Mezheb - Wikipedia
Məzhəb (ərəb. مذهب) — Məzhəbin lüğəti mənası "getmək, yol almaq" olub, "zəhəb" kökündə törəmiş bir sözdür və gedilən yer, yol mənasına gəlir. Zamanla terminləşən "məzhəb" sözü, fərqli sistemlərdə müxtəlif mənalarda istifadə edilmişdir. Kəlam elmində məzhəb bir alimin dini əqidə ilə bağlı məsələlərini izah edərkən seçdiyi yolu və ya bu şəkildə meydana gəlmiş bir kəlam məktəbini ifadə edir. Fiqhdə isə məzhəb, dinin əməli sahəsinə aid mövzularda fəqihin seçmiş olduğu yol və ya bu yol ilə ortaya çıxmış bir fiqh məktəbidir. Kəlam və məzhəblər tarixinə görə, "İslam məzhəbləri" məfhumu ümumilikdə, islam tarixində ortaya çıxan düşüncə, inanc və siyasi xarakteli zümrələşmələri ifadə edir. Bu elmin mütəxəssisləri məzhəbin tərifini " İslam dinin etiqadi və siyasi sahədəki düşüncə məktəbləri" şəklində vermişlər. Bu mənada məzhəb, "müəyyən bir şəxsin və ya o şəxsə tabe olan topluluğun, öz sosial-mədəni mirasına bağlı qalaraq Qurani-Kərimi və Məhəmməd peyğəmbərin sünnəsini anlama şəkilləri" olaraq qəbul edirlər.
Əsahbul-məqalat
redaktəİslam dinin tarixi ərəfəsində birdə "əshabul-məqalat" adlı dini və siyasi qruplaşmalar olmuşdur. Bunun səbəbi isə bəzi alimlərin cəmiyyətdəki məsələlərlə bağlı "məqalə" (fikir, söz) adı yazılar yazmış və ya bəzi fikirlər sözlərlə ifadə etmələri olmuşdur. Getdincə artan və müəyyənləşən bu görüşlər müəyyən dövr içərisində gruplaşma formalarını almış "eshabul-məqalat" demək olar ki, "bir qurucu rəhbərin başçılığı altında ortaq fikirlər ətrafında toplanan gruplar" mənasını verməyə başlamışdır.
Firqə
redaktəBu ikinci mərhələdən sonra qrupla və ya zümrələr, "firəq" termini ilə ifadə olunmuşdur. Lüğətdə məsdər kimi ayrılmaq, ayrılış, bölünmə; isim olara qrup, müəyyən bir insan topluluğu mənasındakı "firqə" (cəmdə firaq), İslam tarixində zümrələşməyi ifadə edən ən məşhur termin xüsusiyyətini qazanmışdır. Məsələn, bunu Növbəxtinin Şiə qruplarına həsr etdiyi əsərini "Firəquş-Şiə" , etiqadi və siyasi qrupları tədqiq edən Bağdadinin isə "əl-Fərq beynəl-firaq" olaraq adlandırmalarında görə bilərik.
Təsniflər
redaktəÜmumi təsnif
redaktəİslam məzhəbləri təməl ixtilaf səhələri baxımından etiqadi, əməli və siyəsi olmaqla üç qrupa ayrılmışdır. Etiqadı məzhəblər dinin inanc əsasları ilə əlaqədar fərqli fikirlər söyləyən qruplardır. Bu qrupların müzakirə etdikləri məsələlər eyni zamanda kəlam sahəsinə aid olduğu üçün bu məzhəblər kəlam məzhəbləri də deyilir.
Xronoloji təsnif
redaktəKlassik mənblərdə məzhəblərin meydana gəlmə tarixi baxımından edilən təsnifdir. Əsasən əsərlərini 73 firqə hədisinə görə tərtib edəm müəlliflər müəyyən qədər xronoloji ardıcıllığa diqqət edərək firqələrin meydana gəlməsi vaxtlarını çox dəqiq olmaması və ilk dövrlərdə qruplaşmaların üç əsr müddətində həyata keçməsini bu təsnuflərdə vermişlərdir.
Yetmiş üç hədisinə görə edilən təsnif
redaktəMənbələrdə diqqət çəkən digər bir təsnif isə rəvayətlərdə gələn "iftirak hədisi"-dir. Bunların bir qismində yəhudilərin 71, xristianların 72, müsəlmanların isə 73 firqəyə bölünəcəyini deyilir (Ebu Davud, "Sünən", 1; Tirmizi, "İman", 18). Bir qismində bu firqələrin 72-nin cəhənnəmə 1-nin isə cənnətə girəcəyindən bəhesedilir (Müsner, III, 120. Darimi; "Siyər", 75; İbn Macə, "Sünən", 1). Digərlərində isə həmin rəvayətlər təkrar olunduqdan sonra nicat tapacaq olan firqənin xüsusiyyətlərindən bəhs edilir, "onlar camaatdır" deyilir. Bunlardan əlavə, hədis mənbələrində olmamaqla yanaşı Məhəmməd b. Ahməd əl – Məkdisinin nəql etdiyi bir rəvayətdə 72 firqənin cənnətə, 1 firqənin cəhənnəmə girəcəyi onundə zıddıq olduğu bildirilir (Ahsenüt-tekasim, s.39). Əsasən axırda dediyimiz rəvayətin yalan, digərlərinin isə səhih olduğu deyilir. Buradakı "yetmiş üç" ifədəsi ilə həqiqətən bu sayı ifadə edilib edilməməsi haqındada fərqli görüşlər mövcutdur.
