Qederiler - Wikipedia
Qədərilər — İslama nisbət olunan firqə. İnsanın iradə azadlığına üstünlük verən dini cərəyanın mənsubları.
Baxışları
redaktəBu dini cərəyanın mənsubları insanın iradə azadlığına üstünlük verirdilər. Onlar taleyi mütləqləşdirən cəbrilərə qarşı çıxış edirdilər. Qədərilərə görə insan etdikləri əməllərdə mütləq azadlığa malikdir və burada Allahın iştirakı yoxdur. Allah hər hansı törədilən iş haqqında yalnız sonra bilik əldə edir. Bu kimi baxışlarına görə qədərilər insanın mütləq azadlığı tərəfdarları kimi tanınmışdırlar.[1]
Tarixi
redaktəQəza və qədər haqqında fəlsəfi fikirlər İslamdan öncəki dövrlərdə də mövcud olmuşdur. Çünki, insanlar hər zaman şərin Tanrı tərəfindən yaradılması haqqında düşünmüşlər. Bu istiqamətdə insanlar özlərinə dünyada mövcud olan şərin olmasına görə Tanrının məsuliyyət daşıyıb-daşımamağı haqqında sual verilmişdirlər. Güman edilir ki, qədəriliyin İslam ənənəsində ortaya çıxması İslamı qəbul etmiş xristianların fəaliyyəti ilə bağlıdır. Buna görə də, qədəriliyə qarşı çıxanlar onun xristianlığın təsiri ilə formalaşan dini cərəyan olduğunu qeyd edirdilər. Sonra bu təlimin ideyalarını Məbəd Cuhani və Geylan əl-Dəməşqi adlı ilahiyyatçılar inkişaf etdirmişdirlər. Ancaq, hakimiyyətə yaxın olan dini dairələr qədəriliyi rədd edirdilər. Məbəd əl-Cuhani əvvəllər tanınmış ilahiyyatçı Həsən əl-Bəsrinin (öl.h.110/m.728) dərslərini getmiş, sonradan ilahi qədəri inkar etmək yolunu seçmişdir. Buna görə də, Məbəd əl-Cuhanini (öl.h.80/m.699) ilahi qədəri inkar etdiyi əsası ilə xəlifə Əbdülməlik ibn Mərvanın əmri ilə Əməvilərin İraqdakı valisi Həccac edam edilmişdir. Məbəd əl-Cuhanidən sonra onun yolunu Geylan əl-Dəməşqi davam etdirmişdir. Geylan da xəlifə Hişam ibn Əbdülməlik tərəfindən Şamda edam etdirilmişdir. Təqiblərə baxmayaraq Əməvilər dövründə qədərilik Xilafətin bir çox yerlərində yayılmışdır. Çünki, xeyir və şər qarşıdurması İslamdan əvvəlki dövrlərdən bu yerlərdə, xüsusən də Ön Asiyada geniş yayılmışdır. Sonra bu ideyalar Antik Yunan düşüncəsi və inancları ilə qovuşaraq "qnostik" (gizli bilik) adlanan doktrinalara çevrilmişdir. Bu səbəbdən də, bu təlimləri bilən və İslamı qəbul etmiş insanlar arasında qədərilik böyük rəğbətlə qarşılanmışdır.[1]Qədəriliyin baxışları hicri tarixi ilə II əsrin əvvəllərində Vasil ibn Əta (öl. h. 131/m. 748) tərəfindən yaradılması qəbul edilən Mötəzilə tərəfindən davam etdirilmişdir.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəKaderiyye// Diyanet İslam ansiklopedisi. 2001, cilt: 24, sayfa: 64–65