məxluqların bir xüsusiyyəti idi və dəyişən bir şey Allah ola bilməzdi) xüsusiyyəti ilə necə əlaqə qurula biləcəyi mövzusudur.
- Kəlamçılar tərəfindən Quran və ya hədislər kimi dini mətnlərdə keçən antropomorfik ifadələr olan Allahın üzü, əli, qarnı, ayağı kimi ifadələr məcazi olaraq izah edilmiş və ya hədis mətnləri rədd edilmişdir.
İslamdakı yeri
redaktəTövhid La ilahə illəllah cümləsi ilə ifadə edilən, Allahdan başqa tanrıları rədd edib tanrı olaraq sadəcə onu qəbul etmək mənasına gələn bir qanundur. İslama girişin açarı qəbul edilir: "Kim tağutu inkar edib Allaha iman edərsə, şübhəsiz qopmayan sağlam bir qulpa yapışıb." (Bəqərə-256)
Tövhid Allahın varlığına, təkliyinə, bütün yetkin xüsusiyyətin özündə toplandığına, bərabəri və bənzəri tapılmadığına inanmaqdır. Bu inancı açıqlayan La ilahə illəllah cümləsinə kəlmeyi-tövhid deyirlər və tez-tez təkrarlayırlar. Tövhidə inanan şəxs mömin və əlmüvəhhidi adını alır.
Üluhiyyətin başqaları üçün rədd edilməsi, tanrılığı sadəcə ortağı olmayan Allaha aid etməyi və onun yanında ikinci bir tanrıya sahib olmamağı tələb edir: "Allaha ibadət edin və ona heç bir şeyi ortaq qoşmayın…" (Nisa-4/36) "… Biz hər ümmətə, yalnız Allaha qulluq etmələri və tağutdan da çəkinmələri üçün Rəsul göndərdik." (Nəhl-16/36) Bütün rəsulların qövmlərinə dəvət etdikləri söz budur: "…Ey qövmüm! Allaha qulluq edin. Sizin ondan başqa tanrınız yoxdur…" (Əraf-7/59)
Tağutu rədd etmək, Allahın əmr və qadağasına tərs düşən şeytanı rədd etməkdir. "La ilahə illəllah" deməklə şəxs ibadətdə Allahı birlədiyini, Allahdan başqalarına, bütlərə, qəbrlərə, övliyalara və salehlərə ibadət etməyin batil olduğunu elan edir. Allaha yaxınlaşmaq üçün ölülərə qurban kəsən, türbələrdən kömək istəyən, qəbrlərin ətrafını təvaf edən və əhd həsr edənlər, Allahın yaradıcı və hər şeyin sahibi olduğuna inansalar bele, Ərəb paqanlar kimi Allaha ortaq qoşmuş olurlar. Məkkə paqanları, qəbrlərə və bütlərə sitayiş etmədiklərini deyir, fəqət tətbiqdə əksini edirlər. Onlar yaradıcı və ruzi verici olduğuna inanmadıqları halda, sırf özlərini Allaha daha çox yaxınlaşdırsınlar deyə saleh olduğuna inandıqları bəzi şəxslərə ibadət edirlər.
Tövhidi şəriət baxımından müzakirə edənlərə görə ibadət bütün məsələlərdə Allahın hökmlərini qəbul edib bəşəri qanunları rədd etmək, insan və cin şeytanlarının rəvaca çıxartdığı bütün xurafatları və bidətləri ortadan götürmək bu kəlmənin əməli lazım olanlarındandır. Allahın öz endirdiyi şəriətlə hökm etməyənlər haqında kafir, zalım, fasiq deyə hökm verdiyinə inanılır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ From the article on Tawhid in Oxford Islamic Studies Online Arxivləşdirilib 2020-04-01 at the Wayback Machine (ing.)
- ↑ İbn Qayyim əl-Cövziyyə, Medaricu's-salikin: 1/26
- ↑ Müxtəsər Səvaikul-Mürsələ: 1/10
- ↑ Williams, W. Wesley, "A study of anthropomorphic theophany and Visio Dei in the Hebrew Bible, the Qur'an and early Sunni Islam", University of Michigan, March 2009
- ↑ Kur'âni Kerim mealleri Arxivləşdirilib 2017-05-20 at the Wayback Machine (türk.)
- ↑ Eş'ari Düşüncede Antropomorfizm[ölü keçid] (türk.)
- ↑ 2008_12_BAYCARAT_AKA.pdf Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine (türk.)
- ↑ Sahih Hadisler Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine (türk.)
- ↑ Buxari İstizan, 1
- ↑ Müslüm 1, 115
- ↑ Risale Akademi Arxivləşdirilib 2011-09-21 at the Wayback Machine (türk.)
- ↑ Orxan Gökdəmir, Din və inqilab s 25–32
- ↑ aerbas.pdf Arxivləşdirilib 2017-04-25 at the Wayback Machine (türk.)
- ↑ Dünyanın tek ve en büyük hikayesinin keşfedilişi Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine (türk.)
- ↑ Sumerle turkle muezziz ilmiye high (51d)(2.212KB).pdf Arxivləşdirilib 2012-05-05 at the Wayback Machine (türk.)
- ↑ "Arxivlənmiş surət". 2017-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.