Yaranma səbəbləri
redaktəQurani Kərimin ayələrindən qaynaqlanan səbəb
redaktəQuran ayələrinə görə Quran ayələri "Möhkəm və Mütaşabih" olmaqla iki hissəyə ayrılır. Möhkəm ayələr mənası qəti şəkildə bilinən ayələr və bu ayələrlə nəyin qəsd edildiyi açıq şəkildə bilinən ayələrdir. Bunları eşitdiyimiz və ya oxuduğumuz zaman bu ayələrin nə demək istədiklərini başa düşürük və bunların mənasını anlamaq üçün bu ayələri yozmağa ehtiyac olmur. Mütəşabih ayələrin isə mənaları tam şəkildə gizli olduğu üçün asan şəkildə dərk olunmayan və bir çox mənaları olan ayələrdir. Bu səbəbdən mütəşabiy ayələrin açıqlanmasıda Qurani – Kərimin əsas hədəfini nəzərə alaraq möhkəm ayələrin köməkliyi ilə onların hansı məqsədi nəzərdə tutduqlarını yalnız yozum vasitəsilə bilə bilərik. Allahın məxluqatın sifətlərinə bənzəyən ayələri, cənnət, cəhənnəm, kövsər, sirat, hesab, mizan, ölümdən sonra dirilmə, Qurandankı bəzi qissələr, atalar sözləri, bəzi surələrin əvvəlində gələn müqəddəə — hərflər bu növ (mütəşabih) ayələrdəndir. Bunların mənalarını təxmini olaraq ayələri yozmaqla başa düşə bilərik. Burad bir məsələyə diqqət yetirmək lazımdır. Firqələrin meydana gəlmə səbəbini heç şübhəsiz möhkəm və mütəşabih ayələrə əlaqələndirə bilmədiyimiz kimi " Firqələr Quranda olan mütəşabeh ayələrə görə meydana gəlmişdir" deyilməyidə doğru deyil. Ancaq İslam tarixində olan firqələrin demək olar ki, əksəriyyəti siyasi və dünyəvi mənfəətlər əldə etmək üçün mütəşabih ayələrdən istifadə etməyə başlamışlar və bu ayələri istədikləri istiqamətlərdə yozaraq özlərinə Qurandan dəlillər tapdıqlarını irəli sürmüşlərdir.
Siyasi səbəblər
redaktəİslamda bəzi məzhəblərin ortaya çıxmasında bila vasitə əsas amil olması, bir çox məzhəblərin təşəkkülündə isə mühüm faktorlardan biri olması baxımında siyasi səbəblərin xüsusi bir yerə sahib olduğunu qeyd etmək lazımdır. Əş-Şəhristani əsərinin müqəddiməsində İslamda ən böyük ixtilaf məsələsinin xilafət olduğuna işarət etmiş, oryentalistlər də firqələrin meydana gəlməsində siyasi səbəblərin xüsusi bir yeri olduğunu ifadə etmişlər. Hz. Peyğəmbərin vəfatınadan sonra Bəni Saidədəki taplantı məşhur səhabə Əbu Bəkr ibn Əbu Quhafənin xəlifə seçilməsi ilə nəticələnmişdir. Bu toplantının məqsədinin xəlifəlik uğrunda ortaya çıxan çaxnaşmalara son vermək olmasına baxmayaraq, bu mövzuda bir – birinə müxalif olan qruplar meydana çıxmışdır. Bunlardan birincisi bir başqa səhabə Səd ibn Ubadənin xəlifəyə namizədliyini dəstəkləyən Mədinə ənsarı, ikincisi Hz. Peyğəmbərin dəfn mərasimi ilə məşğul olduğu üçün Bəni Saidədəki toplantıda iştirak etməyən İslam tarixinin ən məşhur şəxsiyyətlərindən biri Əli ibn Əbu Talibin xəlifə seçilməsini istəyənlərdir, üçüncüsü Əbu Bəkrin xəlifəliyini həyata keçirən mühacirlərdən və nəhayət, bütün bu namizədlərdən heç birinə səs verməyib, xəlifə seçimini camaatın ixtiyarına buraxmağə istəyənlərdir.
Qədər məsələsi
redaktəDünya və axirət məhsuliyyətili feillərlə birbaşa əlaqəli olan qədər məsələsi hələ Xülafai-Raşidin dövründə meydana çıxmışdır. Əli və Ömər qədərlə bağlı onlara verilən bir sıra suallara açıqlamalar vermişdirlər. Səhabələrin dövründə meydana gələn sosial və siyasi səbəblər nəticəsində qədər mövzusu gündəmə gəldi, Cəməl və Siffeyn müharibələrindən sonra bir qisim insan bu müharibələrin qədərlə əlaqəli olduğu haqqında müzakirələr aparmağa başladılar. Sonrakı dövrlərdlə Əməvilərin ədalətsiz idarəetmələrinə haqq qazandırma məqsədilə qədər məsələsini cəbr düşüncə tərzi olaraq yaymağa başlaması bu məsələyə siyasi bir don geyindirmiş, bununlada bu məsələ mütəlif yönlərdən incələnmişdir. Bu mübahisələr nəticəsində Məbed el – Cuhəni və Gaylah ed – Dəməşki kimi şəxslərlə əlaqəli olan Qədəriyyə məzhəbləri meydana gəlmişdir.
Qəbiləçilik və milliyətçilikdən qaynaqlanan səbəblər
redaktəƏsası qədim zamanlara uzanan və cahiliyyə dövründə daha çox yayıyan nəsil və qəbilə təəsübkeşliyinə, İslamın təqvaya əsaslanan üstünlük düşüncəsiylə son verilməyə səy göstərilmişdir. Hz. Peyğəmbərin dövründə qəbiləçiyin izləri görünməsə də, Onun vəfatından sonra ilk dövrlərdən başlayaraq qəbilə təəssübkeşliyi yenidən ortaya çıxmış, bir çox ixtilaf, daxili mübarizə, siyasi fəaliyyət və qruplaşmalrın formalaşmasında mühüm amillərdən biri olmuşdur. Belə ki, əvvəllərdə mövcud olan Haşimi – Əməvi mübarizəsi Osman ibn Əffanın dövründə qohum – əqrəbalarını yüksək vəzifələrə gətirməsi ilə daha da şiddətlənərək üsyançıların əsas şikayət mövzularından birini təşkil etmişdir. Əli İbn Əbu Talibin xilafətə gəldikdən sonra valilikdən uzaqlaşdırdığı Müaviyyə ibn Əbu Sufyan həm qəbilə təəssübkeşliyinin təsiri ilə, həm də xəlifənin şəhid edilməsinə laqeyd qaldığı və əlbir olduğu üsyançıları ordusuna aldığını iddia edərək Əli İbn Əbu Talibə beyət etməmişdir. Nəticədə, iki müsəlman ordusu Siffeydə döyüşmək məcburiyyətində qalmışdır. Beləliklə, xüxusən siyasi məzhəblərin ortaya çıxmasında bu mübarizə ciddi rol oynamışdır. Eyni şəkildə Mudar qəbilələri ilə Rabia qəbilələri arasında qədimdən mövcud olan ciddi mübarizələrin, Mudarın Əli İbn Əbutalibin tərəfində olmasına qarşı Rabiənin də Əli İbn Əbu Talibin ordusundan ayrılıb Xaricilər arasında yer tutmasında böyül təsiri olmuşdur. Digər tərəfdən Əməvi dövlətinin güclü ərəb milliyətçiliyinə əsaslanan siyasəti və fərqli statuslardakı qruplarla birlikdə türk və fars kimi ərəb olmayan ünsürlərə (məvali) sahib qrupları xor görüb ikinci plana atması da, məzhəblərin ortaya çıxmasına təsir edən amil olmuşdur.
Müsəlmanların fərqli sosial-mədəni strukturlarla təmasından qaynaqlanan səbəblər
redaktəHəm Peyğəmbər dövründə, həm də onun vəfatından sonra sürətlə yayılan İslam dini, yalnız müşriklər arasında deyi, eyni zamanda yəhudilik, xristianlıq və məcusilik kimi qədim din və inanc mənsubları arasında da tərəfdar tapmışdır. İhtida hərəkətləri, fəth fəaliyyətləri və siyasi hakimiyyətə bağlı olaraq İslam, Xülafai – Raşidin və Əməvilər dövründə geniş bir coğrafi əraziyə yayılmışdır. Zaman keçdikcə fərqli dinlərin bir çox mənsubları İslam dinin qəbul etmiş, müsəlmanlar müxtəlif əqidə və fikir sahibləri ilə üz-üzə gəlmişlər. Əvvəlki dini inanclarını tərk edib İslamı qəbul edən insanların bir hissəsi bu dini təməl əsasları ilə bu dini qəbul etmiş, bəziləri isə bunu daha uzunbir zamana yaymış, bəziləri isə həqiqi mənada inanmadığı halda, özünü inanırmış kimi göstərmiş, bəziləri də İslamda intiqam almaq üçün müxtəlif fəaliyyətlər göstərmişdir. Bunlardan ilk iki qrupa mənsub olanlar da İslamı mahiyyəti baxımından qəbul edə bilməmiş, əvvəlki dini inanc və adət – ənənələrinin təsiri altında qalaraq inanc və düşüncələrini formalaşdırmağa çalışmışlar. Bütün bunlar bəzi yerlərdə İslamın ana düşüncəsinə paralel olan qrupların meydana gəlməsinə, bəzi yerlərdə isə bu düşüncənin simvolik bir şəkildə qaldığı batini və qali (ifrat) qrupların meydana gəlməsinə səbəb olmuşdur.